117
117
əhəngdaşı, təshihedici əlavələr və su da daxil olur. Xammal
dəyirmanında komponentlərin son narın xırdalanması baş verir və
əhəngdaşı, gil şlamı və təshihedici əlavələrin bircinsli qarışığı alınır.
Xammal qarışığı əsasən ölçüləri 5
185 m olan fırlanan so-
balarda yandırılır. Soba azacıq maili qoyulmuş (3
4
0
bucaq altında)
olur və fırlanma sürəti dəqiqədə 0,5
1,4 dövrdür. Sobanın xarici səthi
polad təbəqədən, içərisi isə odadavamlı materialdan hörülmüş uzun
silindrdən ibarətdir. Xammal qarışığı sobanın yuxarı tərəfindən verilir.
Xammal sobanın ancaq bir hissəsini tutur və soba fırlandıqca öz
ağırlığı nəticəsində yavaş-yavaş aşağıya doğru hərəkət edir. Sobanın
aşağı tərəfindən isə yanacaq materialı üfürülür. Yanacaq sobanın
aşağı tərəfində yandırıldığından burada 1450
1500
0
S temperaturlu
yanma zonası yaradılır. Isti qazlar sobanın yuxarı hissəsinə doğru
gedərək xammalı qurudur, qızdırır və qismən yandırır. Sobanın
gündəlik məhsuldarlığı 1200
1800 t-dur.
Sobadan çıxarılmış klinker soyuducuda 50
70
0
S temperatura
qədər soyudulur, sonra isə gips və aktiv mineral əlavələr saxlanılan
anbara ötürülür. Əlavələr üydülmə üçün hazır olmalıdır. Bunun üçün
aktiv mineral əlavələr 8
10 mm iriliyə qədər xırdalanır və 1 %
nəmliyə qədər qurudulur. Gips daşı isə yalnız xırdalanır.
Klinkerin gips və aktiv mineral əlavələrlə birlikdə birgə narın
üyüdülməsi kürəli dəyirmanlarda aparılır. Dəyirmanlardan çıxarılan
sement silos tipli anbara daxil olur.
Sement tədarükçiyə ya bağlı dəmir yol vaqonları, dəmir yolu və
avtomobil sementdaşıyıcıları ilə, ya da kağız kisələrdə göndərilir.
Dostları ilə paylaş: