Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi


Texnoloji prosesdə iştirak edən maddələrin tərkibi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   101
ST müh

 
Texnoloji prosesdə iştirak edən maddələrin tərkibi
 
Texnoloji proseslərin normal şəraitdə getməsi üçün əsas şərtlərdən biri həmin 
istehsala daxil olan xammal və yardımçı materialların daima stabil tərkibdə 
olmasıdır. Hər bir istehsalın texnoloji reqlamentində istifadə olunan xammal və 


materialın, eləcə də alınan məhsulun keyfiyyət göstəriciləri dəqiq müəyyən edilir. 
Bu göstəricilər elə seçilir ki, texnoloji prosesin stabilliyi və təhlükəsizliyi təmin 
edilsin. Onlardan kənaraçıxma həm prosesin normal getmesini pozur, həmdə onun 
nəticəsi olaraq qəza vəziyyəti yaranır. 
Qeyd edilən nümayişi üçün aşağıdakı misalı göstərək. Standarta əsasən 
nitrolaşdırmaq üçün nəzərdə tutulan melanjın ( qatı HNO
3
+ 10% kuporos yağı 
H
2
SO
4
qarışığı ) tərkibində közərdilmiş qalıq 0,1%-dən artıq olmamalıdır. Ondan 
yüksək miqdarda avtomatlaşdırmanın işi çətinləşir, boru kəmərləri və həcmlərdə 
çöküntülər əmələ gəlir, onların təmizlənməsi isə ağır əmək tələb etməklə olduqca 
zərərli və təhlükəli əməliyyatlar hesab olunur. 
Xlorlaşdırma prosesində istifadə olunan təmiz xlor qorxulu və partlayış 
təhlükəli deyil. Lakin onun tərkibində hidrogen qarışığı ( ~ 4%, həcmi ) olduqda o 
partlayış təhlükəli olur. 
Digər nümunə: standarta əsasən xlorun tərkibində nəmlik 0,06%-dən (həcmi) 
artıq olmamalıdır. Ondan cox olduqda aparat və boru kəmərlərində korroziya artır, 
FeCl
3
əmələ gəlir. Belə Cl-un həcmlərdə uzun zaman saxlanması olduqca 
təhlükəlidir. 
Krekinq prosesində qazların neft məhsullarının pirolizindən ayrılmasında ( 
əsas üzvi sintez üçün xammal ) olduqca təhlükəli sayılan azor oksididir. 
Nitrobirləşmələr katalizatoru zəhərləyir. Sənayedə ( xüsusilə kimya sənayesində) 
inert qazlardan istifadədə oksigenin miqdarına ciddi nəzarət edilir. Əks halda 
olduqca təhlükəli partlayış yarana bilər. 
Texnoloji prosesdə istifadə olunan suyun tərkibinə xüsusi tələblər qoyulur. Su 
o tələblərə cavab vermədikdə onu qarışıqdan təmizləyirlər. Onun təmizlənməsi 
texnoloji prosesin təhlükəsiz aparılmasına şərait yaradır. Odatəhlükəli və toksiki 
maddələrin az zərərli və aztəhlükəli maddələrlə əvəz olunması 


Sənayedə zərərli toksiki və yanğın təhlükəli maddələri daha az təhlükəli 
maddələrlə əvəzlənməsi üzrə işlər aparılır. Əvvəllər fetra istehsalında istifadə 
olunan civə qələvi ilə, qurğuşun belili zink belili ilə, əzəvlənmişdir. Sənayenin 
müxtəlif sahələrində istifadə olunan civə manometri membranlı manometrlə və s. 
əvəz olunur... anilinboyaq istehsalında betanaftilaminin aradan götürülməsi 
xərçəng xəstəliyi kimi peşə xəstəliyinin azalmasına səbəb olmuşdur. 
 
Polietilen istehsalında ( aşağı təzyiqli ) əsas yuyucu məhlul kəskin zəhərli və 
təhlükəli metanoldur. Onun BBh= 500mq\m
3
-dır. Onun izopropil spirti ilə əvəz 
olunması ( BBH=200mq/m
3
). Əmək şəraitini yaxşılaşdırmağa, metanolla 
zəhərlənmənin aradan qaldırılması, spirti regenerasiya etməyə şlamın azalmasına 
və prosesi təhlükəsiz olmasına imkan verir.
Istehsal sahələrində istifadıə olunan katalizatorlar əksər hallarda zərərli və oddan 
təhlükəli olurlar. Məs: əvvəllər fenolun alkilləşdirlməsi prosesində katalizator kimi 
sulfat turşusundan istifadə olunurdu. Onun kation mübadiləsi qətranı ( KU-2 )ilə 
əvəz olunması sulfat turşusu ilə yanıqalmanın aradan qaldırır və prosesin 
təhlükəsiz olmasını təmin edir. 
Toksiki maddələrin zərərli təsiri gigiyenik standartlarda məhdudlaşdırılır. 
Məsələn, standarta ( Qost 554-50 ) görə yanacaq kimi verilən qazın tərkibində
( 100m
3
-də qramla ) zərərli maddələr – N
2
S-2, NH
4
, CN (HCN-ə hesabla )-5, 
qətran və toz 0,1-dən artıq olmamalıdır. Əks halda qaz təmizlənməlidir. Eləcə də 
sulfat turşusunda arsen, benzində aromatik karbohidrogenlər, etil spirtində metanol 
və furfurolun miqdarı məhdudlaşdırılır və s. 
İşlənən ( emaledilən ) məhsulların aqreqat halı ( vəziyyəti
 )
Bəzi müəssisələrdə ( 
xüsusilə kimya sənayesi müəssisələrində ) bərk maddələr əvvəlcədən məhlula, 
suspenziya və ərintiyə çevrilir. Müəssisələrə daxil olan bərk maddələrin həll 
edilməsi xüsusi qurğularda həyata keçirilir və burada xüsusi təhlükəsizlik tədbirləri 
həyata keçirilməlidir.
 


Bəzi hallarda təhlükəsizliyi təmin etmək üçün geotexniki üsullardan istifadə 
edirlər.
Bu üsul bərk maddələrin faydalı qazıntıların çıxarılması zamanı məhlula və ya 
ərintiyə çevrilməklə sonradan müəssisələrə nəql edilməsini nəzərdə tutur. Məsələn, 
yer altında olan natrium xloridi qaynar su yeritməklə həll edir,sonra boru kəmərləri 
ilə elektroliz prosesinə və ya digər istifadə müəssisəsinə nəql edirlər. 
Eləcə də kükürdü yeraltından çıxarmaq üçün 160-170
0
C qızdırılmış suyu 
kükürdlü əhəngdaşına vurmaqla (çatlara və məsamələrə dolmaqla ) kükürd 
əriyir.(112-119
0
C) və ərinti formasında qazıntı sahəsinə yığılır. Sonra təzyiq 
altında hava vurmaqla kükürd səthə çıxarılır və toplanaraq istilik sistemi ilə təchiz 
olunmuş sistemlərlə nəql olunur. Beləliklə həm kükürd 3-5 dəfə ucuz başa gəlir, 
insanların yer altında olması aradan qalxır, proses səssiz və tüstüsüz, eləcə də 
təhlükəsiz həyata keçirilir. Bu həmdə ekoloji təhlükəsizliyi təmin edir. 
Geotexniki üsulla daha bir çox digər proseslərin həyata keçirilməsi üzrə işlər 
aparılır. Nəql zamanı toz yaranmasının qarşısını almaq üçün tozvarı maddələri 
dənəvərləşdirir, pasta formasına keçirilir, dondurulur, onlarla reaksiya girməyən 
maddələrlə qarışdırılır və s. 
Bütün bunlar texnoloji proseslərin təhlükəsiz aparılması üçün edilir.
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin