ilə (100mm diametrili xətt maxovikin fırlanma dövrü 66, 400mm olanda 175 dövr
olmalıdır) .
Tıxaclı kranlar, düz siyirtmələr hansı ki, hərəkəti bir anda dayandırır, belə
hallarda qəbul olunmur.
9.14 Qaz tutumları
Sərbəst rejim yaratmaq məqsədi ilə qaz alınan mənbə ilə qaz istifadə olunan
yerlər arasında qaz tutumlarından –qazholderlərdən istifadə olunur.
Sabit təzyiqli (1,5-4,0 kPa yaxud 150-400 mm.c.st.)
quru və nəm qaz
tutumlarından istifadə olunur. Bunlarda qazın həcmi dəyişir. Eyni zamanda
yüksək təzyiqli daimi həcmi qaz tutumlarında istifadə olunur.
Belə qaz
tutumlarında qaz artıq təzyiqdə 0,5-1,0 MPa (5-10 atm), bəzi hallarda 10 MPa
(100atm.) olur.
Hava ilə partlayıcı qarışıq əmələ gətirən qazların istismarı üçün yüksək
təzyiqli tutumlar daha təhlükəsizdir.
Yüksək təzyiqli qaz tutumları slindr və ya aval şəklində hazırlanır. Belə
tutumlarda 3000-4000 m
3
qaz saxlanır. Onlar təzyiq altında işləyən avadanlıq kimi
hesablanır, hazırlanır və istismar olunur.
Yüksək təzyiqli qaz tutumları
qoruyucu klapanlarla, basma təzyiqli
(naqnateniya)
xətti əks klapanla, qaz götürülən xətt reduksiyalı ventillə (təzyiqi
saxlamaq üçün) təchiz olunur.
Təzyiq və temperatura müəyyən məsafədə qoyulmuş ölçü cihazları ilə
nəzarət edilir.
Qaz tutumlarının təmiri və onlara xidmət xüsusi hazırlıqlı, qazdan mühafizə
işini bilən işçilər tərəfindən aparılır. Kənar şəxslər qaz tutumları sahəsinə
buraxılmırlar. Müəyyən olunmuşdur ki, qəza hadisələri əsasən təmir işləri vaxtı baş
verir.
Sabit təzyiqli qaz tutumları quraşdırıldıqdan və ya təmirdən sonra 5-7 gün
müddətində hermetiklik (kiplik) üzrə yoxlamadan keçir. Yoxlama zamanı qaz axını
2% həcmindən yüksək olmamalıdır. Əvvəlcə təsirsiz qazlarla hava sıxışdırılıb
çıxarılır, sonra təsirsiz qaz işçi qazla çıxarılır. Üfürmə üçün qaz xəttində atıcı boru
qoyulur.
Qaz tutumlarını tamam boşaltmaq olmaz. Belə ki,
qaz tutumunun içinə
sorulma nəticəsində hava daxil olar və bu isə partlayıcı maddə əmələ gətirə bilər.
Bütün qaz tutumları siqnalla və avtomatik ayırıcı sistemlə təchiz olunur. Bu
sistem səviyyə və təzyiq minimum və yaxud maksimum buraxıla bilən həddə
çatdıqda işləyir.
Dostları ilə paylaş: