Plastiklik. Yapışdırıcı maddənin plastikliyi dedikdə onun inşaat
məhluluna və beton qarışığına rahat yayılma qabiliyyəti verməsi
nəzərdə tutulur. Əhəngin plastikliyi onun yüksək susaxlama qabi-
liyyəti ilə əlaqədardır. Əhəng sadə və mürəkkəb məhlulların hazırlan-
masında əsas materiallardan biridir.
Sutələbatı və susaxlama qabiliyyəti. Hava əhəngi yüksək sutə-
ləbatına və susaxlama qabiliyyətinə malikdir. Onun bu xassələri
əhəngin növündən və hissəciklərinin dispersliyindən asılıdır. 1 m
3
hörgü məhluluna 300
350 l və daha çox su işlədilir. Hidrat əhəng
yaxud əhəng xəmiri yüksək, üyüdülmüş sönməmiş əhəng isə alçaq su
tələbatına və susaxlama qabiliyyətinə malikdir.
Möhkəmlik. Əhəng məhlul və betonlarının möhkəmliyi onların
bərkimə şəraitindən asılıdır. Sönmüş əhəngdən hazırlanan məhlul adi
temperaturda (10
20
0
S-də) yavaş bərkiyir və bir aydan sonra onun
möhkəmliyi çox az olur (0,5
1,5 MPa). Hidrat bərkimə zamanı
üyüdülmüş sönməmiş əhəngdən hazırlanan məhlulların 28 gündən
sonra sıxılmada möhkəmliyi 2
3 MP-a çatır. Avtoklavda bərkimə
zamanı sıxılmadı möhkəmliyi 30
40 MPa və daha çox olan sıx əhəng-
qum betonları hazırlamaq mümkündür.
Hava əhəngindən havada-quru şəraitdə işləyən bina hissələrinin
yerüstü hörgüləri üçün məhlullar hazırlanır.Onlardan həmçinin aşağı
markalı betonlar, avtoklavda bərkiyən sıx və çoxməsaməli silikat
məmulatları, iri blok və panellər, istilik-izolyasiya materialları və s.
materiallar da hazırlanır. Hava əhəngindən qarışıq hidravlik
yapışdırıcıların
(əhəng-posa
və
əhəng-putsolan
sementləri)
hazırlanmasında, habelə əhəng boyalarının tərkibində də istifadə
edilir.
Tikintidə əhəngin geniş tətbiqi onun yerli material olması ilə də
əlaqədardır.