Cədvəldən göründüyü kimi zəhərlənmə zonalarının hüdudlarında dozaların gücü aşağıdakı asılılıqda olur: əgər A zonasının hüdudundan kənarda radiasiyanın səviyyəsi (dozası) partlayışdan 1 saat sonra 8 R/s (40R) olarsa, onda B zonasının hüdudundan kənarda A zonasına nisbətən 10 qat artıq – 80 R/s (400 R). V zonasının hüdudlarından 30 qat artıq – 240 R/s (1200 R), partlayış mərkəzinin yaxınlığında – Q zonasında isə 100 qat artıq – 800 R/s (4000 R) olacaqdır.
Radiasiya təhlükəsinin artması radiasiyadan etibarlı mühafizə sistemi yaratmağı və radiasiya təhlükəsizliyinin səviyyəsini yüksəltməyi tələb edir.