N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə9/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   148
İnşaat Materialları (e-book az)

p  olan  materialdan  t  (saat)  müddəti  ərzində  keçən 
qazın kütləsi V


 (dm
3
) aşağıdakı düsturla hesablanır: 
V


 = k
q
St

p/a
Bu düsturdan  
k
q
 = aV

 /(St

p). 
Burada k
q
 

 qazkeçirmə əmsalıdır, q/(m

saat

Pa). 
Beləliklə,  materialın  qazkeçirmə  göstəricisi  qazkeçirmə  əm-
salıdır. 
Səthlərindəki təzyiqlər fərqi 1 mm civə sütunu (133 Pa) olmaq 
şərti  ilə  qalınlığı  1  m,  sahəsi  1  m
2
  olan  materialdan  1  saat  ərzində 
keçən qazın miqdarına qazkeçirmə əmsalı deyilir. 
Qazın  sıxlığı  az  olduqca  materialın  qazkeçirməsi  çox  olur. 
Məsamələr  iri  və  bir-biri  ilə  əlaqəli  olduqda  qazkeçirmə  çox,  əksinə 
məsamələr xırda və qapalı olduqda qazkeçirmə az olur. 
Bəzi  inşaat  matğeriallarının:  pəncərə  şüşəsinin,  metalların  və 
digər  çox  sıx  materialların  qazkeçirmə  əmsalı  praktiki  olaraq  sıfır, 
ruberoidinki 

  0,01,  sementinki 

  0,02,  gil  kərpicinki 

  0,35, 
çoxməsaməli materiallarınkı isə təxminən 10 q/(m

saat

Pa)-dır. 

  Istilikkeçirmə.  Səthlərindəki  temperaturlar  fərqi  ilə  əlaqə-
dar  olaraq  materialın  istiliyi  öz  qalınlığından  ötürmə  qabiliyyətinə 
istilikkeçirmə deyilir. Materialın istilikkeçirmə dərəcəsi istilikkeçirmə 
əmsalı ilə xarakterizə olunur. 
Qalınlığı  a  (m)  və  sahəsi  S  (m
2
)  olan  hər  hansı  materialdan 
olan müstəvi divar nəzərdə tutaq. Divarın səthlərində sabit t
1
 və t
2
 tem-
peraturu və t


 t
2
 olarsa, divardan daima istilik cərəyanı keçəcəkdir. 
saat ərzində divardan keçən istiliyin (C) miqdarı belə ifadə olunur: 
.
)
(
2
1
a
z
t
t
S
Q






 
Həmin ifadədən istilikkeçirmə əmsalı 

 [Vt/(m

0
S)] belə tapı-
lır: 
.
)
(
2
1
z
t
t
S
a
Q






 


 
 
 
 
12 
12 
Əks  səthlərində  temperaturlar  fərqi  1
0
S  olmaq  şərti  ilə  qa-
lınlığı  1  m,  sahəsi  1  m
2
  olan  divardan  1  saat  ərzində  keçən  Coul  ilə 
istilik miqdarına istilikkeçirmə əmsalı  deyilir.   
Materialların  istilikkeçirmə  qabiliyyəti,  başlıca  olaraq,  onun 
təbiətindən, 
quruluşundan, 
məsaməliliyindən, 
məsamələrin 
xarakterindən, nəmlikdən və temperaturdan asılıdır.   
Məsaməli materiallarda istilik cərəyanı bərk maddədən və ha-
va ilə dolu məsamələrdən keçir. Havanın istilikkeçirməsi  [

 = =0,023 
Vt/(m

0
S)] çox azdır, ona görə də materialın məsamələrində olan hava 
onun istilikkeçirmə qabiliyyətini azaldır. Materialın məsaməliliyi çox 
olduqca, istilikkeçirmə əmsalı da az olacaqdır. 
Istilikkeçirmə əmsalının (

) dəqiq qiyməti təcrübi olaraq təyin 
edilməlidir. 
Materialda  olan  nəm  onun  istilikkeçirmə  qabiliyyətinə  çox 
böyük təsir edir, çünki su üçün 

 = 0,58 Vt/(m

0
S), yəni havanın isti-
likkeçirməsindən  25  dəfə  çoxdur.  Nəm  materiallar  donduqda  onların 
istilikkeçirməsi daha da artır. Belə ki, buzun istilikkeçirmə əmsalı 2,3 
Vt/(m

 
0
S)-dir, yəni sudan 4 dəfə artıqdır. 

 Istilik tutumu.  Materialı qızdırdıqda müəyyən miqdar isti-
liyi udması qabiliyyətinə istilik tutumu deyilir. 
Kütləsi (kq) olan materialı t
1
  temperaturdan  t
2
  temperatura 
qədər  qızdırdıqda,  onun  kütləsinə  və  temperaturlar  fərqinə      (t
2
 

  t
1

düz mütənasib olan miqdarda (C) istiliyi sərf etmək lazımdır: 
cm(t
2
 

t
1
). 
Bu ifadədən xüsusi istilik tutumu əmsalə 

C/kq

0
S

 belə 
hesablanır: 
.
)
(
1
2
t
t
m
Q
c


 
Beləliklə, 1 kq materialı 1
0
S qızdırmaq üçün sərf olunan Coul 
ilə istilik miqdarına xüsusi istilik tutumu  deyilir. 
Materialın  nəmliyinin  artması  ilə  onun  xüsusi  istilik  tutumu 
artır.  Belə  ki,  su,  tikintidə  tətbiq  olunan  materiallarla  müqayisədə  
böyük  istilik  tutumuna  malikdir  [4,19  kC/(kq

0
S)].  Inşaat  ma-


 
 
 
 
13 
13 
teriallarından asbest ən kiçik [0,2 kC/(kq

0
S)], ağac isə ən böyük [2.51 
kC/(kq

0
S)] istilik tutumlu materialdır. 

 Odadayanıqlıq. Materialın yanğın zamanı müəyyən müddət 
odun  və  yüksək  temperaturun  təsirinə  müqavimət  göstərmək  qabiliy-
yətinə odadayanıqlıq deyilir.  
Materialların odadayanıqlığını qiymətləndirdikdə yanğın sön-
dürən zaman yüksək teperaturun, suyun və digər mayelərin birgə təsiri 
nəzərə alınmalıdır.     
Inşaat  materialları  odadayanıqlığına  görə  üç  qrupa  bölünür: 
yanmayan, çətinyanan və yanan. 
Yanmayan materiallar. Belə materiallar odun və yüksək tem-
peraturun  təsirindən  alovlanmır,  közərmir  və  kömürləşmir.  Bu  qrupa 
təbii və süni qeyri-üzvi materiallar, metallar aiddir.  
Çətinyanan 
materiallar.  Bu  qrup  materiallar  odun  və  yüksək  temperaturun 
təsirindən  çətinliklə  alovlanır,  közərir  və  kömürləşir.  Belə 
materiallardan od mənbəyi kənar edildikdən sonra yanma və közərmə 
davam  etmir.  Bunlara  fibrolit,  gil  hopdurulmuş  keçə,  üzərinə  suvaq 
çəkilmiş  qamış  tavalar,  antipiren  hopdurulmuş  ağac  və  s.  materiallar 
aiddir. 
Yanan materiallar. Belə materiallar odun və yüksək tempera-
turun  təsirindən  alovlanır.  Bu  qrupa  ağac,  ruberoid,  qamış  tavalar  və 
başqa materiallar aiddir.   
Yanan materialların səthinə oddan mühafizə tərkibi çəkməklə, 
yaxud  antipirenlər  hopdurmaqla  onları  çətinyanan  materiallara 
çevirmək mümkündür. 

 Odadavamlılıq. Materialın ərimədən və deformasiyaya uğ-
ramadan  yüksək  temperaturun  təsirinə  uzun  müddət  müqavimət  gös-
tərmək qabiliyyətinə odadavamlılıq deyilir. 
Odadavamlılığına görə materiallar beş qrupa bölünür.  
Asanəriyən materiallar. Bunlar 1350
0
S-dən  aşağı  temperatur-
da yumşalan materiallardır (adi gil kərpici və s.). 
Çətinəriyən  materiallar.  Bu  qrupdan  olan  materiallar 
1350

1580
0
S temperatur arasında yumşalır (Qjelsk kərpici). 
Odadavamlı  materiallar.  Belə  materiallar  1580

1770
0
S  tem-
peraturun təsirinə uzunmüddət davam gətirir (şamot kərpici).  


 
 
 
 
14 
14 
Yüksək odadavamlı materiallar. Bunlar 1770

2000 
0
S tempe-
raturun  təsirinə  davam  gətirən  materiallardır  (yüksək  alüminatlı 
kərpic). 
Ən yüksək odadavamlı materiallar. Bu qrupdan olan material-
lar 2000
0
S-dən yüksək teperaturun təsirinə uzunmüddət davam gətirir 
(maqnezit və qrafit materiallar). 
Odadavamlı materiallar metallurgiya və digər sənaye müəssi-
sələrinin sobalarının tikintisində tətbiq edilir. 
    

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin