Mühasibat uçotu



Yüklə 53,12 Kb.
səhifə9/15
tarix03.12.2022
ölçüsü53,12 Kb.
#72134
1   ...   5   6   7   8   9   10   11   12   ...   15
UNEC 1670058735

Kooperativ fiziki və hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa təlabatının onun üzvlərinin əmlak haqqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədi ilə yaradılır.
Kooperativin yaradılmasının və fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:
-kooperativ üzvlərinin qarşılıqlı yardım və iqtisadi faydalılığının tə`min olunması, mənafelərinin əlaqələndirilməsi
-üzvlərin paylarının həcmindən asılı olmayaraq bir səsə malik olması (əsas qərarların səs çoxluğu ilə qəbul olunduğu ümumi yığıncaqda hər bir iştirakçı bir səslə iştirakçı iştirak edir);
-əməyin nəticələrinə hər bir üzvün marağının artması, yəni onların gəlirlərinin təsərrüfat fəaliyyətinin iqtisadi yekunları ilə sıx əlaqələndirilməsi;
-təsərrüfat qərarlarının qəbulunun demokratik xarakteri.

  1. Maliyyə uçotunun dövlət tənzimlənməsinin normativ – hüquqi bazası: mühasibat uçotu haqqinda AR Qanunu, həmin Qanunda edilmiş dəyişikliklər, AR Maliyyə Nazirliyinin təsdiq etmiş olduğu Qaydalar, Hesablar Planı və digər sənədlər

Azərbaycanda uçot sisteminin qurulması tarixinə nəzər yetirsək ilk mühasibat sənədi olan “Mühasibat uçotu haqqında” qanun bu qanun 22 mart 1995-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmişdir. Bu qanun Milli Məclisin 999 saylı 24 mart 1995-ci il tarixli qərarı ilə həmin ilin iyul ayının 1-dən qüvvəyə minmişdir. Hazırda milli iqtisadiyyatın bütün sahələrində müəssisə, idarə və təşkilatlarda mühasibat uçotu həmin qanuna əsasən təşkil olunur.
Bu qanun büdcə vəsaiti hesabına maliyyələşdirilən idarələri və təşkilatları, xarici investisiyalı müəssisələri də daxil etməklə, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi şəxlər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşgul olan fiziki şəxslər, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi, hesab edilən bütün müəssisə və təşkilatlarda mühasibat uçotu və hesabatının vahid metodoloji əsası bu qanunla tənzimlənir.
Mühasibat uçotu haqqında qanun 7 mövzudən, 41 maddədən ibarətdir. Onlar aşağıdakılardır:
l. Ümumi müddəalar.
ll. Mühasibat uçotunun təşkili.
lll. Mühasibat uçotunun sənədləşdirilməsi və registrləri.
lV. Müəssisənin əmlakı.
V. Əmlakın qiymətləndirilməsi, kapital və maliyyə qoyuluşları.
Vl. Maliyyə (mühasibat) hesabatı.
Vll. Mühasibat uçotu və hesabatlarının tənzimlənməsi.
Bundan başqa Azərbaycan Respublikasında mühasibat uçotunu tənzimləyən qanunlardan biridə Vergi Məcəlləsidir.
Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının,habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətli, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir.
Vergi haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olması na əsaslanmalıdır. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Heç bir şəxs əldə etdiyi mənfəətdən eyni növ vergini bir bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.
Vergi sistemi sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir.
Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir:

Yüklə 53,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin