10.11 Reaktorlar
Reaktorlar reaksiyaya girən maddələrin bütün aparat boyu yayılması,giriş və
çıxışında (daxil və xaric olan maddələrin) maddələrin yüksək qatılığa malik
olanları və prosesin böyük hərəkət gücü ilə xarakterizə olunur;
Müxtəlif tipreaktorda maddə qatılığının dəyişməsinin xarakteri
a-sıxışdırıcı reaktor ; b-qarışdırıcı reaktor ; c-cari qatılıq ;
𝑐
𝑛
-başlanğıc qatılıq ;
𝑐
𝑘
-son qatılıq ;
𝑐
𝑝
-bərabərlik qatılığı ; L-reaktorun uzunluğu(hündürlüyü).
Qatılığın reaksiya həcmində dəyişməsi tədrici (plavnıy) xarakter
daşıyır(şəkil a) Belə ki,reaksiyaya girən maddələr əvvəlki maddələrlə
qarışmırlar(onları sıxışdırırlar).Burada qarışdırıcı reaktorlara nisbətən reaksiya
məhsulu yüksək sürətlə hərəkət edir,reaktor həcmi çox böyük olmur.Onların
təhlükəsiz istismarı yüksəlir.Lakin boru(və ilanvari boruların) vəziyyətinə nəzarət
etmək çətinləşir.
Tam sıxışdırma reaktorlarında katalitik proseslərin aparılması çətinləşir.Bu
da katalizatorun dəyişdirilməsinin mürəkkəbliyi və onların aktivliyinin azalması ilə
bağlıdır.Siklin(dövrün) dəyişdirilməsi prosesində partlayıcı qaz yoplana bilər və
təhlükə yaranar.Ona görə də regenerasiyadan əvvəl kontakt qazı,regenerasiyadan
sonra isə hava oksigeni su buxarı və ya inert qazla üfürülür...
Tam qarışdırma reaktorlarında reaktorun bütün həcmində reaksiyaya girən
maddələrin qatılığı eyni olur.(şəkil-b). Bu isə reaksiya həcmində reaksiyaya girən
maddələrin tez qarışdırılmasıdır.Prosesin hərəkət sürəti (orta) tam sıxışdırma
reaktoruna nisbətən bir qədər az olur.Tam qarışdırma reaktorları böyük həcmə
malikdir,onların daxil olan məhsulların kontaktı qeyri-bərabər olur və bunun
nəticəsində arzuolunmaz təhlükəli maddələr əmələ gəlir.Onları aradan qaldırmaq
üçün maddələri daha yaxşı qarışdırmaq üçün qarışdırıcı qurğular nəzərdə tutulur.
Maye fazalı dövrü proseslər üçün qarışdırıcılardan istifadə olunur.Onlar
fasiləsiz və etibarlı qarışdırmanı təmin etməlidir.Elə qəza halları məlumdur ki,
qarışdırıcının gec qoşulması və ya dayanması məhsulun yerli qızmasına və
idarəolunmaz reaksiyaların inkişafı nəticəsində baş verib.Tam qarışdırma
reaktorları katalitik proseslərin aparılması üçün əlverişlidir.
Şarvari (şarşəkilli) katalizatorla işləyən reaktorlarda əsas təhlükə nəqletmə
sistemi vasitəsi ilə kontakt qazlarının reaktordan generatora düşməsidir.Əsasən bu
təhlükə kontakt qazı düşə biləcək sahəyə inert qazların verilməsi ilə aradan
qaldırılır.Digər təhlükə katalizatorun sürtünməsindən kiçik toz hissəciklərinin
əmələ gəlməsidir.Burada katalizatorun dənəvərlik tərkibi pozulur,katalizator
axınında qazın fitrlənməsi qeyri bərabər gedir və təhlükə yaranır.
Yüksək təzyiqli aparatları şərti olaraq 2 əsas qrupa bölmək olar ;
avtoklavlar-dövri proseslərin həyata keçirilməsi üçün və daimi xammal vermək-
məhsul çıxarmaqla fasiləsiz proseslərin aparılması üçün aparatlar.
Kimya,neft-kimya və neft emalı müəssisələrində yüksək təzyiq
10 M Pa (100 kqq/
𝑠𝑚
2
) və ondan yuxarı,olduqca yüksək isə
150 M Pa (1500 kqq/
𝑚
2
)-dən çox olan hesab olunur.
Avtoklavlarda (hermetiklik) kiplik əsas məsələlərdən biridir.Xüsusilə
“zatvor”dan istifadə etməklə qapağın korpusla birləşdirilib kipliyin əldə
olunmasıdır. “Zatvor” kipliyi etibarlı istismarı təmin etməklə bərabər qapağın tez
və təhlükəsiz açılıb bağlanmasını imkan verməlidir.Müasir avtoklavların
konstruksiya edilməsi elə aparılır ki,qapağın avtomatik və kip,eləcə də tez-açılıb
bağlanması avtomatik-mexaniki elektrik mühərriki ilə aparılır.Təhlükəsizliyi təmin
etmək məqsədilə avtoklavlar həm də bloklaşdırıcı qurğularla təchiz olunur...
Yüksək təzyiqli kalon aparatları fasiləsiz texnoloji proseslərin həyata
keçirilməsi üçün nəzərdə tutulur...
Böyük qurğuların (kalonların) etibarlılığı və təhlükəsizliyinin əsas
faktoru(NH
3
, NHCO) avtomatik mühafizə sistemidir.Bu sistem qəza vəziyyəti
yarandıqda bütünlükdə aqreqatın (aparatın,qurğunun) təhlükəsiz vəziyyətə
keçməsini təmin edir.Daha məsuliyyətli orqanların idarə olunması üçün üçüncü
“avtanom” qida (elektriki) mənbəyi nəzərdə tutulur.Ona ventilin elektrik ötürməsi
(elektroprivod) qoşulur.Bentil əsas texnoloji axınlara xidmət edir.Ən təhlükəli qəza
ola biləcək sistem-bloklaşdırma,nəzarət ölçü cihazları və siqnalizasiya ilə bu
sistemə birləşdirilir və avtomatik mühafizə sisteminə qoşulur.
|