10.1 Avadanlıqların konstruksiya edilməsinə verilən tələblər.
...Aparat və maşınların konstruksiya edilməsində iqtisadi,texnoloji və digər
tələblərlə bərabər onların istismarının təhlükəsiz və sağlam iş-əmək şəraitlərinə də
tələblər qoyulur;onlar aşağıdakılardır:
-avadanlıqların qəzasız və etibarlı təmin edən təhlükəsiz mühəndis tələbləri;
-insanların avadanlıqlarla və ətraf mühitlə təmasında onların iş qabiliyyətini və
həyat fəaliyyətini təmin edə biləcək gigiyenik tələblər,Gigiyenik tələblər qrupuna
temperatur,nəmlik,radiasiya,səs-küy,silkələnmə,toksiki maddələrin ayrılması,
onlarla kontakt dərəcəsi və s. aiddir.Gigiyenik tələblər əməyin gigiyenası və
sənaye sanitariyası qaydaları ilə müəyyən edilir(Səhiyyə nazirliyi)
-insanların antropometrik xüsusiyyətlərinə uyğun antropometrik tələblər:insan
bədəni və onun ayrı-ayrı hissələrinin ölçü və formasına görə.Burada işçinin
fizioloji rasional duruşu-oturuşu(iş yerində),işi yorulmadan effektiv yerinə
yetirməsi nəzərə alınır.Bu tələblər erqonomikaya aiddir...
-psixoloji-fiziki tələblər;avadanlıqların insanların hissiyyat orqanları
funksiyalaşması(eşitmə həddi,gürmə və s.)
Bu tələblər həyata keçirilmədən avadanlıqların vəziyyəti barədə informasiya
almaq çətinləşir,əks halda alınan informasiya düzgün olmur.Bu tələblər
erqonomika və mühəndis-psixologiyası ilə müəyyən edilir.
Layihələndirmə və konstruksiyaedilmə prosesində təhlükəsizlik tələblərinin
yerinə yetirilməsi mövcud “Əmək haqqında qanun”a uyğun aparılır.
Dostları ilə paylaş: