Mübariz yusifov linqviSTİk tipologiYA



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə67/149
tarix28.09.2022
ölçüsü1,16 Mb.
#64269
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   149
Linqvistik tipologiya

Mübariz Yusifov
88
Həm novlu və həm də kipləşən samitlər saitlərlə birləşdiyi təq-
dirdə kökyaratma prosesinə daxil olmuşlar. Sait səslərin ayrı-
lıqda kök morfem kimi işlədilməsinin izlərini qədim türk yazılı 
mənbələrində də görmək olar:
A- heyrətlənmək: “Ol meni a…qıldı” (O məni heyrətləndir-
di) (DTS, 1)
1*
.
I – bitki: “Beş türlüq ıda, ığa, ığacta” (Beş cürbəcür bitkidə, 
ağacda) (DTS, 216).
Ö – düşünmək, fikirləşmək: “Açsar tosıq öməz sen bir to-
dsar açsıq öməz” (Sən acsansa tox haqqında düşünməzsən, tox 
olsan ac haqqında düşünməzsən) (DTS, 375).
U – yuxu: “Qırğızlığ uda basdımız” (Qırğızlara yuxuda hü-
cum etdik) (DTS, 603).
U – dözmək, bacarmaq: “Saqınc qabğu birlə özüm umadım” 
(Mən kədərli düşüncəyə və qəmə dözmədim) (DTS, 603).
Başqa dillərdə də tək saitin müvafiq anlayış və emosiyaları 
bildirmək məqamında işlənməsinə rast gəlmək olur. Məsələn, rus 
dilində a saiti həm nida, həm də bağlayıcı kimi işlənir: “А так 
это ты был!”, (A, o sən idin!); “Мальчику пять лет, а девочке 
три года”, (Oğlanın beş, qızın isə üç yaşı vardır); i saiti bağ-
layıcı kimi işlənir: “Города и села”, (“Şəhərlər və kəndlər”); i 
saiti ədat yerində də işlənir: “И ребенок то поймет” (Bunu uşaq 
da başa düşər); o saiti qoşma yerində işlənir: “О диалектном 
материализме” (Dialektik materializm haqqında); u saiti nida 
və qoşma yerində işlənir: “У, лентяй”; “Ay, tənbəl”, “У, как 
страшно!” (Uy, nə dəhşətlidir!); “Стоять у двери” (Qapının 
yanında durmaq); э saiti nida kimi işlənir: “Э, не буду” (Eh, 
etməyəcəyəm).
İngilis dilində a artikl kimi işlənir: a table (stol), a book 
(kitab); yunan dilində a saitindən inkar elementi kimi istifadə 
olunur: simmetrik- asimmetrik (simmetrik-simmetrik olmayan); 
1
*
 ДТС- Древнетюркский словарь, Л., 1969.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin