maye vermək (çıxarmaq) üçün xətlər və maye səviyyəsi göstərənlərdən ibarətdir.
Hər qab üçün onu mühitlə (qaz, buxar, maye) doldurub boşaltmaq üçün imkan
nəzərdə tutulmalıdır.
Manometrlər qabın korpusunda olan ştuserə, boru xəttində bağlayıcı
armatura qədər və yaxud idarəetmə pultunda quraşdırılmalıdır. Onların dəqiqliyi
(sinfi) 2,5 – dən az olmamalıdır. Şkala manometr üçün elə seçilməlidir ki, işçi
təyiqin ğlçmə həddi şkalanın 2/3 – ci hissəsində yerləşsin. Manometr mühit
təsirindən qorunmalıdır. Qoruyucu klapanın binti (yayı) müəyyən edilmiş həddən
artıq dartılmamalı, temperaturdan və mühitin birbaşa təsirindən qorunmalıdır. Əgər
belə qablarda çıxış borusu bağlı halda hər hansı proses aparılırsa (məsələn,
kondensləşmə) qoruyucu klapanın quraşdırılması vacibdir. Hətta bu proseslərin
aparıldığı təzyiq müəyyən edilmiş işçi təzyiqdən aşağı olduğu hallar üçün də
məqsədəuyğundur.
Qoruyucu klapanların sayı və ölçüsü elə seçilir ki, qabda işçi təzyiqdən
yüksək təzyiq yaranması (15%, p<6MPa – 60atm)(10% >=6MPa – 60atm). Əgər
hər hansı səbəbdən aparatda qoruyucu klapan quraşdırmaq mümkün olmasa, onda
membranlı klapan qoyulur. Bu klapan işçi təzyiqdən 25% artıq təzyiq yarandıqda
dağılır.
Eynicinsli materialdan hazırlanan membranlı klapan geçici təyinatdan
keçirilir və onların yararlığı müəyyən edilir.
Qoruyucu klapanların üfürülməsi xüsusi xətlərlə həyata keçirilir və zərərli –
təhlükəli kondensat tutulur – zərərsizləşdirilir. Təhlükəsizlik üçün otağa zərərli
maddə düşməsin deyə ötürücü boru nəzərdə tutulur. Hər dəfə qab açılanda elə
qurğu ilə həyata keçirilməlidir ki, açılmazdan qabaq təzyiq normal vəziyyətə qədər
azalsın.
6mpa>
Dostları ilə paylaş: