118
118
siklonuna, oradan da aralıq siloslara verilir. Boşaltma siklonundan
sonra nəzarət stansiyası yerləşdirilmişdir. Burada qarışıqdan nümunə
götürülür və hər 10
15 dəqiqədən bir onun tərkibi rentgen-spektral
analizatoru ilə analiz edilir. Aralıq silosun ölçüsü elə seçilir ki, onun
doldurulması 8
10 saat vaxt aparsın.
Toz halında olan üyüdülmüş xammal qarışığı homogenizasiya
və ehtiyat siloslarına ötürülür. Sonra həmin xammal qarışığı
dozatorlardan və nəzarət stansiyalarından keçərək sobaya daxil olur.
Portlandsementin quru üsulla istehsalında əsasən fırlanan
sobalardan, çox az hallarda isə şaxta sobalarından istifadə edilir.
Üyüdülmüş xammalın yandırılma və üyüdülmə prosesi eyni ilə yaş
üsulda olduğu kimidir.
Dostları ilə paylaş: