Mühazirə : İngiltərə burjua inqilabına qədərki dövrdə


III-IV mühazirə : Şimali Amerikadakı ingilis koloniyalarında müstəqillik uğrunda mübarizə. ABŞ-ın yaranması



Yüklə 0,52 Mb.
səhifə3/138
tarix02.01.2022
ölçüsü0,52 Mb.
#37196
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   138
Yeni tarix müh

III-IV mühazirə : Şimali Amerikadakı ingilis koloniyalarında müstəqillik uğrunda mübarizə. ABŞ-ın yaranması.
Şimali Amerika koloniyalarının sosial-iqtisadi və siyasi inkişafı. Şimali Amerikanın Atlantik okeanının sahillərində ingilis mülkiyyətçiliyi 1607-ci ildə - ilk ingilis koloniyası olan Virciniyanın (Bu koloniya London ticarət kampaniyasının tacirləri tərəfindən yaradılaraq İngiltərə Kraliçası olmuş Yelizavetanın qızının şərəfinə adlandırılmşıdır) təşkili ilə başlamışdır. Bu ərazilərdə ilk yaşayış məntəqəsi Ceymstaun1 qəsəbəsi olmuşdur ki, bu da Virciniya koloniyasının mərkəzinə çevrilmişdir. Daha sonra ingilis köçkünnləri şimala doğru irəliləyərək 1670-ci ildə Yeni-Plimut koloniyasının əsasını qoymuşdur. Şimali Amerikada həmin dövrdə hindu tayfaları yaşayırdılar. Bu tayfaların bir çoxu Atlantik sahillərinin yaxınlığında yaşayaraq, oturaq əkinçiliklə məşğul olurdu. Avropadan gəlmiş müstəmləkəçilərin ən yaxın qonşuları irokez və diqonkin hindu tayfaları idi.

Bu şirkət gəmilərində koloniyaya kasıbları, borca düşərək kompaniyanın nəzarəti altında işləyən işçiləri gətirdirdilər. İngiltərədən okeanın o biri sahillərinə puritanlar, Stuartlar hökuməti tərəfindən sıxışdırılanlar, kasıblar və öz həyatını yaxşılaşdırmaq istəyənlər can atırdılar. Lakin onlar koloniyaya gələrkən yenidən iri tacirlərin və torpaq sahiblərinin əsarəti altına düşürdülər. Beləliklə, hinduların əlindən alınmış Atlantik sahillərində 13 koloniya yaranmışdır.

İngiltərə Virciniyadan sonra 1622-ci ildə Nyu-Hemnşir, 1628-ci ildə Massacunets, 1636-1643-cü illərdə Rod-Aylend koloniyalarını, Mərkəzi rayonda isə 1663-cü ildə Cənubi və Şimali Korolina, 1664-cü ildə Nyu-Cersi, 1681-ci ildə isə Pensilvaniya müstəmləkələrini yaratmışdır.

Şimali Amerikada İngiltərədən başqa digər Avropa dövlətləri də öz müstəmləkələrini yaratmışdılar. İspaniya Florida, Texas, Kaliforniyanı, Fransa isə Missisini çayı hövzəsindəki Luiziananı (1699), hollandlar isə Hufzon çayı hövzəsində Yeni Hollandiya müstəmləkələrinin (1609-cu ildən) əsasını qoymuşdular. Şimali Amerikada digər dövlətlərinkindən fərqli olaraq ingilis müstəmləkələrinin əhalisi daha surətlə artırdı. Ilkin kapital adlanan işçi qüvvəsi, əsasən İngiltərədəki çəpərləmələr nəticəsində torpaqsız qalan kəndlilərin və dini təqiblər nəticəsində ölkədən qaçanların hesabına böyüyürdü. Hətta Hollandiya müstəmləkəsinin əhalisinin yarıdan çoxunu ingilislər təşkil edirdi. Əhalinin çoxluğu isə İngiltərəyə imkan vermişdir ki, Şimali Amerikadakı rəqiblərini sıxışdırsın. Nəticədə İngiltərə 1664-cü ildə Yeni Hollandiyanı Yeni Amsterdam şəhəri ilə birlikdə tutub onu Nyu-York adlandırmışdır.

Şimali və Cənubi ingilis müstəmləkələri arasında onlarla eyni vaxtda – Hudzon çayı hövzəsi və Manhetten adasında Hollandiya kaloniyası meydana gəlmişdir. 1638-ci ildə həmin ərazidə (İndiki Delavar ştatının ərazisində) Yeni İsveç yaradılmışdır.

Virciniya və ondan cənubda sonradan yaradılmış koloniyalarda iri plantator təsərrüfatı yaranmışdır. Həmin təsərrüfatlarda eksporta gedən məhsullar - əsasəndə, tütün, düyü və s. becərilirdi. Yeni İngiltərədə əkinçiliklə fermer ailələri məşğul olur, çox da böyük omlayan sahələrdə özlərinin tələbatını yerinə yetirmək üçün məhsul becərirdilər. Orta Atlantika koloniyalarında (Yeni Niderland və Yeni İsveç koloniyalarından başqa) buğda və qarğıdalı becərilmiş, heyvandarlıq genişlənmişdir. Bu ərazilər də fermer təsərrüfatı ilə yanaşı iri feodal mülkləri də mövcud idi. Sahilyanı şəhərlərdə sənətkarlıq və gəmi tikintisi inkişaf etmişdir. Şimalda – Nyu-Henişir, Massaçusets, Konnektivit və Rod-Ayletdi əhatə edən Yeni İngiltərədə isə sənətkarlar və manufakturalar daha çox idi.

Əhalinin əsas hissəsi balıq sənayesi və dənzçiliklə məşğul olurda.

Koloniyalar arasındakı sosial münasibətlərin müxtəlifliyinə baxmayaraq onların ümumi xarakterik xüsusiyyəti isə ilkin kapital yığımının və burjua münasibətlərinin sürətli inkişafı idi.

Koloniyaların ərazi cəhətdən Qərbə doğru genişləndirilmiş əsasında hindu tayfalarının torpaqlarının zəbt edilməsi dururdu. Hindularla müharibə isə özünün qəddarlığı və qəsbkarlığı ilə fərqlənirdi. Müstəmləkəçilər yerlərdə hindu əhalisini məhv edir, əsir götürdüklərinə cəza verir və yandırırdılar.

Müstəmləkə əhalisinin əsasını ağ və zənci qullar təşkil edirdi. Ölkənin cənub koloniyalarındakı əhalisinin 40 faizi zənci qullardan ibarətdi. Ağ qulları isə İngiltərə və İrlandiyada torpağından qovulmuş kəndlilər və sənaye çevrilişi zamanı yoxsullaşmış sənətkarlar təşkil edirdilər. Bunlardan əlavə Avropa dövlətlərində, əsasən də İngiltərədə siyasi təqiblərə məruz qalmış insanlar da Amerikaya üz tutmuşdular. Odur ki, istiqlaliyyət müharibəsinə qədər kaloniyalarda əhalinin dörddə-üç hissəsini ağ dərili qullar təşkil etmişdir. Həmin dövrdə ağ qulların əməyindən sənaye və kənd təsərrüfatında geniş istifadə olunmuşdur. Zəncilərin qula çevrilməsi prosesi isə 1619-cu ildə onların Afrikadan gətirilməsi ilə başlanmışdır. XVII əsrin ortalarında və ikinci yarısında bu proses daha da genişlənmişdir. İstiqlaliyyət müharibəsi başlayanda Şimali Amerika koloniyalarındakı zənci qulların sayı 500 min nəfəri keçmşidir. Onlar “Canlı alət” adlandırılmaqla bütün insani hüquqlardan məhrum idilər.

Qullara verilən zülümlərə baxmayaraq zənci qullar ağ dərili yoxsulların köməyi ilə dəfələrlə etiraz nümayişlərinə qalxmış və azadlıq uğrundakı hərəkatları qəddarcasına yatırırılmışdır.

Kəskin sosial ziddiyyətlər koloniyaların ağ dərili əhalisi arasında da genişlənmişdir. Ağ dərili əhalinin böyük bir hissəsi borca görə uzun illər indiki tacirlərin və iri torpaq sahiblərinin quluna çevrilmişdilər. Torpaq aristokratiyası isə koloniyalarda feodal münasibətlirini və zadəgan titulunu tətbiq etməyə çalışırdı.

Koloniyaların idarəçiliyi İngiltərə hakimiyyətinin əlində idi. Koloniyaların çoxunun qubernatorları İngiltərə kralı tərəfindən təyin olundurdu. Bunlardan üçü – şəxsi mülkiyyət hesab olunan – Pensilvaniya, Delaver və Merilenddə kral mülkiyyətçi tərəfindən təyin olunmuş qubernatorları təsdiq edirdi. Qubernatorların yanında isə onlar tərəfindən təyin olunan şura və aşağı palata mövcud idi. Hansı ki, bunların da üzvləri dövlətli mülkiyyətçilərdən yüksək əmlak sensinə əsasən seçilirdi. İngiltərə parlamentində isə koloniyaların nümayəndəsi yox idi. İngiltərə hökuməti belə hesab edirdi ki, koloniyalara aid bütün qanunları onların razılığı olmadan da verə bilərlər.

İngiltərə hökuməti müstəmləkəsində olan xalqlarla qeyri-bərabər əsasda ticarət edirdi. Eyni zamanda metropoliya müstəmləkələrin iqtisadi inkişafına həmişə maneçilik törədir, sənayenin, ticarətin inkişafını ləngidirdi. Çünki müstəmləkələr metropoliya üçün xammal bazası olduğu kimi, həm də istehsal etdiyi məhsulu satmaq üçün bazar rolunu da oynayırdı. Hətta 1750-ci ildə İngiltərə parlamenti müstəmləkələrdə dəmir istehsalı ilə məşğul olan müəssisələrin tikintisinə qadağa qoymuşdur. Bütün bu kimi səbəblərdən ölkədə iqtisadi inkişaf ləngiyir, xalqın, əsasən də yenicə yaranmaqda olan burjuaziyanın narazılığını artırırdı.

Koloniyaların iqtisadi cəhətdən böyüməsi əhali arasında müstəqillik uğrunda mübarizə cəhdlərinin də artmasına səbəb olmuşdur. Koloniyalar arasında isə tədricən qarşılıqlı iqtisadi əlaqələr güclənirdi. Şimal və cənub koloniyaları arasındakı həyat şəraitinin müxtəlifliyinə baxmayaraq onlarda azadlıq uğrunda ideya daha da güclənirdi. Şimali Amerika xalqının formalaşması prosesi isə koloniyalarla İngiltərə arasında ziddiyyətlərin kəskinləşməsi nəticəsində güclənirdi ki, bu da koloniyaların əhalisini azadlıq uğrunda mübarizəyə aparırdı.


Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin