Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi


Qəza vəziyyətinin yaranmasının mümkünlüyünün təyini üçün ümumi metod



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə93/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   89   90   91   92   93   94   95   96   ...   101
ST müh

15.2 Qəza vəziyyətinin yaranmasının mümkünlüyünün təyini üçün ümumi metod 
İstehsal binalarında yerləşən texnoloji avadanlıqları 3 əsas qrupa ayırmaq 
olar : 
1)reaksiya aparatları,aralıq həcmləri,maşınlar ; 
2)kommunikasiya (boru kəmərləri) ; 
3)bağlayıcı armaturlar (siyirtmələr,kranlar,yivli kipləşdiricilər və s.). 
Atmosfer təzyiqindən yüksək təzyiqdə aparatda olan mayelərin buxarları 
onların bütövlüyü pozulduqda otağa (binaya) daxil ola bilər.Bağlayıcı armaturla 
belə daxilolma tədricən,aparatın və ya borunun dağılması nəticəsində isə binaya 
təhlükəli maddə düşməsi ani anda baş verəcək. 
Hər bir halda boru kəmərinin diametri və aparatın həcmi məlum 
olarsa,otağın havasına (atmosferə) düşən qazın miqdarını müəyyən etmək olar. 
Qaz axını tədricən axdıqda (çıxdıqda) müəyyən müddət ərzində partlayıcı 
qatılıq yaranır və ventilyasiya sisteminin işə salınması və digər yanğına qarşı 
tədbirlər əmələ gəlməsi zamanı yaranır.Boru kəmərinin dağılması zamanı 
partlayıcı qatılıq 2-3 dəqiqəyə yaranır,aparat dağılması (və ya çən) bu proses bir 
neçə saniyə ərzində baş verir. 
Beləliklə,həmişə bilmək vacibdir ki,avadanlıqların hansı qrup elementləri 
daha çox qəzayaratma ehtimalına malikdirlər.Bunun üçün riyazi statistikanın 
ehtimal modelindən istifadə məqsədəuyğun hesab edilir. 


Sadə axın ehtimal halında
𝑃
𝑚
yaranması m-hadisəsi t vaxt 
müddətindən (
t +
)-ə qədər Puasson qanununda yerləşir. 
𝑃
𝑚
=
1
𝑚
15.3 Yanğın və partlayışların xəbərdarlığı metodları 
(üsulları) 
Əgər avadanlıqda yanar maddə varsa (aparatda) və oraya hava düşərək 
partlayış yarad bilərsə,onda yaranmayan buxar və qazlardan istifadə etmək 
lazımdır ki,qəza halları aradan qalxsın.Həm də bunu həm aparatda (avadanlıqda) , 
həm də həmin binada bunu etmək lazımdır ki,təhlükə halı aradan qalxsın. 
Ən çox belə xəbərdarlıq məqsədilə azot,karbon qazı (4-oksid) və haloid 
birləşmələrindən istifadə olunur.Eləcə də karbon 4-xlorid partlayıcı qarışığı 
fleqmatizasiya edir,metilbromid karbohidrogenlərin alışmasını azaldır. 
Haloid birləşmələrin (olefinlər,hidroxinon,dəmir-karbonil və s.) əyləndirici 
təsiri onunla izah olunur ki,onlar yanma prosesinin reaksiyanın əvvəlində aktiv 
mərkəzləri birləşdirir və yanmanın zəncirvari reaksiyasını sındırır. 
Maddələrin əyləndirici təsiri onların istilik tutumundan,istilik 
keçirməsindən, parçalanma istiliyindən və yanma temperaturunda kimyəvi 
aktivliyindən asılıdır. 
Yüksək istilik tutumuna malik olan maddələrin qaynar (yanan) qarışıqlara 
əlavə edilməsi qarışığın temperaturunun artmasına və reaksiyanın sürətinin 
azalmasına səbəb olur. 
Əlavə olunan maddənin yüksək istilik tutumu olduqda qızan zonadan 
temperaturun götürülməsinə və yana biləcək qaynar qarışığın alışması təhlükəsinin 
azalmasına nail olunur. 


Əgər yanar qaynar qarışığa CH
3
Br və CH
2
BrCl qarışığı əlavə 
edilərsə,burada fleqmatizasiya effekti yüksəl olaraq,nəinki azot və CO
2
əlavə 
olunduqda. 1-ci halda reaksiyanın əylənmə mexanizmi baş verir,2-ci halda 
reaksiyanın istilik balansı azalır və oksigen qatılığı düşür. 
Bəzi hallarda qaynar qazların fleqmatizasiyası üçün elə qaynar qaz əlavə 
olunur (məs : hidrogen hava qarışığının fleqmatizasiyası üçün metan) 
Yanğın təhlükəsini aradan qaldırmaq üçün hər bir konkret hal üçün 
araşdırmalar aparılır,istifadə ediləcək metodlar və onların xəbərdarlığı üsulları 
müəyyən edilir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin