Mühazirə toplusu Azərbaycan Respublikası Təhsil Nazirliyi


 Yanğın və partlayış təhlükəli istehsalatlar üçün elektrik avadanlıqları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə95/101
tarix16.12.2023
ölçüsü5,01 Kb.
#181226
növüMühazirə
1   ...   91   92   93   94   95   96   97   98   ...   101
ST müh

15.6 Yanğın və partlayış təhlükəli istehsalatlar üçün elektrik avadanlıqları
Partlayış və yanğın təhlükəli yerlərdə (texnoloji proseslərdə) elektrik 
avadanlıqların seçilib quraşdırılması üçün orada istifadə edilən maddələrin tərkibi 
və xassələri məlum olmalıdır. 
Elektrik qurğularının qaydalarına (EQQ) əsasən tezalışan maddələrin 
(maye, qaz,buxar) hava ilə qarışığı kateqoriya və qruplara bölünür. 
Qaynar (yanar) maddələrin kateqoriyaları təcrübə ilə onların 2,5 litr 
həcmdən qabığı (divarı) vasitəsilə 25 mm məsafədə paralel səthdən xarici mühitə 
yanma manbəyi verə bilmə qabiliyyəti ilə müəyyən edilir.Bunun üçün 2 qab 
arasında aralıq saxlamaqla partlayış təhlükəli maddə ilə doldurulur.B
4
50% 
tezliklə,təkrar təyinat sayından (100-1000 təcrübə) daimi-stabil verilən partlayış 
təyin edilmiş minimal həddən (1 mm) və yanar maddənin fiziki-kimyəvi 
xassəsindən asılıdır. Kritik aralıq (zazor) nə qədər kiçik olsa həmin qarışıq da bir o 
qədər təhlükəli olur. Bu baxımdan hidrogen daha partlayış təhlükəlidir.Onun hava 
ilə qarışığı 0,35 mm-dən az aralıq olan halda partlayış vermə qabiliyyətinə 
malikdir. 
EQQ-na görə qaynar (yanar) qarışıqlar aralığın müəyyən həddində yanğın 
vermək xassəsinə görə 4 kateqoriyaya bölünür. 
Qaynar qarışığın 1-ci 2-ci 3-cü 4-cü 
kateqoriyası 
Aralığın hündürlüyü :
≻1,0 0,65-1,0
0,35-0,65 

0,35
mm 
15.7 Yanğın təhlükəli otaqların elektrik 
avadanlıqları 


Elə otaqlar yanğın təhlükəli hesab edilir ki,orada qaynar maddələr emal 
edilir və ya saxlanılır və onlardan yanğın təhlükəsi mövcud olduğu halda partlayış 
baş vermir.Yanğın təhlükəli otaqlarda və qurğularda olan elektroavadanlıqlar 
təhlükəsinə görə aşağıdakı qruplara bölünür : 
P-1. Bu qrupa elə otaqlar aiddir ki,orada buxarlarının alışma temperaturu
45 C-dən yüksək olan maddələr saxlanılır və ya emal olunur (məs, mineral yağ 
anbarları). 
P-2. Bu qrupa elə otaqlar daxildir ki,qaynar toz və sap ayrılsın və ya asılqan 
vəziyyətdə olsun.Eyni zamanda onlar partlayış yaratmasın. 
P-2a. Buraya elə istehsal yeri və anbarı daxildir ki, orada elə yanar sap (ip) 
saxlanılır və emal olunur ki,(ağac,parça və s.) orada asılqan vəziyyətdə toz və sap 
olmur. 
P-3. Bu qrupa binadan xaricdə-qurğuda saxlanılan və emal edilən,alışma 
temperaturu 45 C-dən yüksək olan maye buxarları və bərk maddələr daxildir. 
Beləliklə,yanğın təhlükəli otaq və qurğularda yanğın baş verməsi mümkün 
olduğu halda,partlayış istisna edilir. 
Bütün işlər,tədbirlər yanğın təhlükəsini aradan qaldırılmasına və 
təhlükəsizliyin təmininə yönəldilməlidir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin