113
113
Bu oksidlərin ümumi miqdarı 95
97 %-dir.
Klinkerdə CaO-in çox olması (turşu oksidləri ilə birləşmiş
halda) portlandsementin bərkimə sürətini və möhkəmliyini artırır,
lakin suyadavamlılığını bir qədər azaldır.
SiO
2
-nin normadan artıq olması ilk dövrdə sementin bərki-
məsini ləngidirsə, uzunmüddətli möhkəmliyini artırır. Belə sement
daha suyadavamlı olur.
Klinkerin tərkibində Al
2
O
3
-ün çox olması ilk dövrdə bərki-
məniin sürətlə getməsinə səbəb olur, lakin belə sement suyun, sul-
fatların və şaxtanın təsirinə az davamlı olur.
Fe
2
O
3
klinkerin laxtalaşma temperaturunu aşağı salır və se-
mentin sulfat sularının təsirinə qarşı davamlılığını artırır.
Klinkerdə MgO-nin və qələvi oksidlərinin
K
2
O və Na
2
O-nin
olması sementin keyfiyyətini aşağı salır. MgO-nin çox olması bərkimə
zamanı sementin həcminin qeyri-müntəzəm dəyişməsinə səbəb olur.
Buna görə klinkerin tərkibində MgO-nin miqdarı 5 %-dən çox
olmamalıdır. Klinkerdə qələvi oksidləri 1 %-dən çox olduqda, onlar
belə sementdən hazırlanan betonda təhlükəli deformasiyaların əmələ
gəlməsinə və bunun da nəticəsində betonun dağılmasına səbəb olur.
Sementin tutma müddətini nizamlamaq üçün klinkerə gips ha-
lında qatılan sulfat anhidridinin (SO
3
) miqdarı 1,5
3,5 % olmalıdır.
SO
3
-ün miqdarı bundan çox olduqda portlandsement həcmini qeyri-
müntəzəm dəyişir.
Dostları ilə paylaş: