Sürtkü yağına toz qoparaq hisi artırır ki, bu da qəza və partlayış vermə
ehtimalını artırır. Sorulan hava və ya qaz tozdan parça süzgəclər (sukna, fetrovlu),
xüsusi nasadkalı süzgəclər, keramik süzgəclər və digər süzgəclər vasitəsilə
təmizlənir. Qəza hallarının qarşısını almaq üçün dövri olaraq kompressorun
daxili
hissəsi və boru kəmərləri sabunlu su ilə yuyulur. Ən yaxşı yuyucu maddə 2-3%-li
sulfanol məhluludur.
9.5 Kompressorların quraşdırılması, armaturlar, layihələr
.
Təzyiqin işçi həddindən çox artması və bunun nəticəsində qəza hallarının
çoxalmasının qarşısını almaq üçün kompressorun hər pilləsindən sonra qoruyucu
klapan və manometr qoyulur. Təzyiq artdıqda qazın artıq miqdarı kompressorun
korpusunda və yaxud “şuntovoy” hissəsində qoyulmuş qoruyucu klapan vasitəsilə
kompressorun soran hissəsinə qayıdır. Qazın sərfi azaldıqda və ya kəsildikdə
kompressor avtomatik olaraq “öz-özünə işləmə” sisteminə qoşulur. Hava
kompressorlarında və sıxılmış hava akkumlyatorlarında açıq tipli qoruyucu
klapanlar işlənir ki, bu da artıq havanı atmosferə buraxır.
Kompressorun və privodların (ötürücülərin) hərəkətli hissələri çəpərlənir.
Fırlanan hissəsi (dirsəkli valı və s.) tarazlaşdırılır ki, bu da silkələnmənin
qarşısını alır. Hər pillədən sonra maye qaz üçün
kondensator-soyuduşu və
seperator-ayırıcı qoyulur. Hər pillə manometr, termometr və qoruyucu klapannla
təchiz edilir.
Kompressor və qazüfürücülərdə hava sorması çox böyük təhlükə yaradır.
Bu sormanın qarşısını almaq üçün kompressorun sorma xəttini qaz tutumundan
istifadə etməklə qazın təzyiqini bir qədər artıq saxlayır. Buraxılmazdan
əvvəl
sistem təsirsiz qazla üfürülür. Kompensasiya olunmuş qaz sistematik olaraq
oksigenə görə təhlil -analiz olunur. Bunun üçün fasiləsiz işləyən avtomat
cihazlardan istifadə olunur. Cihazın işi qazın yanmasından alınan istilik effektinin
ölçülməsinə ancaq oksigen üçün xas olan mqanitlik xassəsinin təyininə əsaslanır.
Oksigenin təyini üçün eləcədə siqnqledici və özüyazıbqeydedən mexanizmlə təchiz
edilmiş fotokalorimetrik və akustik qaztəhliledicilər-qazanalizatorlardan
istifadə
olunur.
Sorma xəttində təzyiq düşərkən, qaz tutumunda qazın miqdarı buraxıla bilən
normadan aşağı olarkən, temperatur və təzyiq qidalandırıcı (naqnetatel) xəttində
artarsa və oksigenin miqdarı çoxalarsa, kompressor avtomatik “siqanal” verməklə
dayanmalıdır.
Oksigen sıxan kompressorlar sürtkü yağı düşməsindən etibarlı mühafizə
olunmalıdır. Bunun üçün slindrlə sürüşkən (polzun) arasında yağgötürən həlqəli
bufer qutuları qoyulur. Porşeni xüsusi kipləşdiricilərlə fibrli”
manjetlərlə təchiz
edir, qliserinli su ilə yağlayırlar.
Asetilen sıxan kompressorlarda təhlükəsizlik porşenin yavaş sürəti ilə (0,7-
0,9 m/s artıq olmayan), etibarlı soyutmaqla (qidalandırıcı xəttində temperatur
50
0
C-dən yuxarı olmur) təmin olunur. Misli asetilenin əmələ gəlməməsi,
bununlada partlayış baş verməsinin qarşısını almaq üçün armatur və nəzarət
cihazlarının misdən, gümüş və gümüşlü misdən hazırlanması
məsləhət
görülmür.
Kimya sənayesində bəzən porşenli kompressorlar əvəzinə aşağı təzyiqli
mərkəzəqaçma potasiyalı-suhəlqəli kompressorlardan istifadə olunur. Onlar az
təhlükəlidirlər. Suhəlqəli (vodokolsevıe) kompressorlar nəmli və aqressiv qazların
sıxılması üçün də yararlıdırlar. Belə kompressor və nasosların faolitdən və digər
korroziyaya davamlı materiallardan hazırlanmış konstruksiyaları vardır. Xlor
qazının sıxılması üçün rotasiyalı kompressorlardan istifadə olunur.
Maye həlqə
kimi qatı sulfat turşusundan istifadə olunur. İşçi məsaməni dolduran maye
hidravlik zatvor yaradır və aparıcı hermetik (kip) soyuducuda soyudulur.
20m
3
/dəq. –dən yuxarı məhsuldarlıqlı hava kompressorları ayrı və ya
yanında bir mərtəbəli yanmayan materiallardan tikilmiş və qaldırıcı mexanizmlərlə
təchiz olunmuş, yüksəkliyi 4m-dən az olmayan binalarda yerləşdirilir. Belə
binaların damının ğrtüyü yanmayan və yüngül-atılan materialdan edilir. Pəncərə,
qapı, divar örtüklərinin sahəsi 1m
3
, kompressor binasının sahəsi isə 0,05m
2-d
ən az
olmamalıdır.
Bufer həcmləri (akkumlyatorlar, pessiverlər) binadan kənarda açıq havada
qoyulur. Onlar qoroyucu klapanla təchiz edilir. Kompressor ilə bufer həcmi
arasında əks klapan üoyulur.
Kompressorlara xidmət etmək üçün xüsusi hazırlıq keçmiş, imtahan vermiş və
uyğun vəsiqə almış maşinistlərə icazə verilir.
Dostları ilə paylaş: