Bir qayda olaraq yanğın əleyhinə qapılar öz-özünə bağlanan olmalıdır.
Asılma qaydasına görə qapılar asılqan,aralanan və qalxıb-enən formada
olur.Yanğın əleyhinə divarlarda pəncərələrdə qoyula bilər.Lakin onların
materialının odadavamlılıq həddi 1,2 saatdan az olmamalıdır.
İstehsal binalarında digər elementlərdən döşəmə mühüm əhəmiyyət kəsb
edir. Bəzi maddələr (etil efiri,asetilen) qığılcımdan,zərbədən,sürtünmədən alışa-
yana bilər.Ona görə belə yerlərdə döşəməni zərbədən qığılcım verməyən
materialdan (əhəngdaşı doldurucu asfaltdan,çətin yanan plastikdən və s.)
hazırlayırlar və s.
Dostları ilə paylaş: