Hiqroskopiklik. Materialın havadan su buxarını udması qa-
biliyyətinə hiqroskopiklik deyilir. Hiqroskopiklik materialın təbiəti ilə
əlaqədardır. Bir qrup materiallar (ağac, sement, gips və s.) öz səthləri
ilə havadan su molekullarını intensiv olaraq çəkir, digərləri isə
(mılonaft, asidol və s.) onları itələyir. Birinci qrup materiallara
hidrofil, ikinci qrup materiallara isə hidrofob materiallar deyilir.
Nəmayırma. Materialın bir gün ərzində nisbi nəmliyi 60
% və temperaturu 20
0
S olan havada kütləsinə yaxud həcminə görə
itirdiyi suyun miqdarına nəmayırma deyilir.
Nəmayırma materialın nəmliyi ilə havanın nisbi nəmliyi ara-
sındakı fərqdən və materialın təbiətindən, məsaməliliyindən asılıdır.
Nəmliklər arasındakı fərq çox, məsamələr iri və material hidrofob
olduqca nəmayırma da çox olur.
Suhopma. Materialın suyu çəkib özündə saxlama qabiliyyə-
tinə suhopma deyilir.
Materialın suhopması su ilə doydurulmuş material nümunə-
sinin kütləsi (m
1
) ilə quru nümunənin kütləsi (m
0
) arasındakı fərqlə
müəyyən edilir və quru materialın kütləsinin yaxud həcminin (V) faizi
ilə ifadə olunur. Buna görə suhopmanın iki növü vardır: kütləyə görə
və həcmə görə.
8
8
Kütləyə görə suhopma
%,
100
0
0
1
m
m
m
W
k
həcmə görə suhopma isə
%
100
0
1
V
m
m
W
h
düsturu ilə təyin edilir.
Inşaat materiallarının suhopması, başlıca olaraq, məsamələrin
həcmindən, onların növündən və ölçülərindən, eləcə də materialı təşkil
edən maddənin təbiətindən və hidrofilliyindən (islanma dərəcəsindən)
asılıdır.
Materialların kütləyə görə suhopması geniş hədd daxilində də-
yişir. Məs., qranitin suhopması 0,1
0,7, ağır betonunku
2
4, gil
kərpicinki
8
15, qazlı silikatınkı
50
75, oduncağınkı
150
200,
mineral pambığınkı isə 600 %-ə qədər olur.
Materialın quruluşunu qiymətləndirmək üçün onun suhopma-
sından istifadə edilir. Bundan ötrü məsamələrin su ilə doyma əmsalı
təyin edilir.
Suhopma materialın əsas xassələrinə mənfi təsir göstərir: ma-
terialın sıxlığı və istilikkeçirməsi artır, möhkəmliyi və şaxtayada-
vamlılığı azalır, bəzi materiallar şişir (ağac, gil) və s.
Suyadavamlılıq. Su ilə doydurulmuş materialın əsas fiziki-
mexaniki xassələrini saxlaması qabiliyyətinə suyadavamlılıq deyilir.
Materialın bu xassəsi sıxlıq və məsamələrin quruluşu ilə əlaqədardır.
Bir sıra materiallar su ilə doymuş halda möhkəmliyini artırır (sement,
beton), digər materiallar isə əksinə, möhkəmliyini azaldır (gips
materialları).
Materialların suyadavamlılığı kəmiyyətcə yumşalma əmsalı
ilə xarakterizə olunur.
Su ilə doydurulmuş materialın möhkəmliyinin (R
su
) quru hal-
dakı möhkəmliyinə (R
q
) olan nisbətinə yumşalma əmsalı deyilir və
aşağıdakı düsturla hesablanır:
K
y
= R
su
/R
q
.
9
9
Bu əmsalın qiyməti suda yumşalan materiallar üçün (gil) sıfra,
tamamilə sıx materiallar üçün (metal, şüşə) isə vahidə bərabərdir.
Yumşalma əmsalı 0,8-dən kiçik olan materialları suda və nəm yerdə
olan konstruksiyalarda işlətmək olmaz.
Yumşalma əmsalı 0,8-dən böyük olan materiallara suyada-
Dostları ilə paylaş: |