Təhlükəsiz məsafəni müəyyən etmək üçün eyni zamanda partlayış-yanğın
təhlükəsizliyinin tələblərini və istehsalat şəraitini nəzərə almaq lazımdır.Bəzi
hallarda minimum buraxıla bilən kəsilmələr qəbul edilməli və təhlükəsizlik etibarlı
texniki vasitələrlə təmin olunmalı və yaxud yanğın-partlayış başlanğıc mərhələdə
yox edilməlidir.
Yanğın əleyhinə kəsilmələr müəyyən edilərkən qonşu binanın alovlanması
ehtimalı nəzərə alınmalıdır.Qonşu binaya şüa enerjisi,alovun əlaqə (toxunma)
təsiri, konvektiv təsir axını olması halı nəzərdən keçirilməlidir.Qığılcım bütün
hallarda yox,təsadüfi hallarda yaranır.
İstehsalat binaları arasındakı kəsilmələrin həddi onların odadavamlılığından
asılıdır.Anbarlarda isə orada saxlanan maddələrin xassələrindən (yanğına
təhlükəliliyindən,qaz və maye olmasından,tezalışanlığından,yerləşmə vəziyətindən
asılıdır.Əksər hallarda sənaye müəssisələri ilə yaşayış və ya ictimai binalar
arasındakı məsafə sanitar-mühafizə zonasının yaradılmasının vacibliyi ilə müəyyən
edilir.
14.4 Yanğın və partlayışa görə istehsalatın təsnifatı. Bina və onun hissələrinin odadavamlılıq dərəcəsi təyin edilərkən binanın
planlaşdırılması,partlayış-yanğının yaranması və yayılması ehtimalı , onun
miqyası, eləcə də qəza nəticələrinin xarakteri nəzərə alınır.
Tikinti normaları və qaydalarına əsasən istehsal sahələri və anbarlar
partlayış və yanğın təhlükəsinə görə 6 qrupa bölünür ; A və B-yanğınpartlayış
təhlükəli,V,Q,D-yanğın təhlükəli,E-partlayış təhlükəli.
Partlayışyanğın A kateqoriyasına biri-biri ilə və yaxud su və oksigenlə
reaksiyaya girən maddələr ; alışma aşağı həddi 10% və havaya görə ondan az olan
qaynar (yanar) qazlar ; buxarlarının alışma temperaturu 28 C olan mayelər (bu
şərtlə ki,göstərilən maye və qazlar partlayıcı qarışıqları binanın həmçinin 5%-dən
artıq həcmdə yaradır). Bu kateqoriyaya karbonlu kükürd,efir, aseton və s. istehsal
sahələri aiddir.