Mühasibat uçotu



Yüklə 53,12 Kb.
səhifə8/15
tarix03.12.2022
ölçüsü53,12 Kb.
#72134
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
UNEC 1670058735

Tam ortaqlığın iştirakçıları nizamnaməyə müvafiq surətdə ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara mənsub əmlakla məsuliyyət daşıyırlar. Bu formada əmlakın formalaşma mənbələri əsas etibarı ilə iştirakçıların paylarından ibarət olur. 
-Şəxs yalnız bir tam ortaqlığın iştirakçısı ola bilər.
-Tam ortaqlığın firma adına onun bütün iştirakçılarının adları və “tam ortaqlıq” sözləri daxil edilməli və ya “və ortaqları” sözləri əlavə edilməklə bir və ya bir neçə iştirakçının adı daxil edilməlidir.
-Tam ortaqlığın mənfəəti və zərəri, əgər nizamnamədə və ya iştirakçıların digər razılaşmasında ayrı qaydada nəzərdə tutulmayıbsa, onun iştirakçıları arasında onların şərikli kapitaldakı paylarına mütənasib surətdə bölüşdürülür.
-Tam ortaqlığın iştirakçıları ortaqlığın öhdəlikləri üzrə özlərinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
Kommandit ortaqlığında ortaqlığın adından sahibkarlıq fəaliyyətini həyata keçirən və ortaqlığın öhdəlikləri üzrə öz əmlakı ilə məsuliyyət daşıyan iştirakçıları (tam ortaqları) ilə yanaşı, ortaqlığın fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların məbləği həddində risk daşıyan və ortaqlığın sahibkarlıq fəaliyyətində iştirak etməyən bir və ya bir neçə iştirakçısı - maya qoyanı (kommanditçi) vardır.
-Kommandit ortaqlığın firma adında ən az bir tam ortağın adı və “kommandit ortaqlığı” sözləri əlavə edilməlidir.
-Kommanditçinin maya qoyması ona ortaqlıq tərəfindən verilən şəhadətnamə ilə təsdiqlənir.
-Kommanditçinin ortaqlığın mənfəətinin onun şərikli kapitaldakı payına düşən hissəsini nizamnamədə nəzərdə tutulan qaydada almaq, ortaqlığın illik hesabatları ilə tanış olmaq, maliyyə ili qurtardıqda ortaqlıqdan çıxmaq və nizamnamədə nəzərdə tutulan qaydada öz mayasını almaq və ya digər maya qoyana və ya üçüncü şəxsə vermək hüququ vardır.
Bir və ya bir neçə şəxs tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət adlanır. Cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar.
-MMC-nin iştirakçılarının sayı qanunvericiliklə müəyyənləşdirilmiş həddi keçməməlidir. Əks halda o, bir il ərzində Səhmdar Cəmiyyətinə çevrilməli, bu müddət bitdikdən sonra isə əgər onun iştirakçılarının sayı azaldılıb qanunla müəyyənləşdirilmiş həddə endirilməzsə məhkəmə qaydasında ləğv edilməlidir.
-MMC-də ali orqanı onun iştirakçılarının ümumi yığıncağıdır. Cari rəhbərliyi isə icra orqanı həyata keçirir.
Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət Səhmdar Cəmiyyəti adlanır. Səhmləri yalnız təsisçilər arasında bölüşdürülən və onların əksəriyyətinin razılığı ilə satılan cəmiyyət Qapalı Tipli Səhmdar Cəmiyyəti adlanır. Səhmləri təsisçilərlə yanaşı kənar şəxslərə satıla bilən cəmiyyət Açıq TipliSəhmdar Cəmiyyəti adlanır. Səhmdar Cəmiyyəti öz öhdəliklərinin yerinə yetirilməsinə və borclarına görə bütün əmlakı ilə məsuliyyət daşıyır. Səhmdarlar isə yalnız öz səhmləri həcmində məsuliyyət daşıyır.

Yüklə 53,12 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin