Obyektlərin iş dayanıqlığı haqqında anlayış, dayanıqlığa təsir edən amillər.
Sülh dövründəki fövqəladə hallarda – güclü təbii fəlakətlər və istehsalat qəzaları baş verərkən, eləcə də müharibə vaxtı ən vacib müəssisələrdə, təsərrüfatlarda işin dayanaqlığının (sabitliyinin) təmin edilməsi ölkənin iqtisadiyyatı ilə əlaqədar vacib məsələdir. Bu həmçinin mülki müdafiənin qarşısında duran əsas vəzifələrdən biri sayılır.
Sülh vaxtı, təbii fəlakətdən, iri sənaye qəzasından, fəlakət və başqa səbəblərdən əmələ gələn fövqəladə vəziyyət (FV) məhdud xarakterli (lokal) olub müəyyən obyekti, şəhəri və regionu əhatə edir. Müharibə vaxtı, kütləvi qırğın silahının və müasir qırğın vasitələrinin təsirindən yaranan fövqəladə vəziyyət isə böyük bir ərazini – bütün respublikanı əhatə edə bilər.
Respublikamızın ərazisindəki hər bir obyekt, müxtəlif kortəbii hadisələrin, o cümlədən də bunlardan ən fəlakətlisi olan zəlzələnin təsir dairəsinə düşə bilər. Yalnız onu qeyd edək ki, ölkəmizin ümumən hər yeri 8 baladək, ərazinin dörddə biri qədəri də 9 baladək zəlzələ ehtimallı sahələr sayılır. Yalnız 9 ballıq zonada əhalinin 20%-i, sel təhlükəli rayonlarda isə 5%-dən çoxu yaşayır. Şəhər və rayonlarımızdakı bir çox kimyəvi, yanğın, partlayış qorxulu istehsalatlarda qəza ehtimalı da mövcuddur.
Burada biz yaranmış FV-dən asılı olaraq ölkənin müxtəlif sahələrinin və iqtisadiyyat obyektlərinin dayanaqlığı işini təmin etməyə çalışmalıyıq.
İşin dayanaqlığının yüksəldilməsi isə, obyektlərin məhz bu qabiliyyətinin və imkanlarının artırılıb müvafiq normativ sənədlərin tələbləri səviyyəsinə çatdırılmasından ibarətdir. İşin dayanaqlığının artırılması üçün obyektlərdə hələ əvvəlcədən mühəndis-texniki, texnoloji və təşkilatı tədbirlər kompleksi işlənib hazırlanır və vaxtında həyata keçirilir. Belə tədbirlərin görülməsində əsas konkret məqsədlər aşağıdakılardır:
istehsalat qəzalarının qarşısını almaq;
qəzalar, təbii fəlakətlər vaxtı, habelə müasir silahların təsiri nəticəsində baş verə biləcək itki və zərəri azaltmaq;
fəlakətlərin, qəzaların, eləcə də düşmən hücumu nəticələrinin tez aradan qaldırılmasına şərait yaratmaq;
pozulmuş istehsal prosesinin qısa müddətdə bərpa olunması imkanı əldə etmək;
ekstremal şəraitdə işçilərin, onların ailə üzvlərinin normal həyat şəraitini təmin etmək.
Fövqəladə hallarda sənaye obyektlərində və sahələrində işin dayanaqlığının artırılması çox vacib olduğu qədər, həm də geniş sahəli və mürəkkəb bir problemdir. Buraya istehsalatların ərazidə düzgün yerləşdirilməsi, əvəzedici istehsalat və müəssisələrin yaradılması, etibarlı maddi-texniki təchizatın, nəqliyyat əlaqələrinin təmin olunması, əlavə yanacaq növünə, digər xammal və texnologiyalara keçmək üçün hazırlıq tədbirlərindən başlamış, obyektlərdə fəhlə və qulluqçuların mühafizə edilməsinə, fəlakət nəticələrinin aradan qaldırılmasınadək müxtəlif işlər aiddir. Bunların bir qisminin hələ obyektlərin layihələşdirilməsi və tikilməsi vaxtı, digərlərinin isə sonradan yerinə yetirilməsi nəzərdə tutulur. Bütün bu tədbirlər səlahiyyətli orqanlar tərəfindən təsdiq edilmiş normativ sə-nədlərə uyğun olaraq icra edilir.
Bütün bunların nəticəsində yarana biləcək sülh və müharibə dövrlərindəki fövqəladə hallarda iqtisadiyyat obyektlərinin zədələnmə dərəcəsi nəinki onların hansı gücdə kortəbii hadisə rayonunda yerləşdiyindən, həm də bu müəssisələrin mühafizəyə hazırlanması dərəcəsindən asılı olacaq. Bu hazırlığın məğzini isə onun binaları və qurğularının fiziki (statik) davamlığı da daxil olmaqla, burada işin dayanaqlığını artırmaq üçün görülən tədbirlər təşkil edir. Belə tədbirlər görülmüş obyektlərdə nisbətən az zədə alacaq, şəxsi heyətin mühafizəsi etibarlı olacaq, deməli, obyekti daha qısa müddətdə Amerika mütəxəssisləri hesab edirlər ki, ABŞ ərazisində birinci nüvə zərbəsindən ölkənin 70 o/o enerjisi və 60 o/o-ə qədər bütün sənaye sahələri öz iş qabiliyyətini itirir. Təkrar zərbədən isə bu dağıntılar və itkilər 95 o/o-ə çatır. Bunun təsdiqi olaraq yaxın şərqdə İraka qarşı adi qırğın vasitələrindən hava basqını misal göstərmək olar. Bu zaman İraq öz sənaye potensialının çox hissəsini itirdi.
Buna görə də sülh vaxtı, hərbi iqtisadi potensialın inkişafı və müharibə vaxtı bunun qorunub saxlanması bizim ölkənin qarşısında duran əsas məsələlərdən biri olmaqla, onun iqtisadiyyat obyektlərinin fövqəladə vəziyyət zamanı həm sülh vaxtı və həm də müharibə vaxtı dayanıqlı işinin təmini ölkə mülki müdafiəsi qarşısında qoyulan əsas və mürəkkəb məsələlərdən biridir.
Bu məsələnin həlli üçün əvvəlcədən ölkə daxilində müxtəlif kompleks mühafizə tədbirləri hazırlanması, şəhər və yaşayış məntəqələrində, iqtisadiyyat obyektlərinin bütün sahələrində, o cümlədən quruculuq sənayesində fövqəladə vəziyyət zamanı onların dayanaqlı fəaliyyət göstərmələri istiqamətində məqsədyönlü işlər görülməlidir. Burada məqsəd sülh və müharibə vaxtı FV zamanı yarana biləcək nəticələrin maksimum azaltmaqdan ibarətdir.
İqtisadiyyatın dayanaqlığı məsələsi bütün sənaye sahələri üzrə ümumdövlət miqyasında həll olunur. Bununla əlaqədar olaraq bir sıra anlayışlar fərqlənir ki, bunlardan:
obyektlərin dayanaqlığı
sahələri işinin dayanaqlığı
respublika təsərrüfatının fəaliyyətinin dayanaqlığı.
Dostları ilə paylaş: |