Mühazirə İnformasiya təhlükəsizliyinin əsas konseptual məsələləri



Yüklə 2,49 Mb.
səhifə4/102
tarix06.10.2023
ölçüsü2,49 Mb.
#152585
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   102
Muhazirə(informasiya tehlukesizliyi) (1)

İnformasiyanın qorunması – reallaşdırılması informasiyanın sahiblərinə və istifadəçilərinə ziyanın vurulması ilə nəticələnən təbii və süni xarakterli təhlükələrin təsir göstərdiyi şəraitlərdə informasiyanın gizliliyini, tamlığını və ona girişi (əlyetərliliyi) təmin edən müvafiq üsul və vasitələr kompleksi kimi dövlət, xidməti (kommersiya) və ya şəxsi sirlərin, eləcə də istənilən məzmunlu informasiya daşıyıcılarının qorunmasma yönəlmiş olur. 
İnformasiyanın qorunmasının məqsədləri aşağıdakılardan ibarətdir: 

  • dövlətin, ictimaiyyətin, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi; 

  • dövlət sirri təşkil edən və məxfı informasiyanın məxfiliyinin qorunması; 

  • informasiyanın məhvinin, itməsinin, təhrif edilməsinin, saxtalaşdırılmasının, surətinin çıxarılmasının, təcrid edilməsinin qarşısının alınması; 

  • informasiya proseslərində və informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin işlənməsi, istehsalı, tətbiqi zamanı fıziki və hüquqi şəxslərin hüquqlarının təmin olunması. 

İnformasiya təhlükəsi anlayışına iki mənada təhlükəni yaradan və təhlükəyə məruz qalan obyektlər baxımından tərif verilir. 
İnformasiya təhlükəsi informasiya mühitinə təsir etmək yolu ilə əhəmiyyətli zərər və ya ziyan vura biləcək imkanların mövcud olduğu obyektin və ya onun ətraf mühitinin vəziyyətidir. 
İnformasiya təhlükəsi obyektin hər hansı başqa obyektin informasiya mühitinə təsir etməklə ona əhəmiyyətli zərər və ya ziyan vura bilmək qabiliyyətini xarakterizə edən xassəsidir. 
İnformasiya təhdidi – obyektin hər hansı başqa obyektin informasiya mühitinə təsir etmək yolu ilə ona əhəmiyyətli zərər vurmaq niyyəti, yəni həmin obyektə qarşı yaratdığı təhlükədir. Başqa sözlə, informasiya təhdidi dedikdə obyekt üçün informasiya təhlükəsi yaradan amil və ya amillər toplusu başa düşülür. 
Təhlükələrə misal olaraq əməkdaşların səhv, səhlənkar hərəkətlərini, davranışlarını, texniki nasazlıqları, təsadüfi prosesləri, təbiət hadisələrini və s. göstərmək olar. Təhdidlərə isə təhlükə yarada biləcək və qəsdən düşünülmüş hərəkətləri, davranışları və s. aid etmək olar. 
Təsir üsullarına və vasitələrinə görə təhdidlərin aşağıdakı növlərini fərqləndirirlər:

  • informasiya təhdidləri; 

  • proqram–riyazi təhdidlər; 

  • fıziki təhdidlər; 

  • təşkilati təhdidlər. 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin