Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə65/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
86
rus dilindən edilən tərcümələrin bazasında formalaşdırılırdı. Ha-
zırda isə Azərbaycan dilində hərbi üslubun, idman üslubunun, 
siyasət üslubunun, diplomatiya üslubunun öz standartları forma-
laşmışdır. Üslubu metodun tətbiq edilməsi dildə konkret, dəqiq, 
aydın, birmənalı standartların meydana çıxardılmasına xidmət 
etdiyi kimi, emonsionallıq və məna rəngarəngliyi yaradan ifadə 
vasitələrinin də öyrənilməsində mühüm əhəmiyyətə malikdir. 
Üslubi metod həm də dillər arasındakı emonsionallıq vasitələri-
nin araşdırılmasında tətbiq edilir. 
Kəmiyyət metodu
Bu metod riyazi metod da adlandırıla bilər. Bu metodun dilə 
tətbiqi yenidir. Riyazi metod hər bir dilə (və ya dil ailəsinə) xüsu-
si qaydalar üzrə tətbiq edilə bilər. Məsələn, Azərbaycan dilində 
analitik və flektiv elementlər mövcud olsa da bunlar artıq forma-
laşmış və monolitləşmiş vəziyyətdədir (qıpqırmızı, sapsarı, açıq 
göy, tünd yaşıl, deyib durmaq, nə gərək, nə pis, nə yaxşı və s.). 
Azərbaycan dilində analitik dillərin təsiri ilə də analitik formalar 
işlənir: qeyri-rəsmi, qeyri-qanuni, əks həmlə, sinifdənxaric, mək-
təbdənkənar, planetlərarası, antivirus, antihissəcik, əkszərbə və 
s. Dillər üzrə riyazi metodun tətbiqi həmişə biristiqamətli nəticə 
çıxarılmasına imkan vermir. Çünki nitq dildə daimi struktur də-
yişməsi aparmağa meyillidir. Ona görə də bir çox mütəxəssislər 
riyazi metodların dilə tətbiq edilməsinə şübhə ilə yanaşır. Ancaq 
riyazi metodun tətbiqi dillərdə struktur sabitliyinin saxlanılması 
baxımından xüsusi əhəmiyyətə malikdir. Struktur metod hazır-
da o dillərə daha çox tətbiq edilə bilir ki, onların quruluşunda 
ənənəvi sabitlik qorunmuş olsun. Yəni yazılı nitqin normaları 
stabil qalsın. Məsələn, ingilis dili, ərəb dili, rus dili, fars dili belə 
dillərdəndir. Bu dillərdə tarixi normalar ənənəviliklə qorundu-
ğundan onlara riyazi üsulu tətbiq etmək asandır.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin