MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


-ci il oktyabr ayının 13-də



Yüklə 418,25 Kb.
səhifə85/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   81   82   83   84   85   86   87   88   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

1921-ci il oktyabr ayının 13-də Rusiyanın iştirakı ilə Türkiyə və Cənubi Qafqaz respublikaları olan Azərbaycan, Gürcüstan və Ermənistan arasında Qars müqaviləsi imzalandı. 20 maddədən və 3 əlavədən ibarət olan Qars müqaviləsinin beşinci maddəsində Ermənistan Naxçıvanın Azərbaycanın himayəsinə verildiyini, Azərbaycan isə bu himayəni qəbul etdiyini təsdiq edirdi. Sovet Rusiyasının təzyiqi altında Azərbaycan nümayəndələri Türkiyənin qəti etirazına baxmayaraq həmin himayədarlığın Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi bəndinin Qars müqaviləsində yer almaması ilə razılaşmışdılar. Müqavilədə Naxçıvanın bir muxtar ərazi kimi dəqiq sərhədləri də müəyyənləşdirilmişdi.

Uzun sürən çəkişmə və müzakirələrdən sonra nəhayət, 1924-cü il fevral ayının 9-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikası (MSSR) yaradılması haqqında dekret imzaladı. Yaradılan Muxtar Respublikanın ərazisi 5988,5 kv.km müəyyən olunmuşdu.

1921-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycanın Zəngəzur bölgəsinin böyük hissəsinin Ermənistana verilməsi Naxçıvanın ərazicə Azərbaycanın digər torpaqlarından ayrı düşməsinə səbəb oldu. 1929 - 1930-cu illərdə Zəngilana və Naxçıvanın Ordubad rayonuna məxsus xeyli ərazinin Ermənistana güzəştə gedilməsi nəticəsində muxtar respublikanın ümumi ərazisi azalaraq 5,5 min kv.km-ə düşdü.

Bütün daxili və xarici siyasəti müsəlman və türk xalqlarına qarşı yönələn Sovet Rusiyasının Qafqaza geri dönərək bu bölgələri qəsb və işğal yolu ilə sovetləşdirməsindən ən çox Ermənistan və Gürcüstan qazandı. 1921-ci ilin iyulun 7-də Rusiya Kommunist (bolşeviklər) Partiyasının (RK(b)P) Mərkəzi Komitəsinin Qafqaz Bürosunun qərarı ilə Gürcüstan SSR-in iddia etdiyi Lori ərazisi və əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Borçalı qəzasının mərkəzi hissəsi, 1922-ci ildə Sovet Rusiyasının köməyilə Zəngəzur qəzasından 405 min desyatin ərazi Ermənistana verilmiş, tarixi türk torpaqları olan AxalkələkAxısxa isə Gürcüstan SSR-nin tərkibində saxlanılmışdı. Moskvanın rəhbərliyi altında həyata keçirilən ərazi - sərhəd dəyişiklikləri nəticəsində sovet hakimiyyəti dövründə Şimali Azərbaycanın ərazisi 97,3 min kv.km-dən azalaraq 86,6 min kv.km-ə düşmüş, tarixi Azərbaycan torpaqları hesabına Ermənistanın ərazisi 10 min kv.km-dən 29,8 min kv.km-ə, Gürcüstanın ərazisi isə 69,7 min kv. km-ə çatdırılmışdır.

Azərbaycan Kommunist (bolşeviklər) Partiyası və Azərbaycan hökuməti daxilində milli mənafeyimizi qorumağa çalışan qüvvələr bu qərarın həyata keçirilməsinə müqavimət göstərirdilər. Lakin 2 il keçdikdən sonra Moskvanın kəskin təzyiqləri altında və S. Orconikidzenin sərt ultimatum formasında göndərdiyi göstəriş əsasında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyul ayının 27-də Azərbaycanın tərkibində Xankəndi mərkəz olmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında dekret imzalamağa məcbur oldu. Hələ üstəlik 1923-cü ilin sentyabr ayının 18-də DQMV-nin Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Xankəndinin adı dəyişdirilərək türk düşməni Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırıldı.

Azərbaycan kommunistlərinin lideri Nəriman Nərimanov Dağlıq Qarabağa muxtariyyət verilməsini haqlı olaraq Rusiya tərəfindən Azərbaycanın başına gətirilən fəlakətlərin sonu deyil, başlanğıcı hesab edərək yazırdı: "Azərbaycanda daşnak siyasəti tam gücü ilə həyata keçirilir. Azərbaycan Kommunist Partiyası Orconikidze və Stalinin simasında biz türklərə etibar etmir və Azərbaycanın taleyi erməni daşnaklarına tapşırılmışdır".



Ədəbiyyat:

1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2015,2016, s.279-292.

2. Azərbaycan tarixi.Ali məktəblər üçün mühazirələr kursu.II hissə(XIX-XXI əsrin əvvəli) A.Ə.Rzayevin ümumi redaktəsi ilə. Bakı:Bakı Universiteti nəşriyyatı,2010,s.285-291

3.XX əsr Azərbaycan tarixi. Y.B.Yusifov və T.T.Vəliyevin ümumi redaktəsi ilə. II c., Bakı, 2004.s.291-295




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin