p olan materialdan t (saat) müddəti ərzində keçən
qazın kütləsi V
(dm
3
) aşağıdakı düsturla hesablanır:
V
= k
q
St
p/a.
Bu düsturdan
k
q
= aV
/(St
p).
Burada k
q
qazkeçirmə əmsalıdır, q/(m
saat
Pa).
Beləliklə, materialın qazkeçirmə göstəricisi qazkeçirmə əm-
salıdır.
Səthlərindəki təzyiqlər fərqi 1 mm civə sütunu (133 Pa) olmaq
şərti ilə qalınlığı 1 m, sahəsi 1 m
2
olan materialdan 1 saat ərzində
keçən qazın miqdarına qazkeçirmə əmsalı deyilir.
Qazın sıxlığı az olduqca materialın qazkeçirməsi çox olur.
Məsamələr iri və bir-biri ilə əlaqəli olduqda qazkeçirmə çox, əksinə
məsamələr xırda və qapalı olduqda qazkeçirmə az olur.
Bəzi inşaat matğeriallarının: pəncərə şüşəsinin, metalların və
digər çox sıx materialların qazkeçirmə əmsalı praktiki olaraq sıfır,
ruberoidinki
0,01, sementinki
0,02, gil kərpicinki
0,35,
çoxməsaməli materiallarınkı isə təxminən 10 q/(m
saat
Pa)-dır.
Istilikkeçirmə. Səthlərindəki temperaturlar fərqi ilə əlaqə-
dar olaraq materialın istiliyi öz qalınlığından ötürmə qabiliyyətinə
istilikkeçirmə deyilir. Materialın istilikkeçirmə dərəcəsi istilikkeçirmə
əmsalı ilə xarakterizə olunur.
Qalınlığı a (m) və sahəsi S (m
2
) olan hər hansı materialdan
olan müstəvi divar nəzərdə tutaq. Divarın səthlərində sabit t
1
və t
2
tem-
peraturu və t
1
t
2
olarsa, divardan daima istilik cərəyanı keçəcəkdir. z
saat ərzində divardan keçən istiliyin Q (C) miqdarı belə ifadə olunur:
.
)
(
2
1
a
z
t
t
S
Q
Həmin ifadədən istilikkeçirmə əmsalı
[Vt/(m
0
S)] belə tapı-
lır:
.
)
(
2
1
z
t
t
S
a
Q
12
12
Əks səthlərində temperaturlar fərqi 1
0
S olmaq şərti ilə qa-
lınlığı 1 m, sahəsi 1 m
2
olan divardan 1 saat ərzində keçən Coul ilə
istilik miqdarına istilikkeçirmə əmsalı deyilir.
Materialların istilikkeçirmə qabiliyyəti, başlıca olaraq, onun
təbiətindən,
quruluşundan,
məsaməliliyindən,
məsamələrin
xarakterindən, nəmlikdən və temperaturdan asılıdır.
Məsaməli materiallarda istilik cərəyanı bərk maddədən və ha-
va ilə dolu məsamələrdən keçir. Havanın istilikkeçirməsi [
= =0,023
Vt/(m
0
S)] çox azdır, ona görə də materialın məsamələrində olan hava
onun istilikkeçirmə qabiliyyətini azaldır. Materialın məsaməliliyi çox
olduqca, istilikkeçirmə əmsalı da az olacaqdır.
Istilikkeçirmə əmsalının (
) dəqiq qiyməti təcrübi olaraq təyin
edilməlidir.
Materialda olan nəm onun istilikkeçirmə qabiliyyətinə çox
böyük təsir edir, çünki su üçün
= 0,58 Vt/(m
0
S), yəni havanın isti-
likkeçirməsindən 25 dəfə çoxdur. Nəm materiallar donduqda onların
istilikkeçirməsi daha da artır. Belə ki, buzun istilikkeçirmə əmsalı 2,3
Vt/(m
0
S)-dir, yəni sudan 4 dəfə artıqdır.
Istilik tutumu. Materialı qızdırdıqda müəyyən miqdar isti-
liyi udması qabiliyyətinə istilik tutumu deyilir.
Kütləsi m (kq) olan materialı t
1
temperaturdan t
2
temperatura
qədər qızdırdıqda, onun kütləsinə və temperaturlar fərqinə (t
2
t
1
)
düz mütənasib olan miqdarda Q (C) istiliyi sərf etmək lazımdır:
Q = cm(t
2
t
1
).
Bu ifadədən xüsusi istilik tutumu əmsalə c
C/kq
0
S
belə
hesablanır:
.
)
(
1
2
t
t
m
Q
c
Beləliklə, 1 kq materialı 1
0
S qızdırmaq üçün sərf olunan Coul
ilə istilik miqdarına xüsusi istilik tutumu deyilir.
Materialın nəmliyinin artması ilə onun xüsusi istilik tutumu
artır. Belə ki, su, tikintidə tətbiq olunan materiallarla müqayisədə
böyük istilik tutumuna malikdir [4,19 kC/(kq
0
S)]. Inşaat ma-
13
13
teriallarından asbest ən kiçik [0,2 kC/(kq
0
S)], ağac isə ən böyük [2.51
kC/(kq
0
S)] istilik tutumlu materialdır.
Odadayanıqlıq. Materialın yanğın zamanı müəyyən müddət
odun və yüksək temperaturun təsirinə müqavimət göstərmək qabiliy-
yətinə odadayanıqlıq deyilir.
Materialların odadayanıqlığını qiymətləndirdikdə yanğın sön-
dürən zaman yüksək teperaturun, suyun və digər mayelərin birgə təsiri
nəzərə alınmalıdır.
Inşaat materialları odadayanıqlığına görə üç qrupa bölünür:
yanmayan, çətinyanan və yanan.
Yanmayan materiallar. Belə materiallar odun və yüksək tem-
peraturun təsirindən alovlanmır, közərmir və kömürləşmir. Bu qrupa
təbii və süni qeyri-üzvi materiallar, metallar aiddir.
Çətinyanan
materiallar. Bu qrup materiallar odun və yüksək temperaturun
təsirindən çətinliklə alovlanır, közərir və kömürləşir. Belə
materiallardan od mənbəyi kənar edildikdən sonra yanma və közərmə
davam etmir. Bunlara fibrolit, gil hopdurulmuş keçə, üzərinə suvaq
çəkilmiş qamış tavalar, antipiren hopdurulmuş ağac və s. materiallar
aiddir.
Yanan materiallar. Belə materiallar odun və yüksək tempera-
turun təsirindən alovlanır. Bu qrupa ağac, ruberoid, qamış tavalar və
başqa materiallar aiddir.
Yanan materialların səthinə oddan mühafizə tərkibi çəkməklə,
yaxud antipirenlər hopdurmaqla onları çətinyanan materiallara
çevirmək mümkündür.
Odadavamlılıq. Materialın ərimədən və deformasiyaya uğ-
ramadan yüksək temperaturun təsirinə uzun müddət müqavimət gös-
tərmək qabiliyyətinə odadavamlılıq deyilir.
Odadavamlılığına görə materiallar beş qrupa bölünür.
Asanəriyən materiallar. Bunlar 1350
0
S-dən aşağı temperatur-
da yumşalan materiallardır (adi gil kərpici və s.).
Çətinəriyən materiallar. Bu qrupdan olan materiallar
1350
1580
0
S temperatur arasında yumşalır (Qjelsk kərpici).
Odadavamlı materiallar. Belə materiallar 1580
1770
0
S tem-
peraturun təsirinə uzunmüddət davam gətirir (şamot kərpici).
14
14
Yüksək odadavamlı materiallar. Bunlar 1770
2000
0
S tempe-
raturun təsirinə davam gətirən materiallardır (yüksək alüminatlı
kərpic).
Ən yüksək odadavamlı materiallar. Bu qrupdan olan material-
lar 2000
0
S-dən yüksək teperaturun təsirinə uzunmüddət davam gətirir
(maqnezit və qrafit materiallar).
Odadavamlı materiallar metallurgiya və digər sənaye müəssi-
sələrinin sobalarının tikintisində tətbiq edilir.
Dostları ilə paylaş: |