Mühasibat uçotu


Maliyyə uçotu ilə maliyyə hesabatının qarşılıqlı əlaqəsi və asılılığı



Yüklə 53,12 Kb.
səhifə6/15
tarix03.12.2022
ölçüsü53,12 Kb.
#72134
1   2   3   4   5   6   7   8   9   ...   15
UNEC 1670058735

Maliyyə uçotu ilə maliyyə hesabatının qarşılıqlı əlaqəsi və asılılığı

Mühasibat (maliyyə) uçotu – əsaslandırılmış idarəetmə qərarlarının qəbulu üçün müəssisə və ya təşkilatın idarə olunması, onların əmlakının kompleks idarə edilməsi, həmin müəssisə və ya təşkilatın bu əmlak kompleksi ilə həyata keçirmiş olduğu təsərrüfat əməliyyatları ilə bağlı uyğun, etibarlı, müqayisə olunan informasiyaların toplanması, işlənməsi, qeydiyyatı və bu məlumatların istifadəçilərə çatdırılması ilə bağlı bir sistemdir.
XIX əsrin axırı və XX əsrin əvvəllərində Azərbaycanın aparıcı şirkətlərində mühasiblər fəaliyyət göstərirdi. O dövrün mühasibatlıq sahəsində aparıcı mütəxəssisləri fəaliyyət göstərdikləri sahələrdə uçot işi ilə məşğul olmaqla kifayətlənməmiş, eyni zamanda uçotun inkişafı və elmi əsaslarla əsaslarla qurulmasın dair bir çox işlər də görmüşdülər. Bazar iqtisadiyyatının inkişafı, müəssisə və təşkilatların daha da genişlənməsi, istehsalın inkişafı XX əsrin 50-ci illərindən etibarən mühasibatı uçotu qarşısında yeni tələblər qoymuşdur. Belə ki, idarəetmənin mürəkkəbləşməsi yeni növ müəssisənin istehsal proseslərini, sərf olunan resursları, buraxılan məhsulların maya dəyəri və həcmini və s. bu kimi məsələləri əhatə edən informasiyalara tələb yaratmışdı. Məhz belə bir şəraitdə mühasibat uçotu sistemində struktur dəyişikliyinin baş verməsinə ehtiyac yaranmış, nəticədə mühasibat uçotu maliyyə və idarəetmə uçotuna ayrılmışdır. Maliyyə uçotu həm müəssisə rəhbərliyi və işçi heyəti, həm də borc verənlər, səhmdarlar, hökumət orqanları, istehlakçı qrupları, xarici auditorlar, müştərilər və s. kimi kənar istifadəçilər tərəfindən istifadə olunan uçot informasiyalarının özündə əks etdirir. İdarəetmə uçotu isə yalnız daxili istifədəçilər, yəni menecerlər, şöbə rəhbərləri, daxili auditorlar, satıcı heyət, nəzarətçilər, büdcə işçiləri üçün lazım olan uçot məlumatlarından ibarət olur. hesab Müəssisə və ya təşkilatlarda uçot əməliyyatlarının aparılmasının yekun mərhələsi mühasibat (maliyyə) hesabatlarının hazırlanması olunur. Mühasibat (maliyyə) hesabatı – müəssisə və ya təşkilatın əmlak və maliyyə göstəricilərini xarakterizə etməklə, hesabat dövründə (01 yanvar-31 dekabr) bütün təsərrüfat fəaliyyəti əməliyyatlarının uçotda əks olunmuş nəticələrini yekunlaşdırmaqla, qəbul edilmiş uçot modelinə uyğun olaraq idarəetmə qərarlarının qəbul olunmasında istifadə ediləcək informasiya sisteminin yaradılmasını təmin edir. Mühasibat (maliyyə) hesabatının formalaşmasının tərkibi, məzmunu və metodiki əsasları 24 mart 1995-ci il “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli qanunu ilə tənzimlənir. Həmin qanunda mühasibat (maliyyə) hesabatının tərtib olunması prinsipləri, nəşri qaydası müəyyən olunmuşdur. 2005-ci ildə “Mühasibat uçotu haqqında qanunun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanan fərman Azərbaycanda mühasibat uçotu və maliyyə hesabatı sisteminin qurulması konsepsiyasını müəyyənləşdirən başlıca sənəd hesab olunur. Mühasibat (maliyyə) hesabatlarının nümunəvi formaları və onların tərtib olunması qaydaları Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən müəyyən olunmuşdur.
Mühasibat (maliyyə) hesabatının tərkibi tərtib və təqdim olunma vaxtından asılı olaraq müəyyən olunur. Maliyyə hesabatları rüblük və illik hesabatlara bölünür. Bütün müəssisə və təşkilatlarda hesabat ili 01 yanvar-31 dekabr daxil olmaqla olan dövr hesab olunur. Bu hesabatlardakı məlumatlar sintetik və analitik uçot məlumatlarına əsaslanır.
Ümumilikdə, mühasibat (maliyyə) uçotunda 4 əsas hesabat forması və hesabat formalarına əlavə olaraq izahlı qeydlər fərqləndirilir ki, bu hesabat formalarına aşağıdakılar daxildir:
1. Balans hesabatı;
2. Mənfəət və zərər haqqında hesabat;
3. Kapitalda dəyişikliklər haqqında hesabat;
4. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
5. Uçot siyasəti və izahlı qeydlər.
Bazar iqtisadiyyatı şəraitində mühasibat (maliyyə) hesabatı qarşısında bir sıra mühüm vəzifələr qoyulmuşdur. Bu vəzifələrə aşağıdakılar aiddir:
1. Hesabat bazar iqtisadiyyatının və beynəlxalq standartların tələblərinə cavab verməli və ona uyğun şəkildə qurulmalıdır;
2. Hesabatın göstəriciləri etibarlı, ardıcıl, düzgün və müqayisə olunan olmalıdır;
3. Hesabat sadə, anlaşılan olmalı və müəyyən olunmuş vaxtlarda tərtib olunub, təyinatlara uyğun olaraq təqdim olunmalıdır.
Qloballaşan iqtisadiyyatda düzgün, etibarlı, neytral (qərəzsiz) uçot informasiyalarına əsaslanan mühasibat (maliyyə) hesabatlarının hazırlanması çox mühüm əhəmiyyət kəsb edir. Əvvəllər mühasibat uçotu sistemi və maliyyə hesabatlarının tərtib edilməsinin konseptual prinsipləri müxtəlif ölkələrdə bir-birindən əsaslı şəkildə fərqlənirdi. Yəni hər bir ölkədə mövcud olan müxtəlif şirkətlərdə və müəssisələrdə mühasibat uçotu və maliyyə hesabatlarınınn tərtib edilməsi prinsipləri müxtəlif idi. Mühasibat uçotu sistemində və maliyyə hesabatlarının tərtib edilməsi qaydalarında mövcud olan çoxsaylı fərq və müxtəlifliklər cürbəcür fəsadlara yol açırdı. Belə ki, müxtəlif uçot və hesabat sisteminə malik olan şirkət və müəssisələrin hesabat məlumatları heç də həmişə onların istifadəçiləri tərəfindən düzgün başa düşülmür və fərqli şəkildə qəbul olunurdu. Bu cür uçot və hesabat məlumatları müxtəlif iqtisadi şəraitə malik olan müəssisə və şirkətlərin göstəricilərinin müqayisə olunması və ciddi təhlil aparılmasına imkan vermir və gözlənilən effektin alınmasına mane olurdu. Bu məlumatlardan istifadə etməklə təşkil olunan idarəetmə prosesləri də çoxsaylı nöqsanlarla qarşı-qarşıya qalırdı, tez-tez səhv nəticələr çıxarılaraq, müəssisə və ya təşkilatın təsərrüfat fəaliyyətinin nəticələri və maliyyə vəziyyəti haqqında yanlış mülahizələr irəli sürülürdü. Bütün bunlar, yəni maliyyə uçotu və maliyyə hesabatı sistemində belə bir vəziyyət bu sahədə ciddi bir qayda yaradılmasını, iqtisadiyyatın bütün sahələrində, bütün şirkət, müəssisə və təşkilatlarında tətbiq olunacaq vahid prinsiplərin qəbul edilməsini zərurətə çevirdi.
Beləliklə, bu deyilənləri ümumiləşdirsək, aşağıdakı 2 mühüm amilin təsiri altında uçot və maliyyə hesabatı sahəsində beynəlxalq standartların hazırlanması və tətbiqinə tələbat yarandı:
1. Bazarların və kapitalın beynəlmiləlləşdirilməsi;
2. İqtisadiyyatın qloballaşması, dünya iqtisadi əlaqəlrinin genişlənməsi və daha da dərinləşməsi və transmilli şirkətlərin yaradılması.
XX əsrin 30-cu illərindən etibarən mühasibat uçotu sisteminin və maliyyə hesabatının tərtibi qaydalarının ümumiləşdirilməsi və müxtəlif təyinatlı müəssisə və təşkilatlar üçün vahid uçot və hesabat qaydalarının yaradılması istiqamətində bəzi işlər görülməyə başladı ki, bunları mühasibat uçotunun ilk standartlarının yaradılması prosesinin başlanğıcı kimi qəbul etmək olar. Həmin dövrlərdə ABŞ-da bu sahədə ilk addımlar atıldı. Belə ki, bu istiqamətdə ardıcıl işlər görülməklə mühasibat uçotu sistemi və maliyyə hesabatlarının tərtibinin GAAP (General Accepted Accounting Principles) – mühasibat (maliyyə) uçotunun hamı tərəfindən qəbul edilən razılaşdırılmış prinsipləri sistemi yaradıldı. Ölkələrin bir qrupu hesab edir ki, mühasibat uçotu sistemi və maliyyə hesabatlarının tərtibində GAAP sisteminə üstünlük vermək lazımdır. Avropa İttifaqı isə bu məsələdə Beynəlxalq Standartlar Komitəsinə istinad edir. Bu komitə 1973-cül ildə Avstraliyada bir sıra ölkələrin mühasibat orqanlarının nümayəndələrinin razılığı əsasında yaradılmışdır. Bir sıra beynəlxalq iqtisadi təşkilatlar da həmin standartlara üstünlük verirlər. Son zamanlarda Ümumdünya Bankı da Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını (MHBS-nı) müdafiə edir. Yüksək profesionallığa malik olan beynəlxalq təşkilatların işləyib hazırlamış olduğu bu beynəlxalq standartlar tövsiyyə xarakterli olub, mühasibat (maliyyə) uçotunun aparılma qaydaları məcmusunu, uçot üsullarını, uçotda istifadə olunan terminləri, bir sözlə, uçot prosesini ən ümumiləşdirilmiş formada ifadə edir. Ədəbiyyatlarda həm Beynəlxalq Mühasibat Uçotu Standartları termininə, həm də Beynəlxalq Maliyyə Hesabatı Standartları termininə rast gəlmək mümkündür. Hər iki termin mühasibat uçotu və maliyyə hesabatı sistemində mövcud olan beynəlxalq standartları əks etdirir. 2000-ci ilədək nəşr edilən standartlar Beynəlxalq Mühasibat Uçotu Standartları, 2000-ci ildən sonra nəşr edilən standartlar isə Beynəlxalq Maliyyə Hesabatı Standartları adlanır. Mühasibat (maliyyə) uçotunun beynəlxalq standartlarının hazırlanması, onun dünyanın müxtəlif ölkələrində tətbiq edilməsinin əsas istiqamətverici qüvvəsi BMT-nin dünya iqtisadiyyatının idarəedilməsi və istiqamətləndirilməsi sahəsində göstərdiyi fəaliyyət olmuşdur.
Mühasibat (maliyyə) uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, ölkənin iqtisadi inkişafında xaricdən cəlb edilən investisiyalar üstünlük təşkil edir. Buna görə də maliyyə hesabatlarının tərtibi və maliyyə-təsərrüfat göstərcilərinin hesabatlarda əks etdirilməsinin elə formaları tətbiq edilməlidir ki, daxili investorlarla yanaşı, xarici investorlar da, həmçinin digər istifadəçilər də özlərinə lazım olan informasiyanı rahat və maneəsiz şəkildə hesabatlardan əldə edə bilsinlər. Bu baxımdan bütün dünya təcrübəsində qəbul edilmiş beynəlxalq standartların tətbiq edilməsi qloballaşan iqtisadiyyatda bu mürəkkəb məsələnin həllinə imkan verən ən optimal variantdır.


  1. Yüklə 53,12 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin