Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023



Yüklə 147,54 Kb.
səhifə21/50
tarix23.04.2023
ölçüsü147,54 Kb.
#101754
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

Gömrük vergisi (1995) beynəlxalq iqtisadi əlaqələrdə geniş tətbiq edilir. Ölkələr arasında qarşlıqlı güzəştlər və gömrük rüsumları tətbiq edilir.
Kənd təsərrüfatı vergisi kənd yerlərində torpaq sahəsinə malik olan vətəndaş təsərrüfatı ödəyir. Yerli vergi və rusumların isə ən mühüm tərkib hissəsi tikinti və torpaq rentasıdır.
4. Sığorta sistemi. Sığorta sistemi dedikdə (1993) respublikamızda olan bütün sığorta təşkilatlarının (xaricdə yaradıla biləcək filialları ilə birlikdə) məcmu və onlar arasındakı qarşılıqlı manasibətlər başa düşülür. Dövlət sığortası Azərbaycan Respublikası sığorta sisteminin əsasını təşkil edir. Dövlət sığortası mərkəzi aparatdan və yerlərdəki orqanlardan ibarətdir. Sığortaçı bazarında sığortaçılar və sığorta olunanlar arasında iqtisadi münasibətlər sistemi formalaşır ki, burada da bazar qanunları fəaliyyət göstərir.
Sığortaçı sığorta olunananın və ya xeyrinə sığorta müqaviləsi bağlanamış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. 
Sığortanın obyektləri – fiziki və hüquqi şəxslərin əmlakalrı və Azərbaycan respublikasının qanunvericiliyinə zidd olmayan digər əmlak və kapital növləridir. 
Sığorta bazarı dedikdə, sığorta olunanaların mənafeyinə uyğunlaşdırılan sığorta xidmətlərinin çevik sistemi başa düşülür. Hazırda respublikamızda vətəndaşların məsuliyyətiu sığortası, əlavə pensiya sığortası, mənzillərin təmirinin sığortası və s. həyata keçirilir. Dövlət sığortası respublikamızın sığorta sisteminin əsasını təşkil edir. Respublikamızda sığorta bazarının müəyyən sahələri, o cümlədən xarici sığorta, bəzi əmlak və məsuliyyət sığortası növləri dövlət sığortası sisteminə daxildir. Dövlət sığortası öz təyinatına və obyektlərinə görə əmlak sığortasına və şəxsi sığortaya bölünür. Bazar iqtisadiyyatı şəraitində dövlət sığortası əməliyyatları bazar münasibətlərinə uyğunlaşdırılır və əsasən könüllü qaydada aparılır. Müstəsna hallarda əmlaka və məsuliyyətə icbarilik tətbiq edilir. Könüllü sığorta xidmətində müəssisə, firma, şirkətlərin əmlakı, nəqliyyat vasitələri, vətəndaşların şəxsi sığortalanması, uşaqların, nigahın sığortalanması və s. həyata keçirilir. Bazar iqtisadiyyatı şəraitində alternativ sığorta orqanları (xüsusi kompaniyalar) dövlət sığorta orqanları ilə rəqabət aparırlar. Dövlət sığortası məcburi və könüllü aparıldığı halda, sığorta bazarında xüsusi kompaniyalar yalnız könüllülük, geniş çeşidli (növlü) və güzəşt əsasında sığorta əməliyyatları aparırlar. Sığorta kompaniyaları aşağıdakı xidmətləri yerinə yetirirlər: Əmlakın sığortası (tərpənən və tərpənməz əmlak); Evheyvanlarının sığortası; Kommersiya əməliyyatlarının sığortası (komersiya riski); Vətəndaşların sığortası (xüsusi şəxslərin). Xüsusi kompaniyalar sığorta müqaviləsi bağlayarkən əmlaka bazar dəyərinə görə təminat verirlər. Bu isə müştərilərin sayının artmasında bir stimul rolu oynayır.

Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin