P = (α/ β) Burada, Δt – temperatur fərqi, 0 C α – həcmi istilik genişlənmə əmsalı β – həcmi sıxılma əmsalı Balonlarda qaz aşağı təzyiqdə olduqda nümunə götürmək üçün balonlar qaz
reduktoru ilə təchiz olunurlar. Onun (reduktorun) aşağı kamerası qoruyucu klapan
və monometrlə təchiz olunur. Onlar qaz götürülən balon üçün maksimal işçi
təzyiqə tənzimlənir. Qaz doldurulan zavodda balonlar texniki yoxlanır.
Karroziyaya uğradıcı qazlar olan balonlar azı 2 ildə 1 dəfə, digərləri 5 ildə 1dəfə
yoxlanılır. Bütün balonlar daxili və xarici baxışa məruz edilir və hidravliki
yoxlamadan keçir (ən azı 1 dəq.). Hidravliki yoxlamadan sonra balonlar suya
yüklənməklə 2 dəq. az olmayaraq (asitilen balonu müstəsna olmaqla) yoxlamadan
keçir. Balonlara baxış karroziyaya uğramanı, çat və əzilmə olmasını aşkarlamağa
imkan verir.
8.9 Sisterni və boçkalar Sistern və boçkalar oksigendən başqa digər qazlar üçün 50
0
c – də yanacaq
təzyiqlər üçün hesablanır. Avtosisternində daşınan qazlar üçün təzyiq 35
0
c üçün
nəzərdə tutulur və bu avtosisternlərin pasportunda göstərilir.
Sistern və boçkalar qaynaqlıvə tikişsiz keyfiyətli karbonlu poladdan
hazırlanır. Qazın qızmasını qorumaq üçün hesablanmış temperaturdan yüksək
temperatur üçün izolyasiya nəzərdə tutulur. Termoizolyasiya yanmayan
materialdan olmalıdır.
Hər bir sisterində yaylı qoruyucu klapan qoyulur və manomerlə, eləcə də
mayenin səviyyəsinə nəzarət üçün səviyyə ölçənlə təchiz edilir.
Xarici səthi sisterinin açıq bor rənglə rənglənir. Onların üstündə xəbərdarlıq
yazısı yazılır və uyğun qazagörə zolaqlar çəkilir. Boçka və sisternlərin yoxlanması
balonlarda olduğu kimidir. Sistern və boçkalar markaların (istehsalçı zavod,
hazırlanan il, yoxlama tarixi, işçi və nümunə təzyiqi və digər lazımı göstəricilər)
yazılır.
Normadan artıq yüklənən sistern və boçkalar daha çox təhlükəlidir.
Doldurulmuş sistern və boçkalarda “qaz yastığı” qalmalıdır ki, 50
0
– də onlarda
təzyiq hesabat təzyiqindən yüksək olmasın.
Sistern və boçkaların istismarına onların pasportu və təlimatları olduqda
icazə verilir. Həm də bu təlimatlar yerli şərait mütləq nəzərə alınmalıdır.