N. M. AĞABƏYLI
INŞAAT MATERIALLARI VƏ
MƏMULATLARI KURSUNDAN
MÜHAZIRƏLƏR
BAKI-2006
2
2
GIRIŞ
Insanlar daha yaxşı və rahat yaşaya bilmələri üçün ehtiyacları
olan əşyaların hazırlanmasında istifadə etdikləri və onları emal edərək
əmələ gətirdikləri hər şeyə material deyilir. Tikintidə işlədilən hər
hansı material inşaat materialı adlanır. Inşaat materialları fənninin
vəzifəsi hər kəsə tikinti ilə əlaqəli istifadə edəcəyi materiallar
haqqında kifayət dərəcədə biliyə malik olmaları üçün məlumat ver-
məkdir.
Bir binanın yaxud tikilinin ömrü işlədilən materialların key-
fiyyəti və yerli-yerində istifadəsi ilə artırıla bilər. Əsrlərcə öncə tikil-
miş bina və tarixi abidələrin dövrümüzə qədər çatmasının sirri, onların
tikintisində işlədilən materialların düzgün seçilməsində axtarılmalıdır.
Bu gün tikintidə çox çeşidli materiallar işlədilir. Bunların bir
qismi təbii olaraq təbiətdən alınır, digər qismi isə süni olaraq fabrik və
zavodlarda istehsal edilir. Bu materialların hansı xammaldan və hansı
üsulla alındığını, fiziki, kimyəvi və mexaniki xassələrə malik
olduğunu, tikintidə ən uyğun yerdə və formada istifadə oluna
bilməsini bilmək lazımdır.
Tikintiyə sərf olunan vəsaitin orta hesabla 50 %-i inşaat mate-
riallarının payına düşür. Buna görə inşaat materiallarının istehsal
texnologiyası mütərəqqi üsullardan istifadə edilməklə elə təşkil olun-
malıdır ki, onların maya dəyəri daim aşağı düşsün.
Inşaat mühəndisi verilən şərtlərə uyğun olan materialı seçmək
və onların düzgün işləmə tərzini müəyyən etməyi bacarmalıdır.
3
3
I FƏSIL
INŞAAT MATERIALLARININ ƏSAS
XASSƏLƏRI
Dostları ilə paylaş: |