Mühazirələr i.ü. f d., dosent Zeynalov M. H. Bakı – 2023



Yüklə 147,54 Kb.
səhifə41/50
tarix23.04.2023
ölçüsü147,54 Kb.
#101754
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   50
Azərbaycan İiqtisadiyyatı mühazirə

5. Mədən Sənayesi
Azərbaycan çox zəngin yeraltı qaynaqlara malikdir. Başlıca qaynaqları; neft, təbii qaz, mis, alunit, sink, qurğuşun, sulfat, polimetal filizi, civə, molibden, dəmir filizi, barıt, kobalt, arsenik, mərmər, əhəng daşı, siyanit, mədən duzu və daş duzdur. Bir sözlə Azərbaycan həm metal filizi, həm də sənaye xammalı baxımından zəngin təbii sərvətlərə sahibdir. Sovət dövründə təbii qaynaqların istifadəsi əsasən qısa və uzun muddətli ehtiyaclar diqqətə alınaraq planlamışdı. Mədən yataqlarından, köhnə mərkəzi hökumət tərəfindən səmərəli şəkildə istifadə olunmayanlarının bəzilərində məhsudarlıq aşağı düşmüş, bəziləri isə bağlanmış və ya iqtisadiyyata yük olacaq vəziyyətə düşmüşdür. Dəmir ehtiyatının təxminən 200-250 milyon ton olduğu ehtimal olunur. SSRİ dağıldıqdan sonra dəmir filizinin çıxarılması dayandırılmışdır. Bunun səbəbi isə, ən əsas müştəri olan Gürcüstanın aşağı keyfiyyəti irəli ataraq dəmir almaqdan imtina etməsi olmuşdur. Ancaq, Alman və İngilis firmaları dəmir yataqlarının bərpası ilə maraqlanırlar. Filiz çaydakı polimetal filizi yataqlarında geniş potensial olduğu hesab edilir. Yüksək tenör və rezervdə qızıl yataqlarının olmasına baxmayaraq, hələ də heç birisi istifadə edilmir. Azərbaycanda zəngin qızıl yataqlarının istifadə olunması üçün 1997-ci ildə ABŞ-ın “RV İnvəstment” şirkəti ilə razılaşma əldə olunmuşdur. 25 illik razılaşmaya görə ABŞ şirkəti layihə əsasında 6 ədəd qızıl yatağı üçün 500 milyon dolları əməliyyat, 120 milyon dolları isə inkişaf etdirmə məqsədiylə olmaqla, təxminən 620 milyon dollar sərmayə qoyacaqdır. Qızıl yataqları Gədəbəy, Ordubad və Erməni işğalı altında olan Kəlbəcərdə yerləşir. “RV” şirkəti, qızılın dünya bazarındakı qiymətinə bağlı olaraq yataqlarda fəaliyyətə başlamağı planlaşdırmışdır. 100 min ton sülfit turşusu ehtiyatları olmasına baxmayaraq, bazar imkanı tapılmamış və 1 milyon dollar dəyərində gümüş istehsalı, alıcı tapılmadığından dayandırılmışdır. Mədən sektorunda təcili müasirləşməyə ehtiyac mövcudluğunu və əhəmiyyətini davam etdirir. Qısacası, Azərbaycan, mədən sektorunda bir çox problemlə qarşı-qarşıyadır. Çox məhdud olan mədən mallarının istehsalı müəssisələrində texnologiya geri qalmışdır.



Yüklə 147,54 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin