Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi


Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   101
ST müh

 
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası 
 
Fənnin adı :
Sənaye təhlekəsizliyi 
Mövzu 3 :
Texnoloji reqlament sağlam və təhlükəsiz iş şəraitinin 
əsasıdır 
Müəllim ( Mühazirəçi ) :
t.e.n. dos. M.O/.Hümbətov 
MÜHAZİRƏNİN PLANI 
3.1
Texnoloji reqlament sağlam və təhlükəsiz iş şəraitinin əsasıdır 
 


Bakı – 2021
 
MÖVZU 3 
 
Texn Texnoloji reqlament sağlam və təhlükəsiz iş şəraitinin əsasıdır
İşlənmiş texnoloji prosesin nəticəsinı uyğun tələblər əsasında texnologiya 
həyata keçirilir.Həmin tələblər isə texnoloji reqlamentlərdə yazılır. 
Texnoloji reqlament həmin prosesin əsas texniki sənədi ( pasportu) hesab 
edilir.Bu sənəddə proseslərin resepti,rejim və texnoloji əməliyatların aparılması 
qaydaları göstərilir.Texnoloji reqlamentin bütün tələbləri yerinə yetirilməlidir.Belə 
ki,həmin tələblər buraxılan məhsulun keyfiyyətini , prosesin qənaətlə və səmərəli 
aparılmasını, avadanlıqların saxlanmasını və ən əsası işlərin təhlükəsiz 
aparılmasını təmin edir. 
Texnoloji reqlament işin sabitliyindən , istehsalın yeniliyindən,sahənin 
xarakterindən asılı olaraq müəssisənin texniki rəhbərliyi tərəfindən,uyğun baş idarə 
və nazirlik tərəfindən təsdiq edilir (əvvəlcədən işləyən və xidmət bölmələri 
tərəfindən imzalanmış və razılaşdırılmış qayda da).Reqlamentdə aparılan sonrakı 
hər bir dəyişiklik təsdiq edilən yerlə razılaşdırılmalıdır. 
Müəssisə, istehsalat və ya təşkilat rəhbəri təsdiq edilmiş reqlamentin bütün 
tələblərinə əməl etməli,həmin tələblərə nəzarət vasitələrindən tam istifadə etməlidir 
və bu tələblər yerinə yetirilmədikdə ona məsuliyyət daşıyır.Qüvvədə olan 
reqlamentin tələbləri pozulduqda günahkar şəxslər qanuna uyğun olaraq nəzərdə 
tutulmuş qaydalarla cəzalandırılır.Belə cəzalar texnoloji tələblərin pozulması ciddi 
nəticələr törətdikdə verilir. 


Texnoloji reqlamentlər əsasən aşağıdakı bölmələrdən ibarətdir : 
1. İstehsalın (işin) ümumi xüsusiyyətləri ; 
2. Hazırlanan məhsulun xassələri ; 
3. İstifadə olunan xammalın,materialın və yarımməhsulların xassələri 
4. Texnoloji proseslərin yazılışı 
5. Texnoloji rejimin normaları 
6. Mümkün ola biləcək nasazlıqları,onların səbəbləri və aradan qaldırılması 
qaydaları
7. İllik material və enerji sərfi normaları 
8. İstehsala (işə) nəzarət 
9. Texnoloji proseslərin təhlükəsiz aparılması qaydaları 
10. İstehsalın işlənmiş suları,atmosferə atılan maddələr və digər tullantılar 
11. Təlimatların siyahısı 
12. Material balansı 
13. Texnoloji sxem ( işin və texnologiyanın ) 
14. Əsas texnoloji maşın və avadanlıqların siyahısı 
15. Digər əlavə bölmələr 
Texnoloji reqlamentin məzmunu prosesin bütün mərhələlərini bir-birilə 
demək olarki, birləşdirir və bunlar bütünlükdə prosesin təhlükəsiz şəraitdə 
aparılmasını təmin edir. 
3-cü bölmədə - “xammal,yarımməhsullar və materiallar” bölməsində texnoloji 
prosesə aid olan bütün ST və TŞ , o cümlədən partlayış təhlükəli və toksiki 
maddələrin xassələri göstərilməlidir.Qeyd edilməlidir ki,onlardan hansı əlavə 
tədbirlər görülməlidir ki, təhlükəsiz iş şəraiti təmin edilsin və texnoloji proses 
stabil təhlükəsiz olsun. 
5-ci bölmədə - Texnoloji prosesin aparılma qaydasının əsas göstəriciləri 
verilir.Hər bir prosesin mərhələləri üzrə reagentlərin axını,verilmə 
sürəti,tempuratur,təzyiq və digər göstəricilər verilir.Dövri prosesin hər bir 
əməliyatı üçün əlavə olaraq yüklənəcək reagentin miqdarı və davametmə müddəti , 
digər başqa şəraitdə qeyd edilir.Texnolloji prosesin bütün parametrləri ( v,p,t və s.) 


interval halında və yaxud orta həddən buraxıla bilən kənaraçıxmalarla verilir.Bu 
kənaraçıxmalar elə verilir ki, texnoloji prosesin stabilliyi pozulmasın.Lakin işçi 
parametrlərdən kənara çıxmalar reaksiya sistemini stabil vəziyyətdən çıxara 
bilər.Onda ən yaxşı halda bir müddət,hərdən bir isə uzun müddət lazım gəlir 
ki,reaksiya sistemini normal vəziyətə gətirmək mümkün olsun.Pis halda isə proses 
idarəolunmaz vəziyyətə gəlir və arzuolunmaz nəticələr verir. 
Texnoloji rejimin parametrlərin pozulması qəza və bədbəxt hadisələrin əsas 
səbəblərindəndir. 
Ən əhəmiyyətlisi odur ki,reqlamentlə müəyyən edilmiş texnoloji prosessin sürəti 
müəttən edildin. 
Bəzi anilin boyaqlarının istehsalında kondensləşmə prosesinə alüminum xlorid və 
benzol xloridə naftalan əlavə edilir.Əgər bu proses reqlamentdə gostəriləndən artıq 
sürətdə aparılarsa reaksiya kütləsindən kənara atılma baş verər.Aşağı sürətlə 
naftalan əlavə edilərsə reaksiya kütləsinin qatılaşması baş verər və həmin zərərli 
maddələrin əl işi ilə oradan kənarlaşdırılması lazım gələr.Ancaq müəyyən edilmiş 
sürətə əməl olunmaqla,tempuratiri 80-90C derece saxlamaqla istehsal prosessinin 
normal aparılmasını təmin etmək olar. 
Zavodlardan birində sulfolaşdırma prosesi zamanı reaktorda (sulfatorda) partlayış 
baş vermişdir.Məlum olmuşdur ki ,reaktor sulfat turşusu dozaedicisi ilə təchiz 
edilməmişdir. 
Sulfat turşusunun verilməsi əllə,turşu verilən borunun ventilini açmaqla 
təmzimləmişlər.Bu ona gətirmişdir ki,bütünlükdə turşu prosesə 1saaat müddətində 
verilmişdir.Reqlament isə bu prosessin 3saatda həyata keçirilməsini nəzərdə tutur. 
Texnoloji proseslərin çoxunda təhlükəsizliyi təmin etmək üçün bir-birilə əlaqəli 
olan parametrlərin (P,t) tələb edilən səviyyədə saxlanması vacib əhəmiyyət kəsb 
edir. 
Anilin boyaq istehsal edən zavodda sulfolaşma prosesi 115C tempuraturda 
aparılmalıdır.Növbəni işçi təhvil verərkən tempuratur tələb edilən səviyyədə 
olmalıdır.Lakin işçi prosesə növbəti veriləcək _________ verərkən sürət və 
tempuratur artmağa başlamışdır.Təcili tədbir görülməklə və çətinliklə qəza aradan 


qaldırılmışdır.Təhqiqat zamanı məlum olmuşdur ki,növbəni təhvil verən işçi 
sulfokütlənin tempuraturnu 125C-yə qaldırmışdır,növbəni təhvil verərkən 
tempuraturu normaya –(115C) salmış və o barədə növbəni təhvil verdiyi işçiyə 
məlumat verməmişdir.Ona görə də artıq qızma nəticəsində əlavə reaksiya baş 
vermiş və qəza halı yaranması mümkün olmuşdur. 
6-cı bölmədə- mümkün ola biləcək nasazlıqlar və onların aradan qaldırılmasının 
mümkümlüyü yazılır.İstehsal prosesində belə nasazlıqlar istismar olunan 
avadanlıqlarda texnoloji reqlament normaları pozulduqda ( P,t,reagentlərin verilmə 
sürəti,məhsulun çıxım sürəti ) , yerli qizma baş verdikdə,avtomatik təmzimləmə 
cihazlarının kənara çıxmaları,silkələnmənin artması nəticəsində baş verir.Eyni 
zamanda bu nasazlıqların aradan qaldırılması yolları göstərilir.Xüsusilə belə 
hallarda işçilərin hansı vəzifələri və necə yerinə yetirmələri göstərilir. 
8-ci bölmədə - İstehsala nəzarət,hər bir mərhələ üzrə nümunə götürülən 
yer,nəzarət qaydaı və tezliyi,ölçmə metodları,nəzarət əməliyyatlarının aparılmasına 
məsul vəzifə yazılır.Zəhərləyici və partlayıvı maddələr olduqda,işlədildikdə sanitar 
nəzarət metodlarıda göstərilməlidir.Burada siqnal və bloklaşdırma 
sistemləri,avtomatik tənzimləmə, kənardan idarəetmə sistemləri,onların təyinatının 
siyahısı verilməlidir. 
9-cu bölmədə - texnoloji prosesin təhlükəsiz aparılmasının əsas qaydaları 
verilir.Burada yanğın,partlayış _________ , zəhərlənmə və yanıqalma baş 
verməməsi hansı konkret şəraitin yaradılması göstərilir.Eyni zmaanda göstərilən 
qaydaların pozulmasının hansı nəticələr verə biləcəyi qeyd olunur.Bu bölmədə 
eyni zamanda aşağıdakılar göstərilməlidir. 
-avadanlığın işə salınması,istismarı və təmirə saxlanması qaydaları ; 
-avadanlıq və kommunikasiyaların təmirə hazırlanması və təmirə verilməsi ; 
-istehsalın qəza vəziyyətinin əsas əlamətləri və onların aradan qaldırılması ; 
-qəza ilə əlaqədar istehsalın dayandırılmasının əsas qaydaları ; 
-sənaye obyektlərinin (müəssisələrinin) layihələndirilməsi və tikilməsi (tikinti) 
normalarina əsasən yanğın təhlükəsizliyi üazrə kateqoriyaları ; 
-elektrik qurğuları təhlükəsizliyi qaydalarına əsasən otağın kateqoriyaları ; 


-xammal,material,yarımməhsul və məhsulların 
qəbulu,saxlanması,yığılması,daşınması qaydaları
10-cu bölmədə- bütün istehsal tullantıları ( bərk,maye,qaz),onlardan istifadə 
olunub olunmaması,miqdarı və texniki xüsusiyyətləri göstərilir.Əgər həmin 
tullantılardan istifadə olunursa hansı miqdarda və harada istifadə 
edildiyi,miqdarı,istifadə olunmayaların miqdarı və toplandığı yer qeyd olunur.Bu 
bölmədə eyni zamanda tullantıların zərərsizləşdirilməsi qaydaları 
göstərilir.Texnoloji rejimin pozulması nəticəsində ətraf mühitə düşə biləcək 
maddələrin xüsusiyyətləri və onların təsirinin aradan qaldırılması yolları 
göstərilməlidir. 
11-ci bölmədə - vacib olan təlimatların siyahısı göstərilməlidir.Texnoloji rejimin 
normal aparılması təlimatlarına əsasən aşağıdakılar aiddir 
-istehsalın işə buraxılması təlimatı 
-ümumi istehsalat üzrə təlimatlar o cümlədən əməyin mühafizəsi,t/texnikası,yanğın 
profilaktikası,qəzaların aradan qaldırılması,avadanlıqların təmirə verilməsi və 
təmirdən qəbul edilməsi,əsaslı təmirə verilməsi və təmirdən sonra işə salınması 
təlimatları 
-ştat cədvəli üzrə bütün iş yerlərinin təlimatları ( hər bir peşə və dərəcə üzrə ) 
-istehsala nəzarət təlimatları ( standart və digər sənədlərə istinad olunmaqla ) 
Bütün vacib olan təlimatlar müəssisənin uyğun xidmət sahələri tərəfindən 
hazırlanır və rəhbərlik tərəfindən təsdiq olunur. 
Bütün işlər istehsalatda texniki təhkükəsizliyin təmin edilməsinə və qəzaların baş 
verməməsinə yönəldilməlidir.

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin