AZƏRBAYCAN DİLİNDƏ İŞGÜZAR VƏ AKADEMİK KOMMUNİKASİYA-əlavə materiallar
Struktur və ideyaların ardıcıllığına diqqət edin.
Yazınız hər nə qədər gözəl olsa da, “bir dediyiniz digərini tutmasa” heyif yazınızdan. Ardıcıllıq və səmimilik akademik yazının başlıca estetik qaydalarıdır. Yazınızın ilk cümləsindən son cümləsinə qədər maksimum səmimi olun və arqumentlərinizin bir-birini izləməsinə xüsusi diqqət yetirin. Oxucunu elmi mübahisələrin dərinliyinə birbaşa çəkmək yerinə, qısa tarixcə, maraqlı fakt və yeri gələndə cüzi frazeoloji birləşmələrdən istifadə edərək cəlbedici girişə nail ola bilərsiniz. Elmi mübahisələrə yer verdiyiniz zaman da ideyaların bir-biri ilə uyğunluğu əsas qaydanız olsun. Məsələn, bənzər görüş bildirən doktrinal mənbələrdən bəhs etdikdən sonra, əks görüşə keçməyiniz, daha sonra isə öz mövqeyinizi bildirərək, müzakirə olunan məsələlərin icmalını hazırlamağınız məqsədəuyğundur. Hansı dildə yazmağınızdan asılı olmayaraq, keçid sözlərdən (transitive words) abzaslar arasında istifadə etməyiniz tələb olunur. Bu oxucuya ideyalarınızın birindən digərinə keçdiyinizi hiss etdirəcək, qarışıqlığı minimuma endirəcək.