Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi


Qaz və maye axınlarının təşkili



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   101
ST müh

10.8 Qaz və maye axınlarının təşkili 


Aparatların konstruksiyaları və texnoloji sistemlər elə tərtib edilməlidir 
ki,qaz və maye axını bərabər(bəzi hallarda qeyri bərabər) 
formalaşsın,tənzimlənsin,bəzi aparatlarda səviyyəni tələb edilən vəziyyətdə 
saxlamaq mümkün olsun,onların boşaldılması asan və rahat olsun.Aparatların 
tutulmasının qarşısının alınması texnoloji xarakterli tədbirlərlə olmalıdır.Eyni 
zamanda aparatın konstruksiyası ötürmənin azalmasına mane olmalıdır. 
...Əgər asılqan hissəciklərin çökməsi texnoloji tədbirlərin əksinə 
deyilsə,məcburi sirkulyasiya(dövretdirmə) aparılır,(aparatın konfiqurasiyası 
dəyişdirilir,xüsusi sirkulyasiya nasosu quraşdırılır və s.).Bəzi hallarda asılqan 
hissəcikləri kənarlaşdırmaq üçün texnoloji prosesin hər hansı bir mərhələsində bir 
çökdürücü (otstoynik) qoyulur və məhsul çöküntüdən azad edilir.Daha rahatı 3 
çökdürücü qoyulmasıdır,birində çökdürülür,ikincidə təmizləmə işi aparılır,3-cü 
ehtiyatda saxlanılır.Boru kəmərləri adətən maili qoyulur,ən aşağı hissəsinə ventil 
qoyulur(məhsulun çıxması üçün) əks tərəfində isə hava və ya inert qazın çıxması 
üçün ventil qoyulur. 
Boru kəmərlərində ərinti və yüngüldonan mayelər olduqda təhlükəsizlik 
üçün boru kəmərləri izolyasiya ilə (və sputniklə) təchiz olunur.(boru kəməri ilə 
paralee xətt çəkilir,avtomatik nəzarətetmə ilə buxar verilir,kondensat qabı,dabçik-
termocüt,siqnal qurğusu,siqnal lampası,siqnal sireni və s. sputnik təchiz edilir). 
Bir çox texnoloji proseslərdə qaz və ya mayeni eyni istiqamətə 
istiqamətləndirilməsi tələb olunur.Məsələn,reaksiya kameralarını və material boru 
kəmərlərini üfürmək(produvka) və ya buxarla təmizləmək lazım gəldikdə buxarla 
birlikdə inert qazlar da birləşdirilir. 
Adətən pis şəraitdə üfürmə zamanı(armatur nasazlığında,material borusunda 
təzyiq magistraldan çox olduğu halda) məhsul,toksiki maddə və ya partlayış 
təhlükəli maddə magistral xəttə,sonra isə buxar-hava-su və qaz istifadə olunan 
xəttə düşərək işçiləri zəhərləyə və yaxud partlayış yarada bilər.Belə pis şərait-hal 
axın yaradan nasosun gözlənilmədən dayanması zamanı baş verə bilər. 
Belə təhlükəli halın baş verməməsi üçün bir çox hallarda əks klapanlardan 
istifadə olunur.Əks klapanlar maye və ya qazın bir istiqamətə ötürülməsi hərəkətini 
təmin edir və böyük təzyiq altında olan maye və ya qazın az təzyiq olan tərəfə 
hərəkətinin yaranmasına mane olur... 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin