4. Маршалл В. Основные опасности химических производств. М:, Мир,
1989.
5. Белов С.В. и др. Безопасность жизндеятельности, М: Высшая школа.
2007, 616с.
6. [Elektron vəsait] www.trudohrona.ru.12.01.2020.
7. [Elektron vəsait] www.alleng/ru/f/saf/ 24/02/2020
8. Лобачев А.И. Безопасность жизндеятельности, М:2008, 367с.
9.Tağızadə T. H. Meliorasiya təsərrüfatında əməyin mühafizəsi Bakı , 1990
10. Охрана труда в химической промыщленности. М.1987
X
1.Hansı avadanlıqlar mexaniki avadanlıqlara aid edilir ?
2.Hansı avadanlıqlar texnoloji avadanlıqlar hesab olunur ?
3.Avadanlıqların standartlaşdırılması nə deməkdir ?
4.Reaktorların istismarında hansı təhlükələr baş verə bilər ?
5. Reaktorların hansı növləri var ?
6. Avadanlıqlarda qaynaq işləri necə aparılmalıdır?
Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti
İnşaat texnalogiya fakultəsi
Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrası
Fənnin ad Sənaye
təhlekəsizliyi
Mövzu 11 :
Qaldırıcı və nəqledici işlərdə təhlükəsizlik şərtləri
Müəllim ( Mühazirəçi ) :
t.e.n. dos. M.Q.Hümbətov
MÜHAZİRƏNİN PLANI
11.1
Qaldırıcı və nəqledici işlərdə təhlükəsizlik şərtləri
11.2
Horizontal nəqledici vasitələr
11.3
Yükqaldırıcı maşınlar
11.4
Qaldırıcı maşınlara texniki şəhadətnamə verilməsi
Bakı – 2021
MÖVZU 11
11. 1 Qaldırıcı və nəqledici işlərdə təhlükəsizlik şərtləri
Yükləmə, boşaltma, və eləcə də nəqletmə əməliyyatları olduqcamürəkkəb və
çoxsaylıdır. Uyğun olaraq bu işlərdə istifadə olunan maşın və mexanizmlərdə
çoxnövlüdür. Əsasən bu maşınları 2 qrupa ayırmaq olar: qaldırıcı və nəqledici
Nəqledici maşınlar kütləvi yüklərin fasiləsiz axınla daşınması üçün nəzərdə
tutulur və öz növbəsində 2 qrupa bölünür : dartıcı orqanla (lent, sep, kanat), hansı
ki, yük dartıcı orqanla birgə hərəkət edir ; və dartıcı orqansız (şnek, pnevmatik və
hidravliki qurğular və s.).
Materialların horizantal yerdəyişmələri üçün fasiləli hərəkət edən
nəqledicilərdən də istifadə edilir (asılqan yol, resli və relssiz nəqledici – kiçik
vaqon, avtomaşın, avtokara və s.) lakin fasiləsiz nəqledicilərlə müqayisədə bunlar
böyük əl işləri tələb edir və bunlar gigiyenik olmamaqla çox təhlükəlidir.
Mövcud qaydalara və FHN – nin terminalogiyasına görə sitlik hərəkətə
inalik irəli – geriyə (aşağı – yuxarı) hərəkət edən və yüktutan orqanı olan qurğular
yük qaldıran maşınlar adlanır. Beləliklə, yükqaldırıcı maşınlar vertikal olaraq
yüklərin yerdəyişməsi və verilməsi üçün nəzərdə tutulur. Onların əsasən 2 yerə:
qaldırıcılara və kranlara ayırmaq olar.
Qaldırıcılar yükləri müəyyən edilmiş trayektoriya üzrə və sərt
istiqamətləndirici - lərlə qaldırır. Onlara məs.(yükləyici və qaldırıcı) liftləri
göstərmək olar.
Kranlar isə yüklərin qaldırılıması və yerdəyişməsi üçün nəzərdə tutulur.
Yükü ya yük qarmaqları vasitəsi ilə, yaxud yüktutucu orqanla həyata keçirir.
Təyinatlarına görə kranlar olduqca müxtəlifdir. Onların tam təsnifatını vermək
çətindir. Konstruksiyaları genişçeşidlidir. Kranların təhlükəsiz istismarı FHN – nin
qaydaları üzrə aparılır.
Dostları ilə paylaş: |