Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Mülki Müdafiə planını tərtib edərkən aşağıdakı tələbləri nəzərə almaq



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə20/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   16   17   18   19   20   21   22   23   ...   97
Mülki müdafiə-converted

Mülki Müdafiə planını tərtib edərkən aşağıdakı tələbləri nəzərə almaq 
lazımdır: 
– Mülki Müdafiə planı real və konkret olmalıdır, yəni planda nəzərdə tutulan 
tədbirlərin həcmi və icra müddəti obyektin real imkanlarına uyğun gəlməlidir; 
– plan Fövqəladə Hallar Nazirliyi və Mülki Müdafiənin regional şöbələri ilə 
razılaşdırılmış məlumatlar əsasında tərtib edilməlidir (köçürmə tədbirləri, 
təchizat, qarşılıqlı fəaliyyət məsələləri və s); 
– Mülki Müdafiə tədbirlərinin məntiqi ardıcıllıqla yerinə yetirilməsi və maddi 
təchizat cəhətdən iqtisadi məqsədə uyğunluq prinsipinin gözlənilməsi; 
– fövqəladə hadisələr dövründə obyektin fəaliyyətini davam etdirmək üçün 
Fövqəladə Hallar Nazirliyinin göstərişləri (görüləcək işlərin xarakteri, iş neçə 
növbədə davam etdiriləcək və işin dayanıqlığını təmin edən hansı mühəndis-
texniki tədbirlər nə vaxt yerinə yetiriləcək və s). 
– mərkəzi və yerli icra hakimiyyəti orqanlarının əhatə etdiyi ərazi və sahələrin 
xüsusiyyətləri, ehtimal olunan fövqəladə hadisələrin növləri, yarana biləcək 
vəziyyət və regionda yaşayan əhali barədə qısa məlumat. 
Mülki Müdafiə planını tərtib etmək üçün aşağıdakı ilkin məlumatlar 
olmalıdır: 
– regionda (bölgədə) ehtimal olunan təbii fəlakətlər; 
– təbii fəlakətlər (qəzalar) nəticəsində qonşuluqdakı obyektlərdə yarana biləcək 
radioaktiv və kimyəvi zəhərlənmə, həmçinin daşqın zonalarının hüdudları; 
– təhlükə barədə xəbərdarlıq qaydaları; 
– işçilərin və əhalinin müdafiə edilməsi üsulları; 


– qarşılıqlı fəaliyyət qaydaları;
– tərtib ediləcək sənədlərin formaları və digər tövsiyələr. 
 
Mülki Müdafiə planının məzmunu. 
Mülki Müdafiə planı əsas hissədən və əlavələrdən, əsas hissə isə dörd bölmədən 
ibarətdir.
 
I BÖLMƏ: Qısa coğrafı və sosial-iqtisadi xarakteristika, ehtimal olunan 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin