§ 1. Ümumi məlumat Tikinti üçün üçün bu və ya digər materialın yararlığını müəy-
yən etməkdən ötrü onun xassələrini bilmək lazımdır.
Inşaat materiallarının əsas xassələri aşağıdakı qruplara
bölünür: fiziki, kimyəvi, mexaniki və texnoloji xassələr.
Fiziki xassələr – materialın fiziki halını (faza halını, sıxlığını,
quruluşunu), eləcə də onun ətraf mühitin fiziki proseslərinə olan
münasibətini müəyyən edir.
Kimyəvi xassələr – materialın, onu əhatə edən aqressiv mühit-
lə (turşularla, qələvilərlə, duzların məhlulları ilə ) qarşılıqlı kimyəvi
əlaqəsini xarakterizə edir.
Mexanik xassələr – materialın xarici qüvvələrin təsiri nəticə-
sində onda yaranan gərginliyə və deformasiyaya qarşı müqavimət gös-
tərmək qabiliyyətini müəyən edir.
Texnoloji xassələr – materialın emal olunma qabiliyyətini
(ondan məmulatlar hazırladıqda) müəyyən edir.
Materialların sınanılması laboratoriyada, çöl şəraitində, isteh-
salatda standartlar üzrə aparılır və sınaq zamanı onların xassələri ədədi
göstəricilərlə xarakterizə edilir. Bu göstəricilər materialların
keyfiyyətinin ən mühüm meyarıdır.