Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   101
ST müh

10.4 Standartlaşma 
Standartlaşma dedikdə çoxsaylı(növlü) avadanlıqlar haqqında məlumatların 
nisbətən keyfiyyətlə bircinsli olan(keyfiyyətli) sıradan qarşılıqlı ölçülü nümunəyə 
uyğunluğudur.Standartlaşma zamanı təyin olunmuş normalar xalq təsərrüfatında 
tətbiq edilir və onlar dövlət standartları kimi yazılır.Avadanlıqların çoxu nazirlik 
və komitələr tərəfindən həm standartlar,həm texniki şərtlərə(TŞ) uyğun olaraq 
konstruksiya edilir.Texniki şərtlər maşın və aparatların hazırlanması və qəbulu 
zamanı bütün texniki tələbləri nəzərə alır.TŞ və normallar avadanlıqlarda lazım 
olmayan artıq,müxtəlifliklə aradn qaldırır və onların unifikasiyasına imkan yaradır. 


Avadanlıqların unifikasiyası və standartlaşdırılması iqtisadi və texniki 
effektdən əlavə həm də avadanlıqların istismarı zamanı təhlükəsizlik dərəcəsini 
artırmağa imkan verir.Müəyyən edilmiş və yoxlanılmış üsulla avadanlıqların 
hazırlanması prosesi,onların yoxlanması keyfiyyətin 
daimiliyinə,etibarlılığına,uzunmüddətli xidmətinə və iş qabiliyyətinin 
yaxşılaşmasına müsbət təsir göstərir.Avadanlıqların təmiri sadələşir və 
sürətlənir.Çünki standart detalları asanlıqla yenisi ilə əvəzləmək mümkündür... 
10.5 Qaynaq işlərinin yerinə yetirilməsinə tələblər. 
Sənayedə,o cümlədən bütün istehsalat sahələrində,xüsusilə kimya 
sənayesində geniş şəkildə qaynaq işləri aparılır və bu işlər olduqca 
təhlükəlidir.Qaydalar üzrə materialın,elektrodun və flyusun seçilməsi,uyğun 
texnologiya ilə tikişin qoyulması, qaynaq işinin təşkili əsas metalla qaynaq 
birləşməsinin bərabər möhkəmliyini, uyğun olaraq təhlükəsizliyi təmin 
edir.Qaynağın keyfiyyətli oması üçün bu işin texnologiyası FHN-nin və 
standartların mövcüd tələblərinə cavab verməlidir. Məsələn,normativlərlə qabların 
qaynaq tikişlərinin “toxunma” ilə yerinə yetirilməsinə icazə verilir. 
“Toxunan” tikişli layihələr zamanı müxtəlif qalınlıqlı materialın qaynaqları 
sürüşkən keçidli olmalıdır(qalın yavaş-yavaş batırılmalıdır).Əl ilə qaynaq olduqda 
onların kəsişməsinə icazə verilmir.Qaynaq tikişləri biri digərinə nisbətən qalın 
metalın ikiqat qalınlığı qədər(toxunma yerindən) aralıda yerləşdirilməlidir
(100 mm-dən az olmamaqla).Bu və ya digər tələblərin yerinə yetirilməsi metalın 
qaynaq olan yerlərində gərginliyin artmasını aradan qaldırır.Qaynağın keyfiyyətli 
təşkili normativlərlə müəyyən edilir.Bəzi hallarda qabların 
qaynaqlarının(elementlərinin) təşkili və yerinə yetirilməsi müəyyən edilmiş 
formada təsdiq edilmiş təlimatlarla həyata keçirilir.Belə qaynaqları xüsusi hazırlıq 
keçmiş qaynaqçıların tərəfindən yerinə yetirilməsinə icazə verilir.Bunlar işin 
təhlükəsizliyinə təminat verir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin