N. M. AĞABƏyli


§ 3. Materialların fiziki xassələri



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə6/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   148
İnşaat Materialları (e-book az)

§ 3. Materialların fiziki xassələri 

 Həqiqi sıxlıq. Materialın tamamilə sıx halda (məsamələrsiz) 
vahid  həcminin  kütləsinə  həqiqi  sıxlıq  deyilir.  Onu təyin  etmək  üçün 
materialın kütləsini (m) sıx haldakı həcminə (V
s
) bölürlər: 

 m/V
s
    kq/m
3

Bəzi inşaat materiallarının həqiqi sıxlığının qiymətləri belədir: 
poladınkı  7800  –  7900,  portlandsementki  2900  –  3100,  kvars 
qumunku  2600  –  2700,  şüşənki  2650  –  2700, əhəngdaşınkı –  2600  – 
2700, oduncağınkı isə 1530 – 1540 kq/m
3
-dur.  

 Orta sıxlıq

Materialın təbii halda, yəni məsamələri ilə bir-
likdə  vahid  həcminin  kütləsinə  orta  sıxlıq  deyilir.  Hər  bir  materialın 
orta  sıxlığını  hesablamaq  üçün  onun  kütləsini  (m)  təbii  haldakı  həc-
minə (V) bölürlər: 

o
 m/V   kq/m
3

Eyni  kütləyə  malik  olan  materialın  məsaməli  haldakı  həcmi 
sıx haldakı həcmindən böyük olduğu üçün məsaməli materialların orta 
                                                           

 Бу термин яввялляр щяжм кцтляси адландырылырды. Китабда 
бундан сонра бу термин садяжя олараг, «сыхлыг» адландырылажаг. 


 
 
 
 


sıxlığı  onun  həqiqi  sıxlığından  az  olacaqdır.  Məsələn,  balıqqulağılı 
əhəngdaşının  orta  sıxlığı  1500

1800  kq/m
3
,  həqiqi  sıxlığı  isə 
2600

2700 kq/m
3
-dur.  
Bir sıra mütləq sıx materialların (şüşə, polad, mayelər)  həqiqi 
sıxlığı  ilə orta sıxlığının qiymətləri praktiki olaraq eyni olur. 

 Tökmə sıxlıq. Dənəvər (sement, qum, çınqıl, qırmadaş, posa 
və s.) yaxud lifli (mineral pambıq, ağac lifləri və s.) materialın vahid 
həcminin kütləsinə tökmə sıxlıq deyilir. 
Materialın  tökmə  sıxlığını  təyin  etmək  üçün  onun  kütləsini 
(m) boşluqları ilə birlikdə olan həcminə (V
t
) bölmək lazımdır: 

t
 m/V
t
    kq/m
3

Sıx əhəngdaşının həqiqi sıxlığı 2700 kq/m
3
,  orta  sıxlığı  2500 
kq/m

olduğu halda, ondan hazırlanmış qırmadaşın tökmə sıxlığı 1400 
kq/m
3
-dur. 
Materialın  sıxlığından  onun  digər  xassələri,  məsələn,  möh-
kəmliyi, istilikkeçirməsi xeyli dərəcədə  asılıdır. Qızdırılan binalarda 
xarici divarların qalınlığını, inşaat konstruksiyalarının ölçülərini təyin 
etdikdə,  materialların  daşınması  zamanı  nəqliyyat  vasitələrini  hesab-
ladıqda və s. bu kimi mühəndis hesablamalarında materialların sıxlıq 
göstəricilərindən istifadə edilir. 

 Məsaməlilik. Materialın həcminin məsamələrlə dolma dərə-
cəsinə məsaməlilik deyilir. O, aşağıdakı düsturla hesablanır: 
= (1



/

)

100%. 
Materialda hava yaxud su ilə dolu xırda gözcüklərə məsamələr 
deyilir. Məsamələr açıq və qapalı, xırda və iri ola bilər. Hava ilə dolu 
xırda məsamələr materialın istilik-izolyasiya xassələrini yaxşılaşdırır. 
Məsaməliliyə  əsasən  materialın  digər  xassələri:  sıxlığı,  möhkəmliyi, 
suhopması,  uzunömürlülüyü  və  s.  xassələri  haqqında  müəyyən  fikir 
söyləmək olar.   
Dənəvər  (lifli)  materiallarda  (qumda,  çınqılda  və  s.)  dənələr 
(liflər) arasındakı iri məsamələrə, yaxud bəzi material və məmulatlar-
da  (keramik  materiallarda,  dəmib-beton  panellərdə)  olan  texnoloji 
deşiklərə boşluq deyilir. 
Inşaat materialları və məmulatlarının boşluq göstəriciləri mə-
saməlilikdə  olduğu  kimi  təyin  edilir  və  bu  göstəricilər  geniş  hədd 


 
 
 
 


daxilində dəyişir. Belə ki, qum və çınqılın boşluğu 35

45  %,  deşikli 
kərpic və keramik daşlarınkı 

 20

50 %, mineral və şüşə pambığınkı 
isə 85

95 % olur.   

  Nəmlik.  Materialda  olan  suyun  miqdarına  nəmlik  deyilir. 
Mütləq və nisbi nəmlik vardır. 
Mütləq  nəmlik 

  materialda  olan  suyun  kütləsinin  materialın 
mütləq quru haldakı  kütləsinə olan nisbətdir: 
%,
100
0
0
1



m
m
m
w
м
 
burada m
1
 

 nəm materialın kütləsi, q; m
0 

 mütləq quru materialın kütləsidir, q.
 
Nisbi nəmlik 

 materialda olan suyun kütləsinin nəm materia-
lın kütləsinə olan nisbətidir: 
%.
100
1
0
1



m
m
m
w
n
 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin