Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi


Etibarlılıq anlayışı.Sistemlərin imtinası və onların təsnifatı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   101
ST müh

2.2 Etibarlılıq anlayışı.Sistemlərin imtinası və onların təsnifatı 
İstehsalın tələblərini ödəyə biləcək dərəcədə texnoloji proseslərin 
avtomatlaşdırılmasını yaratmaq bir çox böyük və mürəkkəb problemlərlə üzləşir. 
Bu problemlər sırasında ən vacibi fasiləsiz texnoloji proseslərdə etibarlı 
kompleks avtomatik sistemlərin yaradılmasıdır. 


Etibarlılıq(dayanıqlıq)-müasir texnikanın əsas problemidir və dövlət 
əhəmiyyətli məsələlər sırasındadır. 
Etibarlılıq dedikdə verilən müddətdə öz istismar xüsusiyyətlərini saxlamaqla 
qoyulan funksiyanı yerinə yetirə bilən sistemin xassəsi başa düşülür. 
Sistemin etibarlılığı müəyyən müddətdə iş qabiliyyətini saxlamaqla fasiləsiz 
olaraq imtinasız xidmətlə xarakterizə olunur.Fasiləsiz texnoloji proseslərdə 
avadanlıqların fasiləsiz işi 300-1000 gün və daha artıq nəzərdə tutulur.Əgər 
avtomatlaşdırma sistemi istehsalın fasiləsiz iş müddətindən az vaxtda dayanarsa 
istehsal qəza halının yaranması ilə əlaqədar dayandırılır.Nəticədə avtomatlaşdırma 
sisteminin imtinası nəticəsində məhsul itgisi yaranır,iqtisadi effektlilik aşağı düşür( 
avadanlığın məhsuldarlığı böyük olduqca bu itgidə çox olur) 
Müəyyən edilmişdir ki, (kimyəvi) texnoloji proseslərin yüksək səviyyədə 
avtomatlaşdırılması üçün 3-5 min gün imtinasız işlək sistemlərindən istifadə 
edilməlidir. 
Bəzi hallarda avtomatik idarəetmədə iqtisadi tələblər qoyulmur.Bu elə 
proseslərdir ki, orada istehsalın dayanması insan ölümü,partlayış və s. ilə 
xarakterizə olunur. 
Avtomatlaşdırma sisteminin etibarlılığını artırılmasının əsas yollarından biri 
vericilərin (datçik),tənzimləyicilərin və digər elementlərin işləməsi üçün münbit 
şəraitin yaradılmasıdır.Buna isə belə sistemlərin ayrıca ,normal şəraitə malik 
otaqda yerləşdirmə ilə nail olmaq olar. 
Avtomatik idarəetmə sistemlərinin etibarlılığı layihələndirmə,avadanlığın 
hazırlanması və istismarında nəzərd tutulmalıdır. 
Etibarlılıq probleminin texniki məzmunu aşağıdakılardır: 
-avtomatik idarəetmə sistemlərinin i.lənməsi və istehsalı müəyyən etibarlılıq 
zəmanəti ilə olmalıdır: 


-avtomatik idarəetmə sistemlərinin elementlərinin etibarlılığı sistemin 
etibarlılığından aşağı olmamalıdır 
-etibarlılıq elə olamlıdır ki,sistemin bütün istismar müddətinə aid olması 
Etibarlılıq nəzəriyyəsinin əsas anlayışlarından biri imtinadır. 
İmtina elə bir hadisədir ki,onun yaranması nəticəsində sistemin müəyyən 
edici həddlərdən kənara çıxır və öz funksiyalarınıyerinə yetirə bilmir.İmtina anının
baş verəcəyi an əvvəlcədən müəyyən edilə bilməyindən təsadüfi olur. 
İmtinalar qəflətən (bir çox hallarda elementlərin mexaniki və elektriki 
zədələnməsindən)və tədricən baş verən növlərinə bölünür. 
Normal funksiyasının pozulması dərəcəsinə görə imtina dərəcəsi tam 
imtinaya və azmiqdarda(azacıq)imtinaya ayrılır.Tam imtinada sistem artıq 
istifadəyə yararsız olur.Azacıq imtinada sistemin öz funksiyanı yerinə yetirmək 
imkanı qalır... 
İmtina konstruktiv,texnoloji və istismar xarakterli ola bilər (konstruktiv 
çatışmazlıq,hazırlanma texnologiyasının pozulması və sistemin düzgün istismar 
olunmaması ).Bu anlayış həmdə sistemin elementlərinə aid edilir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin