Hava Yolu Nəqliyyatı 1924-cü ildə Bakı-Tbilisi hava yolu səfərlərinin başlaması ilə Azərbaycanda hava yolu nəqliyyatına başlanılmışdır.
Azərbaycanda 27 aeroport mövcuddur lakin, bunlardan yalnız 5-i normal
sərnişin təyyarələri qəbuluna əlvərişlidir. Bakı, Naxçıvan, Lənkaran, və Gəncə hava limanı beynəlxalq standartlara cavab vərəcək şəkildə yenidən qurulmuş və Azərbaycanda Qafqaz regionunda beynəlxalq statusda dörd aeroporta sahib yeganə dövlət olmuşdur.
Ölkənin sahib olduğu təyyarə parkı olduqca köhnəlmiş bir vəziyyətdədir.
Son illərdə təyyarə parkına 12 yeni təyyarə daxil edilmişdir. 2005-2006-cı illərdə da alınmış olan yeni təyyarələrlə “Azal” dövlət konserninin təyyarələrinin həm sayı, həm də keyfiyyəti artmışdır.
Azərbaycandan 60-dan çox ölkəyə müntəzəm olaraq təyyarə səfərləri mövcuddur. Hava yolu nəqliyyatı, ölkənin müstəqilliyinin əldə etməsindən sonra
beynəlxalq siyasi və iqtisadi əməkdaşlığının artması ilə paralel olaraq inkişaf edir.
2002-ci ildən etibarən hava yolu ilə sərnişin daşımasında artım olarkən, yük daşmalarında dalğalanma yaşanmışdır. Ancaq, 2004-cü ildə yük daşımalarında
42.9% civarında önəmli bir artım olmuşdur. 2015-cü ildə hava yolu ilə 1 milyon 788 min sərnişin daşınmışdır ki, bu da bu sahədə rekord göstəricidir. Yük daşınmasında 2014-cü illə müqayisədə azalma müşahidə edilsə də, son illərdə ümumi artış nəzərə çarpmaqdadır. Belə ki, 2009-cu ildə hava yolu ilə 32 min ton yük daşınmışdırsa, bu 2015-cü ildə artıq 126 min tona çatmışdır.
1999-cu ildə Bakıda yeni hava limanının tikintisi və yeni təyyarələrin alınması ilə bərabər daha çox gediş-gəliş səfərinin həyata keçirilməsi və sərnişinlərə daha yaxşı xidmət göstərilməsi mümkün olmuşdur.
Xarici xətt səfərlərindən sonra Bakının daxili uçuşlarının həyata keçirildiyi hissədə də lazımi yenidənqurma və təmir işləri aparılmış, Naxçıvan Beynəlxalq Aeroportu da yenidən təmir edilərək, 2004-cü ildən fəaliyyətə başlamışdır. Təmir və yenilənməyə ehtiyac olan Gəncə aeroportunda da beynəlxalq standartlara uyğun olaraq təmir işləri 2006-cı ildə tamamlanmışdır. Lənkəran hava limanının tikintisi isə 2004-2008-ci illəri əhatə edən regional sosial-iqtisadi inkişafla əlaqədar Dövlət Proqramına bağlı olaraq həyata keçirilmişdir. Qəbələ şəhərində yerləşən Qəbələ Beynəlxaq Hava Limanı isə 2011-ci ildə istifadəyə verilmiş və ilk beynəlxalq uçuş 2012-ci ilin noyabr ayında həyata keçirilmişdir.
Yevlax, Naftalan, Şəki, Zaqatala və başqa şəhərlərdəki hava limanlarında
isə əsaslı təmir işləri aparılmışdır. Beləliklə, Azərbaycanın hər bir regionunda hava yolu ilə nəqliyyat imkanı mümkün olacaqdır.