Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Fəsil-III. Mühafizə üsulları



Yüklə 0,73 Mb.
səhifə73/90
tarix19.12.2023
ölçüsü0,73 Mb.
#185307
1   ...   69   70   71   72   73   74   75   76   ...   90
Mülki müdafiə-converted

Fəsil-III. Mühafizə üsulları.
§ 13. Fövqəladə hallarda əhalinin köçürülməsinin təşkili
Köçürmə tədbirlərinin yerinə yetirilməsi fövqəladə hallarda əhalinin mühafizəsinin ən 0000səmərəli üsullarından biridir.
Köçürmə tədbirləri – həm sülh dövründəki fövqəladə hallarda, yəni təbii fəlakətlər və qəzalar zamanı, həm də müharibə dövründə kütləvi qırğın silahlarından istifadə edilərkən əhalinin təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir.
Köçürmə (təxliyə) – insanların həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əhalinin mütəşəkkil sürətdə çıxarılıb təhlükəsiz zonalarda yerləşdirilməsi üzrə tədbirlər kompleksidir.
Təhlükəsiz zona – düşmən basqını gözlənilən şəhərlərin və dərəcəli obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər təhlükəli rayonlardan kənarda, əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir.
Köçürmə tədbirləri əhalini təhlükəli sahələrdən və zədələnmə ocaqlarından vaxtında təhlükəsiz rayonlara çıxarmağa və bununla da fövqəladə halların təsirindən törəyən tələfatı maksimum dərəcədə azaltmağa imkan verir.
Keçmiş müharibələrdə, xüsusən də Böyük Vətən müharibəsi və Dağlıq Qarabağ münaqişəsi dövründə köçürmə tədbirləri geniş tətbiq edilmiş, həmçinin Çernobıl AES-də texnogen qəza baş verərkən, bu obyekt ətrafındakı 30 km-lik zonadan əhali tamamilə köçürülmüşdür.
Daşkəsən və Zaqatalada zəlzələ, Gürcüstan və Sabirabadda daşqınlar, su basmaları və digər rayonlarda baş verən fövqəladə hallar zamanı da əhalinin köçürülməsi tədbirləri həyata keçirilmişdir.
Keçmişdə həyata keçirilən köçürülmə tədbirləri, müasir dövrdəki müharibələr şəraitində nəzərdə tutulan köçürülmələrdən fərqlidir. Məsələn, 2-ci Dünya müharibəsi zamanı əhali düşməndən əks tərəfdə yerləşən uzaq rayonlara köçürüldü. Müasir şəraitdə köçürülmə, düşmənin nüvə zərbələri endirəcəyi ən çox ehtimal edilən şəhərlərdən və obyektlərdən əhalini çıxarıb təhlükəsiz rayonlarda yerləşdirilməsini nəzərdə tutur.
Köçürmə tədbirləri, fövqəladə hallar ehtimal olunan rayonlarda sülh və müharibə dövrlərində əhalinin həyatı və sağlamlığı üçün təhlükə yaranarkən, ya da zədələyici amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir.
Köçürmə tədbirləri, düşmən tərəfindən kütləvi qırğın silahlarının tətbiq edilməsi, həmçinin təbii fəlakətlər və güclü istehsalat qəzalarının baş verməsi ehtimalları nəzərə alınmaqla çoxvariantlı planlaşdırılmalı, yaranmış vəziyyətdən asılı olaraq köçürülmə işlərinin müvafiq variantda yerinə yetirilməsi nəzərdə tutulmalıdır.
Yaranmış vəziyyətdən asılı olaraq, əhali bütünlüklə (ümumi köçürmə), yaxud qismən köçürülə bilər. Ümumi köçürmə hallarında, səfərbərlik vəsiqəsi olan şəxslərdən (onlar çağırış məntəqələrinə getməlidir), eləcə də köçürülməsi qeyri-mümkün sayılan xəstələrdən və onlara xidmət edən tibbi heyətdən başqa bütün əhali köçürülür.

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin