Мювзу: 12 тара тясяррцфаты



Yüklə 140 Kb.
səhifə3/3
tarix21.01.2023
ölçüsü140 Kb.
#80028
1   2   3
5327 (2

Materialın toplanması
İlkin iş planın tərtibi ilə elmi materialların toplanmasına istiqamət verilmiş olur. Materialın əldə edilməsi ilk növbədə ədəbiyyatların axtarışını əhatə edir. Elmi işdə qoyulmuş məqsəddən asılı olmayaraq həmişə ilkin olaraq artıq mövcud elmi nəticələrə (nəzəriyyə, empirik verilənlər və ya metodlar) istinad edilir. Empirik işlərdə materialın toplanması zamanı əsasən empirik mövzunun həcmi, ona ayrılmış vaxt və iş metodu nəzərə alınmalıdır.
Mövzunun işlənməsi
Ədəbiyyat mənbələri qiymətləndirildikdən, şəxsi arqumentasiya xəttinə daxil edildikdən və empirik qeydlərdən lazım olan məlumatların seçilməsindən sonra mövzunun işlənməsinə başlamaq olar. Bu mərhələdə mövzu nəticələrinin paralel olaraq qiymətləndirilməsi çaşqınlıq yarada bilər, ona görə də nəticələr ayrıca bölmədə baxılmalıdır. Ali məktəbdə (təhsilin sonunda) buraxılış işinin yazılması təhsil pilləsinin daha bir mərhələsi kimi dəyərləndirilməlidir. Təcrübələr göstərir ki, ayrı-ayrı mərhələlərin işlənməsində böyük həcmdə (bəzən 200 səhifə) material yığılır. İşin sonunda isə bu materialdan buraxılış işləri üçün 45‒60 səhifə həcmində təmiz material işlənməlidir.
ƏDƏBİYYATLARIN AXTARILMASI
Tədqiqat işlərinin yazılı şəkildə təsvirindən öncə elmi ədəbiyyatların axtarışı və əldə olunmuş məlumatların analizi və yazılması vacibdir. Ədəbiyytaların axtrarışı müasir EHM texnikasının tətbiqi ilə daha geniş sahələri əhatə etməyə imkan versə də, digər tərəfdən axtarış prosedurasının özü mürəkkəb bir prosesi əhatə edərək özlüyündə elmin yeni bir sahəsinə çevrilməkdədir. Bu sahənin vərdişləri elmi-tədqiqat işləri ilə məşğul olan hər bir mütəxəssisin yaradıcılıq fəaliyyətinin tərkib hissəsini təşkil edir . Məlumatların toplanmasında üç əsas aspekti nəzərdən keçirmək gərəkdir:

  • Axtarış yerləri,

  • Elmi ədəbiyyatların növləri,

  • Vacib məlumatların seçilməsi və təsviri.



Planlaşdırılmış işin elementlərinin mahiyyəti.
ETİ-nin planlaşdırılması üçün aşağıdakı mütləq elementlər tələb olunur: problemin adı, mövzunun adı, mövzunun fəsillərinin adı, mövzunun və ya fəsilin əsaslandırılma-sı; işin məqsədi, işin məzmunu, aparılan tədqiqatların nəticələri, tədqiqat obyektləri, işlərin aparıldığı yerlər, mövzunun və fəsillərin yerinə yetirilmə müddəti.Bunların davamı olaraq mövzunun və fəsillərin proqramı, metodikası, rəhbəri və ic-raçıları, təqvim planı və sınaq, məlumat toplusu, göstəricilərin işlənməsi və jurnalların forması əlavə edilir.
Bütün sadalanan proqram və metodika elementləri ayrıca başlıqlar kimi yazılır. Aşağıda planlaşdırılan işin elementlərinin qısa məzmunu verilmişdir.
Problem–Tədqiqat yolu ilə həllini tapan mürəkkəb məsələlər kompleksidir. Prob-lem özündə nəzəri, praktiki və tətbiqi xarakterli məsələləri birləşdirir. Problem bir sıra mövzudan ibarətdir. Tədqiqqatın ümumi mövzusu problemə uyğun təklif edilir.
Mövzu -Tədqiqat üçün hər hansı bir məsələni əhatə edir. «Mövzu» termini müzakirə, ifadə, şöhrət məzmunu deməkdir. Mövzunun adı onun məzmununu əks etdirməlidir. Tədqiqat, öyrənmə, yaratma və ya axtarış – bu proseslər işdə əks olunanları bilavasitə göstərir. Mövzunun yerinə yetirilməsi 1-3 il və artıq müddəti əhatə edir. İşlərin dəqidliklə yerinə yetirilməsi məqsədilə onu ayrı-ayrı tədqiqatçılar arasında fəsillərə, bölmələrə bölürlər. Hər bir bölmədə tədqiqatın kiçik məqsədi göstərilir.
Planlaşdırılan işdə mövzunun tərkib hissəsi olan böyük bölmələrin adı dəqiqliklə yazılmalıdır. Mövzu tədqiqata təqdim olunmasından əvvəl tam öyrənilməlidir. Bunun bazasında mövzunun və fəsillərin nəzəri və praktiki həlli yolları əsaslandırılmaqla ğöstərilməsi də məqsədə uyğundur.Tədqiqatın mövzusu və ya problem ayrıca aydın yazılır. Tədqiqata təqdim olunmuş mövzu ilkin olaraq onun nəticələrinin istehsalatda və ya k/t-da tətbiqi nöqteyi nəzərindən öyrənilir. Burada işçi qüvvəsinə qənaət, məmulatın keyfiyyətinin yaxşılaşdırılması. məhsuldarlığın artırılması, materiala və xammala qənaət, xərclərin azalması nəzərə alınır. Problem dəqiq seçilmədikdə tədqiqatın səmərəsi kifayət qədər olmur.
Məqsəd - Tədqiqatçının yönəldiyi və yerinə yetirdiyi işdir və tam aydınlıqla tərtib olunmalıdır. Məqsəd yaxın və ya uzaq müddətə ola bilər. Adətən bir cümlə ilə ifadə olunmalıdır. İşin məqsədi planlaşdırmada, texniki tapşırıqda, hesabatda isə girişin sonunda öz əksini tapmalıdır.
Metodikanın əvvəlində eksperimental tədqiqatın məqsədi tərtib edilir. Bu xüsusi məqsəd adlanır. Məqsəd, nail olmuş vasitələrlə əks oluna bilməz. Maşın konstruksi-yalarının yaradılması, texnologiyanın işlənməsi, tədqiqatla düstur və asılılıqların alınması, normativ-texniki sənədlərin işlənməsi məqsəddir.
Texniki, aqronomik, iqtisadi elmi-tədqiqat işlərində aşağıdakı əsas və sonluq (uzaq) məqsədləri göstərmək olar: məhsuldarlığın artırılması, məmulatların metal tutumunun azaldılması, prosesin enerji tutumunun azaldılması, təhlükəsizliyin təmin edilməsi, maşınların etibarlılıgının yüksəldilməsi və s.
Bir uzun müddətli məqsəd müxtəlif yollarla həll oluna bilər (mühəndis, aqronomik, bioloji, zoobaytar, iqtisadi və s.). Məqsəd tərtib olunduqda onun həlli yolu da göstə-rilməlidir.
Məqalənin əvvəlində və ya sonunda, yaxud ETİ-nin girişinin sonunda işin məqsədi müəyyən formada göstərilir.
Məsələn:
1.İşin məqsədi xırdalayıcının məhsuldarlığının artırılması və çəkiçlərin formasının optimallaşdırılması yolu ilə dənin xırdalanması prosesinin enerji tutumunun azaldılmasıdır.
2.İşin məqsədi hesablayıcı maşınlarla cavabların mütəxəssislər tərəfindən tapılması ilə məlumat axtarışının səmərəliliyinin artırılmasıdır.
3.İşin məqsədi işləmələrin tezləşdirilməsi və yeni texniki və proqressiv texnologiyanın tətbiqi yolu ilə elmi tədqiqatın səmərəsinin artırılmasıdır.
4. İşin məqsədi hesablayıcı maşınlardan istifadə etməklə istehsalın texnoloji hazırlığına vaxt sərfinin qısaldılmasıdır.
5. İşin məqsədi optimallaşdırmaqla işçi orqanların yemlə qarşılıqlı təsiri texnoloji prosesinin yüksəldilməsi və energetik göstəricilərinin azaldılmasıdır.
6.İşin məqsədi elmi təşkilatların fəaliyyətinin idarə olunmasının təsərrüfat hesabı üsulları daxil etməklə «tədqiqat istehsalat» tsiklini qısaltmaqdır.
7.Məqsəd kitabın müəlliflərinə tərtibatda və redaktə işində kömək göstərməklə onların işinin səmərəsini artırmaqdır.
8.Sınağın məqsədi eksperimental və seriyalı aqreqatların və maşın hissələrinin iş qabiliyyətini, keyfiyyətini, etibarlığını yoxlamaq.
9. Sınağın məqsədi seriyalı istehsal olunan maşınların iş qabiliyyətinin keyfiyyətini və resursunu yoxlamaqdır.
Məqalənin və ya girişin mətninin ortasında qarşıya qoyulan məqsəd aşağıdakı kimi yazıla bilər.
1.İşin məqsədi - kəsici vintli işçi orqanların konstruktiv parametrlərinin elmi əsaslandırılmış istifadəsi ilə silosun kəsilməsinə sərf olunan enerjinin azaldılmasıdır.
2. İşin məqsədi təsərrüfatlarda maşınların istismarının yaxşılaşdırmağa, əməyin enerji tutumunu artırmağa, yeni yüksək səmərəli maşınlar yaratmaqla əməyin məhsuldarlığının artırılması, heyvandarlıq məhsularının artırılması və heyvandarlıq məhsullarının maya dəyərinin aşağı salınmasından ibarətdir.
Bundan əlavə nəzərdə tutulan tədqiqin həcmi, ünvanı göstərilir. Maddi xərcləri və işin həcmini qiymətləndirmək, alınmış nəticələrin dəqiqliyini təyin etmək üçün tədqiqat obyektlərinin adı və sayını göstərmək lazımdır.
Tədqiqatların aparılmasının məqsədəuyğunluğunu qiymətləndirmək üçün işin aparılacağı yer göstərilməlidir. Bu təklif olunan tədqiqatın üsulları və aparılma şəraiti barədə fikir söyləməyə imkan verir.Tədqiqatın aparılma müddəti və nəticələrinin tətbiqi mərhələlərinin məlum olması məqsədilə mövzunun və bölmənin ayrılıqda tətbiq müddəti göstərilməlidir.

ƏDƏBİYYAT SİYAHISI

  1. R.Əliyev. Elmi işlərin yerinə yetirilmə metodikası. Bakı,2016.

  2. K. Məmmədov. Elmi tədqiqat işinin metodikası

  3. İnternet resursları






Yüklə 140 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin