Linqvistik tipologiya
91
Qa (qadaş)- qohumlar “Kesilsə senindin yaqın
qa qadaş –
yaqınlıq ula sen anar ay adaş” (Yaxın qohumlar səndən ayrılsa
sən hər halda onlarla yaxın əlaqə qurub yoldaşlıq et) (DTS, 399)
Qa –qab (DTS, 399)
Qa- üst-üstə yığmaq, qalaq etmək: “Ol eşirkə otun
qadı” (O
odunu yandırmaq üçün üst-üstə qaladı) (DTS, 399)
Sa-saymaq (DTS, 478)
Sı-sındırmaq (DTS, 502)
Su –dartmaq: «Ol mana yün
sudı» (O mənə yunu uzatdı (ip
qayırmaqdan ötrü eşmək üçün) (DTS, 512)
Sü –qoşun: “Ol
süq anta yoqqışdımız” (O qoşunu biz orada
qırdıq) (DTC, 516).
Te-de (DTS, 545)
Tı – daimi: “Küsəyürlər erti birqərü küntəmək
tı sizin körkü
üçün” (Onların hamısı bir yerdə hər gün arzulayırlar ki, həmişə
səni görsünlər) (DTS, 565)
Tu-bağlamaq: “Köqmən yolı
bir ermiş tumuş” (Köqmənə
gedən yol birdir və o (yol) qarla bağlanmışdır) (DTS, 584)
Tü-tük (DTS, 594)
Tü- rəng (DTS, 594)
Tü-bütün: “Anıq boldu dünya
tü nimət billə” (Dünya bütün
neməti ilə onun oldu) (DTS, 594).
Samit-sait tərkibli köklərdə saitin kökyaradıcı və təşkiledi-
ci funksiyası azaldığı üçün söz sonuna əlavə olaraq bir müvafiq
samit qoşulmaq imkanı yaranmışdır.
Sona qoşulan samit həm
kökün kompaktlığını təmin edir, həm affiksal funksiya daşıyır,
həm də bu kökün bazasında yeni sözlərin formalaşmasına təminat
verir. Bundan əlavə, samit-sait tərkibli köklərə şəkilçilərin qoşul-
ması da belə köklərə son samitin bitişməsi ehtimalını artırır.
Beləliklə, köklər təkmilləşir və onların sözyaratma mühiti
genişlənməyə başlayır. Belə ki, məsələn,
ba-kökünə
ğ yanaş-