Yumurtavari “laz”ların forması oxlar üzrə 325 və 400 mm
olmalıdır,dairəvilər isə 400 mm-dən az olmamalıdır.800 mm diametrli qablarda
lüklərin(yumurtavari və ya dairəvari) ox üzrə diametri 80 mm olmalıdır.Siyirtməli
dibi və qapağı olan qablara “laz” və lük tələb olunmur.20 kq-dan artıq kütləyə
malik lük və lazlar üçün onların çıxarılıb qoyulması üçün qaldırıcı vasitələr
olmalıdır.Qabların daxilindəki quruluşlar(tarelkalar,arakəsmələr,ilanvari) borular
və s. çıxarıla bilən olmalıdırlar. Bütün bunlar işin təhlükəsizlik tələbatı və təminatı
üçündür.
10.7 Avadanlıqların konstruksiya edilməsinin rasional
istiqamətləri
Maşınqayırma sənaye avadanlıqlarının konstruksiya edilməsinin real-
rasional istiqamətləri mövcuddur ki,onlar istismar zamanı təhlükəsizliyin təmininə
müsbət təsir edir:
-mexanizmlərin geriyə fırlanma hərəkəti mexanizminin dəyişdirilməsi.Bu
dinamiki yükü azaldır,proses və əməliyyatların sürətini artırır;
-daha müasir ötürücülərin qəbulu(işlənməsi);
-konstruksiya elə olmalıdır ki,güclü axınların yükü həcmin böyük səthinə
paylansın.Bu isə avadanlığın möhkəmliyini və uzunmüddətli xidmətini artırır.
-daim yağlama tələb edən mexanizmlərin mərkəzləşdirilmiş yağlama
sisteminin təşkili.Özüyağlanan qrafit və ftorplast detallardan istifadə olunması
yağlamanı təzələmədən avadanlığın işləmə müddətini artırır.
-avadanlığın və detalların nəqledilməsinin
asanlaşdırılması...(qaldırılması,vaqon, maşın və s.)...
-avadanlığın çətin yerlərinə xarici tərəfdən asan daxil olmaq imkanı və orada
lazımi işlərin aparılması və s.
-avadanlıqların xarici görünüşünün görkəmli və gözəl olmasına çalışmaq.Bu
isə iqtisadi,texnoloji və təhlükəsizliyin əhəmiyyətini azaltmır,əksinə artırır.
Dostları ilə paylaş: