Linqvistik tipologiya 83 Nəticə: müqayisəli metod həm müasir dillərə, həm də dillə-
rin tarixinə aid ola bilər. Müqayisəli metod həm dil reliktlərinə,
həm də mənbələrə əsaslanır. Müqayisəli metodu təkcə bir dilin
faktları üzərinə qurmaq mümkün deyildir. Odur ki, müqayisə-
li metod həm müasir dillərə, həm də dilin tarixinə tətbiq edilir.
Müasir dillərdə tətbiq olunan müqayisəyə görə “müqayisəli dil-
çilik” və “tarixi dilçilik” və ya “dil tarixi” istiqamətləri yaran-
mışdır. Dil tarixinin araşdırılması təkcə tarixi dilçilik metodu ilə
mümkün nəticəni vermir. Odur ki, dil tarixi müqayisəli tarixi
metod əsasında tədqiq olunur. Burada müqayisəli tarixi-dilçilik
adı ilə ikinci varianta ehtiyac yoxdur. İkisindən biri işlədilməli-
dir. Nəhayət, tarixi-müqayisəli dilçilik təkcə bir dilin material-
ları ilə bəhrə verə bilməz. Bu istiqamətin tədqiqatlarında qohum
dillərin materilallarının cəlb olunması vacibdir. Müqaisəli dilçi-
lik istiqamətləri tələb edir ki, müqayisə faktları təkcə qohum dil-
lərin üzərinə yox, həm də qohum olmayan dillərin üzərinə tətbiq
olunsun. Bu halda dünya dillərindəki ünumi elemetlərin möv-
cudluğu və onların yaranma səbəbləri, dillər arasındakı tipoloji
fərqlənmələr məntiqəuyğun şəkildə təhlil olunub araşdırıla bilər.
Tarixi metod Müqayisəli metodla yanaşı tarixi metod da inkişaf etmişdir.
Onun əsas vəzifəsi ayrıca konkret bir dilin fonetikasının, mor-
fologiyasının, sitaksisinin və başqa sahəlrinin inkişafının tarixi
aspektdə öyrənilməsindən ibarətdir. Tədqiqatın predmeti dil
strukturu və onun tarixi inkişafına dair nümunələri əks etdirən
faktiki materiallardan ibarətdir. Bu metod tədqiqatçıdan dil
elementlərinin dildaxili və dilxarici amillərin dəyişmə səbələ-
rini və dil hadisələrinin mürəkkəb əlaqələrini xalqın tarixinin,
onun mədəniyyətinin, ictimai münasibətlərinin, düşüncəsinin
qarşılaşdırılıb tutuşdurluması əsasında təhlil olunmasını tələb