Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə1/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
  1   2   3   4   5   6   7   8   9   ...   90
YourFileName



  
    Mövzu 1.Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları  
1.1  Regionun sosial-iqtisadi inkişafının məqsıdləri,meyarları və idarə edilmə 
metodları 
1.2  Regional sosial-iqtisadi inkişafın tətbiqi xüsusiyyətləri 
1.3  İqtisadi rayon anlayışı.Rayonlaşmanın zəruriliyi və amilləri 
1.4  Rayonlaşmanın xarici təcrübəsi və Azərbaycanda rayonlaşmanın inkişafı 
1.5  Azərbaycan Respublikasının iqtisadi rayonlarının xarakteristikası 
                         
 
1.Regionun sosial-iqtisadi inkişafının məqsıdləri,meyarları və idarə edilmə 
metodları 
 
 
  «İnkişaf»  termini  tez-tez  aşağıdakı  birləşmələr  şəklində  istifadə  edilir: 
iqtisadi inkişaf, sosial-iqtisadi inkişaf, Azərbaycan iqtisadiyyatının inkişafı (və ya 
başqa ölkənin), regionun inkişafı, sahələrin inkişafı. 
Hər halda inkişaf ifadəsi altında hər şeydən əvvəl iqtisadi sferada mütərəqqi 
dəyişikliklər  başa  düşülür.  Əgər  kəmiyyət  dəyişiklik-  ləridirsə,  onda  iqtisadi 
artımdan  danışılır.  Keyfiyyət  dəyişikliklərində  struktur  dəyişikliklərindən  və  ya 
inkişafın  məz
m
ununun  dəyişilməsindən,  yaxud  da  iqtisadi  sistemin  yeni 
xarakteristika almasından söhbət gedə bilər. 
Xalis  iqtisadi  xarakteristikalarla  yanaşı  çox  vaxt  inkişafın  sosial 
parametrlərinə  baxılır.  Sosial  xarakteristikalar  çoxdan  hər  bir  regionun  inkişaf 
dərəcəsini qiymətləndirən tamhüquqlu göstəricilərə çevrilmişdir. 
İnkişaf həmişə məqsədi və ya məqsədlər sistemini müəyyən edən istiqamətə 
malikdir. Əgər bu istiqamət müsbətdirsə, onda tərəqqidən, mənfidirsə tədricilik və 
ya  tənəzzüldən  danışıla  bilər.  Başqa  sözlə,  regionların  inkişafımn  təbiəti  həmişə 
müəyyən məqsəd və ya bir neçə məqsədi nəzərdə tutur. 
Regionun  inkişafı  çoxölçülü  və  çoxbaxışh  prosesdir.  Buna,  adətən  müxtəlif 
sosial  və  iqtisadi  məqsədlərinin  məcmuu  nöqteyi-nəzərdən  baxıhr.  Sosial-iqtisadi 
inkişaf aşağıdakı baxışlan özündə birləşdirir: 
1) 
istehsahn və gəlirlərin artımı; 
2) 
cəmiyyətin institusional, sosial və inzibati strukturlarda dəyişikliklər
3) 
ictimai şüurda dəyişikliklər; 
4) 
ənənələrdə və adətlərdə dəyişikhklər. 
Hazırkı dövrdə dünyanın bir çox ölkələrinin və onların regionlarının iqtisadi 
inkişafımn  əsas  məqsədi  əhalinin  həyat  keyfiyyətinin  yaxşıfaşdırıhnasıdır.  Buna 
görə də sosiaf-iqtisadi inkişaf prosesi üç tərkib elementi
ni
 özündə birləşdirir: 
5) 
əhalinin  gəhrlərinin  artırmaq,  sağlamlığını  yaxşılaşdırmaq  və  təhsil 
səviyyəsini yüksəltmək; 
6) 
İnsan ləyaqətinə hörmət etməyə yönəldilmiş sosial, siyasi, iqtisadi və 
institusional siste
min
 formalaşması nəticəsində insanların özünəhörmətinin art
ım
ı
n

imkan verən şərait yaratmaq; 
7) 
insanların azadlıq, o cümlədən iqtisadi azadhq dərəcəsini yüksəltmək.  


  
Ölkənin  və  regionların  sosial-iqtisadi  inkişaf  səviyyəsini  qiymətləndirərkən 
həyat keyfiyyətinin sonuncu iki elementi heç də həmişə nəzərə alı
nmı
r, ancaq son 
dövrdə iqtisad e
lmin
də və siyasi təcrübədə onlara daha çox əhəmiyyət verilir. 
Hər  bir  regionun  inkişafı  çoxməqsədli  və  çoxmeyarh  prosesdir.  Regionların 
inkişafının  məz
m
unu  çox  fərqlənə  bilər.  Həqiqətən  də  Abşeron,  Grəncə,  Quba-
Xaçmaz,  Lənkəran,  Aran,  Dağlıq  Şirvan  regionları  və  Bakı  şəhərinin  inkişafı  öz 
məz
m
ununa  görə  kəskin  fərqlənir  və  bu  fərqlər  həm  də  hər  bir  regionun 
xüsusiyyətləri, onun istehsal strukturu, coğrafi vəziyyəti, istehsal ixtisaslaşması və 
s. ilə şərtlənir. 
Regionun sosial-iqtisadi inkişafının məqsədləri ki
mi
 gəlirlərin artımı, təhsilin, 
qidalanma  və  səhiyyənin  yaxşılaşması,  yoxsulluq  səviyyəsinin  azaldılması,  ətraf 
mühitin  sağlamlaşdırıhnası,  imkanların  bərabərliyi,  şəxsi  azadlığın  genişlənməsi, 
mədəni həyatın zənginləşdi- rilməsindən istifadə olunur. Bu məqsədlərdən bəziləri 
oxşardır. Lakin müəyyən şərtlərdə onların köklü fərqləri ola bilər. 
Regionların  inkişafı  məqsədlərinə  müvafiq  olaraq  meyarlar  (inkişaf 
xarakteristikaları)  və  bu  meyarları  ölçən  göstəricilər  sistemi  qurulur.  İnkişafın 
məqsədləri  və  sərvətlərin  iyerarxiyasına  görə  ölkələr  və  regionlar  arasında  bəzi 
fərqlərə  baxmayaraq  beynəlxalq  təşkilatlar  arasında  bəzi  universal  inteqral 
göstəricilərlə  qiymətləndirihrlər.  Bu  göstəricilərdən  biri  də  BMT-nin  İnkişafı 
Proqramı  çərçivəsində  işlənib  hazırlanan  insanın  inkişafı  indeksidir.  Bu  göstərici 
ölkəni  00-  dan  1-ə  qədər  yüksələn  əhəmiyyətinə  (vacibliyinə)  görə  sıraya  düzür. 
Bu halda hesablama üçün iqtisadi inkişafın üç göstəricisindən istifadə olunur: 
         -doğulandan gözlənilən ömür müddəti; 
-zehni potensial (yaşlı əhalinin savadlılığı və təhsil vermə
n
i

orta müddəti); 
-valyutanın  alıcıhq  qabiliyyəti  və  gəlirin  faydahhğınm  son  həddinin 
azalmasını nəzərə almaqla adambaşına düşən gəlirin həcmi. 
       Beynəlxalq təhhldə olduğu kimi regionlararası müqayisədə də insanın inkişafı 
indeksindən və başqa analoji göstəricilərdən istifadə etmək olar. 
İnteqral  göstəricilərlə  yanaşı  regionun  inkişafının  müxtəlif  istisna 
göstəricilərindən də istifadə etmək olar. Bunlara daxildir: 
1)  əhalinin hər nəfərinə düşən milli gəlir; 2)müxtəlif maddi nemətlərin istehlak 
səviyyəsi;  3)gəlirlərin  diferensiallaşması  dərəcəsi;  4)yaşama  müddəti 
(ömür); 4)fiziki sağlamlıq səviyyəsi;5)təhsil səviyyəsi; 6)əhalinin xoşbəxtlik 
dərəcəsi. 
        Uzunmüddətli və qısamüddətli məqsədlərə və bunlara uyğun ölkənin iqtisadi 
inkişaf meyarlarını ayırmaq məqsədəuyğundur. Uzunmüddətli məqsədlər arasında 
sənayeləşmiş  cəmiyyətin  yaranması  və  inkişafı,  gələcək  nəsillər  üçün 
yüksəkixtisaslı  iş  yerlərini  yaratmaq,  səhiyyənin,  təhsilin  və  mədəniyyətin 
səviyyəsi  də  daxil  olmaqla  ölkənin  bütün  vətəndaşlarının  həyat  səviyyəsinin 
yüksəldilməsi vardır. 
Qısamüddətli  məqsədlər  kimi  böhranın  aradan  qaldırılması  və  növbəti  ildə, 
kvartalda,  ayda  və  s.  ümumi  milli  məhsullar  artımımn  konkret  həcmlərinə  nail 
olmaq  və  başqalara  baxmaq  olar.  Uzunmüddətli  və  qısamüddətli  məqsədlər  öz 
mahiyyətinə  görə  güclü  fərqlənir,  onlara  nail  olmaq  tədbirləri  də  həmçinin  eyni 
deyildir. 
İqtisadi  inkişafın  meyarları  heç  də  həmişə  məqsədlərin  və  ya  məqsədli 
oriyenterlərin rolunu oynaya bilməz və əksinə. Çox vaxt regional inkişafın faktiki 


  
məqsədləri  kimi  müvəffəqiyyətlə  inkişafın  zəruri  şəraiti  rolunu  oynayan  aralıq 
vəzifələr  çıxış  edir.  Regionun  və  ya  şəhərin  inkişafının  belə  taktiki  məqsədləri 
arasında aşağıdakıları göstərmək olar: 
-yeni biznes növlərinin cəlb edihnəsi; 
-mövcud biznesin genişləndirilməsi; 
-kiçik biznesin inkişafı; 
-şəhərin mərkəzinin inkişafı; 
-sənayenin inkişafı; 
-xidmət sferasının inkişafı; 
-region əhalisi
n
i
n
 məşğulluq səviyyəsinin yüksəldilməsi. 
Regionun iqtisadi inkişaf səviyyəsinin müəyyən edilməsində 
maddi nemətlər istehsalı və  istehlakı səviyyəsini və  əhalinin  hər  nəfərinə  (ümumi 
daxili məhsul (ÜDM), ümumi milli gəlir (ÜMM), əhalinin hər nəfərinə real ÜMM, 
bu  göstəricilərin  artım  sürəti)  bu  səviyyənin  artımı  kimi  ənənəvi  göstəricilərin 
böyük əhəmiyyəti vardır. 
İnkişaf  dinamikasını  qiymətləndirmək  üçün  regionda  iqtisadi  artım  sürətini 
qiymətləndirən:  adambaşına  gəlirin  artı
m
  sürətləri,  əmək  məhsuldarlığı,  habelə 
istehsalın və cəmiyyətin struktur transformasiyasının sürətləri kimi göstəricilərdən 
istifadə etmək məqsədəuyğundur. 
         ÜDM, adambaşına gəlir, əmək məhsuldarlığı və onların artım sürəti kimi 
təmiz iqtisadi göstəricilər regionun sosial-iqtisadi inkişafını tam şəkildə 
qiymətləndirə bi
lm
ə/. Ömür müddəti, əhalinin sağlamlıq səviyyəsi, onun təhsil və 
ixtisas səviyyəsi, habelə istehsalda və cəmiyyətdə struktur dəyişiklikləri 
göstəriciləri də əhəmiyyət kəsb etmir. 
Ənənəvi olaraq ölkələr və regionlar sərvət nöqteyi-nəzərdən meşələrə, faydalı 
qazıntılara,  torpağa,  təbii  şəraitə,  əsas  fondlara,  coğrafi  vəziyyətə  görə 
qiymətləndirilir. Dəyərin çox hissəsini yaradan qeyri- maddi istehsal sferasına dair 
yeni  təsəvvür  ölkə  və  regionlarm  sərvətinin  qiymətləndirilməsi  meyarlarını 
dəyişdirir. 
İxtisaslı  işçi  qüvvəsinin,  idarəetmə  texnologiyaların,  bazar 
infrastrukturunun, biznes şəbəkəsinin, təşkilat mədəniyyətinin mövcudluğu birinci 
yerə  irəli  sürülür.  İqtisadi  inkişafın  yeni  mənbələri  və  amillərinə  dair  yeni 
baxışlara, yəni bütövlükdə ölkənin iqtisadi inkişafının istiqamətlərinə və sürətlərinə 
həlledici  təsir  göstərən  təhsilə,  ehnə,  tibbə,  telekommunikasiyalara,  menecmentin 
şərtlərinə yenidən baxmağı tələb edir. 
Beləliklə, region səviyyəsində aşağıdakı meyarları və onlara müvafiq sosial-
iqtisadi inkişaf göstəricilərini gözdən keçirmək olar: 
1)ÜMM və ya  ÜDM (mütləq həcmi və əhalinin hər nəfərinə) və bu göstəricilərin 
artım sürətləri; 
2)əhahnin gəlirlərinin orta səviyyəsi və onların diferensiallaşması dərəcəsi; 
3)ömür müddəti, i
n
sanların fiziki və psixoloji sağlamhq səviyyəsi; 
4)təhsil səviyyəsi; 
5)maddi  nemətlərin  və  xidmətlərin  (ərzaq  məhsuUarı,  mənzil,  telefon  xidmətləri) 
istehlak səviyyəsi, ev  təsərrüfatlarımn  uzun  müddət  istifadə  olunan  mallarla  tə
min
 
olunması; 
6)sağlamlıq  səviyyəsi  (poliklinikalarla,  xəstəxanalarla,  apteklərlə,  diaqnostika 
mərkəzləri  ilə  və  təcili  yardım  xidmətləri  ilə  təmin  olunması,  göstərilən  tibbi 


  
xidmətlərin keyfiyyəti); 
7)ətraf mühitin vəziyyəti; 
8)insanların mədəni həyatının zənginləşdirilməsi. 
Regionun  iqtisadi  inkişafının  qiymətləndirilməsinin  standart  üsulu  istehsal 
səviyyəsinin  qiymətləndirilməsidir.Belə  qiymətləndirmə  bu  gün  birtərəflidir  və 
kifayət  deyildir.  Ölkələrin  iqtisadi  inkişafının  qiymətləndirilməsinə  beynəlxalq 
təşkilatların  işləyib  hazırladıqları  yanaşmalar  regionun  inkişaf  səviyyəsinin 
qiymətləndirilməsində yalnız istehsalın həcminə deyil, həmçinin də təhsil, səhiyyə, 
ətraf  mühitin  vəziyyəti,  iqtisadi  sferada  imkanların  bərabərliyi,  şəxsi  azadlıq  və 
həyat  mədəniyyəti  kimi  istiqamətlərini  də  nəzərə  almağa  məcbur  edir.  Tamamilə 
yerinə  düşür  ki,  regionun  inkişafının  inteqral  göstəricisi  kimi  müxtəlif  ölkələrin 
inkişafını  qiymətləndirmək  üçün  BMT-nin  İnkişaf  Proqramında  tətbiq  olunan 
insanın İnkişaf indekslərindən istifadə etmək olar. 
 Hal-hazırda  Azərbaycan  şəhərlərinin  şəhərətrafı  ərazilərinin  çoxunda  daim 
çoxalan  zibilliklər  mövcuddur.  Daça  qəsəbələri  deyilən  yaşayış  məntəqələri 
özlərinin  tullantıları  yığılan  anbarlarla  bitişik  yerləşmişdir.  Torpaqların  xeyli 
hissəsi  həmişəhk  ekoloji  sferadakı  cəhalətin  təsirinə  düşür,  əvəzsiz  itir,  mahyyə 
vəsaiti
n
i
n
 ümumən  çatış-  maması  ilə  əlaqədar təsərrüfat  dövriyyəsindən  çıxır. Bu, 
əhahnin rifahının kompleks ekoloji problemlərdən ya
lnız
 bir istiqamətidir. 
Bir  sıra  şəhərlər  suyun  və  havamn  yol  verilən  normadan  qat-qat  artıq 
çirklənməsi  ilə  xarakterizə  olunur.  Xeyli  miqdarda  məhsuldar  torpaqlar  hər  il 
əvəzsiz  kənd  təsərrüfatı  dövriyyəsindən  çıxır.  Bütün  mənfi  ekoloji  meyillər 
Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı vəziyyətinə təsir göstərir. 
        Regionun,  şəhərin  və  ya  rayonun,  yəni  hər  səviyyədə  yerli  hakimiyyət 
orqanları  iki  əsas  funksiyanı  yerinə  yetirir:  əhaliyə  və  müəssisələrə  xidmət 
göstərmək (yolların qorunması, su, istilik və enerji təchizatı, zibilin yığışdırılması, 
parkların  və  istirahət  yerlərinin  mühafizəsi  və  s.)  və  tabeçiliyində  olan  ərazilərin 
sosial-iqtisadi inkişafını idarə etmək. 
İnkişafın idarə edihnəsi müxtəlifsəpkili strategiyaların, proqramların konkret 
fəaliyyətin  köməyilə  həyata  keçirilə  bilər,  bununla  da  yerli  idarəetmə  orqanları 
region  iqtisadiyyatının  inkişafını  stimullaşdırmağa,  yeni  iş  yerlərini  yaratmağa, 
vergi bazasını artırmağa, yerli cəmiyyəti maraqlandıran müəyyən iqtisadi aktivlik 
növləri üçün imkanları genişləndirməyə çalışır. 
İqtisadi  inkişafın  gedişinə  regional  idarənin  bütün  mümkün  metodlarını 
aşağıdakı kimi dürüst ifadə etmək olar: 
1) 
işgüzar aktivliyi inkişaf etdirmək üçün regionda əlverişli ümumi şərait 
yaratmaq; 
2) 
işgüzar aktivliyi tənzimləmək; 
3) 
region idarəsi ilə biznesin birbaşa kooperasiyası. 
Regional inkişafın idarə edilməsinin bu metodlarına baxaq. 
Bu  şərtlərə  bazar  infrastrukturunun,  torpağın  və  iqtisadi  aktivliyin  yeni 
növlərini inkişaf etdirmək üçün onun hüquqi əsaslarının olması, yaxşı inkişaf etmiş 
nəqliyyat, rabitə, ofis təsərrüfatı və s. daxil etmək olar. 
          Qərb  ölkələrində  idarə  tez-tez  regional  infrastruktura  investisiyaları,  torpaq 
sahələrinin  yenidən  təşkili  üzrə  müəyyən  tədbirlər  həyata  keçirir,  habelə  regiona 
yeni  biznes  növlərini  cəlb  etmək  üçün  regional  marketinq  çərçivəsində  iş  aparır. 
Bazar münasibətlərinin təşəkkülü şəraitində Azərbaycan regionlarının idarələri bu 


  
dolayı  təsir  növləri  ilə  yanaşı,  bazar  i
n
frastrukturunun  əsasını  təşkil  edən  yeni 
institutlara da birbaşa yardum həyata keçirir. 
Bütün  növlərdə  biznes  üçün  baza  sayılan  yollar,  telefon,  şəhər  vağzalları, 
aeroport  və  başqa  i
nf
rastrukturun  yaradılması  və  möhkəmləndirilməsi  üzrə  aktiv 
hərəkət ənənəvidir. Torpaqda da həmçinin məqsədyönlü hərəkəti həyata keçirmək 
olar  torpaq  sahələrini  birləşdirmək  və  xırdalamaq,  satın  ahnaq  və  satmaq,  icarəyə 
vermək  və  hətta  əvəzsiz  istifadəyə  vermək  və  s.  regionda  həm  ümumi  istiqamət, 
həm də yeni işgüzar aktivhyin intensivliyi torpağa münasibətdə konkret hərəkətdən 
asılıdır. 
Hər  hansı  regionun  iqtisadi  inkişafının  müstəqil  a
mili
  k
im
i  son  illərdə 
beynəlxalq amil üzə çıxdı: beynəlxalq əlaqələr nə qədər intensiv olarsa, bir qayda 
olaraq  region  iqtisadiyyatının  inkişafına  da  bir  o  qədər  çox  təkan  verəcəkdir. 
Regiona xarici investisiyaların cəlb edilməsi, beynəlxalq əlaqələrin və beynəlxalq 
ticarətin  köməyi  bütövlükdə  iqtisadi  inkişafın  nisbətən  müstəqil  və  son  dərəcə 
səmərəh alətinə çevriir. 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin