...Ayrı-ayrılıqda texnoloji qurğuların vahid gücünün artırılması,onların
kombinə edilməsi böyük iqtisadi effektdən əlavə digər faktorlarla da-texnoloji
proseslərin təhlükəsizliyinə də müsbət təsir göstərir.Eyni zamanda aralıq mühəndis
kommunikasiyaların(enerji,texnoloji,kanalizasiya və digər xətlərin) uzunluğu
azalır.Bu isə armaturların,flyus birləşmələrinin,kanalizasiya luklarının və bəzi
qazayrılan(potensial olaraq) mənbələrin sayını azaldır,təhlükəsizliyin təminində
mühüm rol oynayır.Aralıq həcmlər də lazım gəlmir ki,bu da zərərli məhsulların
çox toplanmasını və uyğun olaraq təhlükəni aradan qaldırır.Bundan əlavə ötürmə
zamanı daşıb-tökülmələrin azalmasına səbəb olur.Eləcə də
nasosların,kompressorların,digər mexaniki avadanlıqların sayı azalır,onlar daha
böyüyü ilə əvəz olunur,texniki cəhətdən təkmilləşir,xidmət asanlaşır.Proseslərin
azalması,yaxud aradan qaldırılması(suvarma,soyutma,təkrar qızdırma)
istilikdəyişdiricilərin,soyuducuların sayının azalmasına,təmir və təmizlənmə
işlərinin aradan qalxmasına,uyğun olaraq təhlükəsizliyin təmininə xidmət
edir.Avadanlıqların kompakt yerləşdirilməsi isə onların avtomatlaşdırılmasını
asanlaşdırır.
Bunlarla yanaşı vahid məhsuldarlığın(gücün) artırılması konstruktorlar,
istismarçılar və təmirçilərin qarşısında yeni vəzifələr qoyur.Ehtiyat avadanlıqlar
olmadığından(paralel) avadanlıqların daha çox etibarlı olması və yüksək
avtomatlaşdırılması lazım gəlir.Böyük qabaritli(ölçülü) avadanlıqların
quraşdırılması mürəkkəbləşdiyindən onun həlli işlənməli olur.Avadanlıqların daha
yüksək dəqiqliklə hazırlanması tələb olunur.Belə şərait həm də təmir işləri
aparılmasının xüsusi mütodikasının hazırlanması zərurətini yaradır.Qəza zamanı və
başqa nəzərdə tutulmayan hallarda işçilərin mühafizəsi və təhlükəsizliyinin təmin
olunması tədbirləri görülməlidir.
Dostları ilə paylaş: