zaman yaranan hidravlik zərbə nəticəsində qırılma halı baş verər. Belə halda da
ancaq hava soyutmasından istifadə edirlər.
Təzyiqin artması ilə əlaqədar olaraq sürtkü yağının temperaturunun aşağı
düşdüyünə görə sıxılan qazın temperaturu bir pilləli kompressorlarda 160
0
C-dən,
çox pilləli kompressorlarda 140
0
C-dən çox olmamalıdır. Suyun normal dövretməsi
şəraitində slindrin divarının və qapağının soyudulması sıxılan qazın
temperaturunun lazım olan həddə çatması 4-6 dəfə sıxılmadan sonra baş verir.
Daha yüksək sıxılma dərəcəsi lazım olan halda qazın hər pillə sıxılmasından
sonra qaz üçün aparıcı aralıq soyuducular qoyulması lazım gəlir. Kondensləşmiş
maye (dağıdıcı hidravlik zərbəni aradan qaldırmaq üçün) soyuducudan dövri və ya
daimi olaraq çıxarılmalıdır. Su soyuducusunu kompressor işə buraxılmazdan əvvəl
qoşmaq lazımdır. Əgər su kəsilirsə təcili kompressoru dayandırmaq lazımdır.
Böyük kompressorlarda dönər suyun temperaturunun normadan çox olduğu hal
üçün avtomatik siqnal və mühafizəedici qurğular qoyulur. Suyun temperaturu və
miqdarı istilik balansına əsasən hesablanır.
Kompressorun müxtəlif pillələrindən bir neçə paralel su axını çəkmək (otvod
vodı) yaxud bir neçə kompressordan eyni xəttə-bir qıfa suyun tökülməsi düzgün
deyil. Belə ki, onda hansı kompressorda və pillədə suyun kəsilməsini və ya
temperaturun dəyişməsini müəyyən etmək olmaz.
Dostları ilə paylaş: