N. M. AĞABƏyli



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə4/148
tarix16.01.2022
ölçüsü1,37 Mb.
#51322
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   148
İnşaat Materialları (e-book az)

Faza  tərkibi.  Materialın  faza  tərkibi  və  onun  məsamələrində 
olan  suyun  faza  çevrilmələri  materialın  bütün  xassələrinə təsir  göstə-
rir. Hər bir material bərk maddədən və  məsamələrdən ibarətdir. Bərk 
maddə  məsamələrin  divarcıqlarını  əmələ  gətirir,  məsamələr  isə  hava 
və  su  ilə  dolmuş  olur.  Məsamələrdəki  su  donaraq  buza  çevrilir  və 
materialın  mexaniki  və  istilik  xassələrini  dəyişdirir.  Məsamələrdə 
donmuş su həcmcə genişlənərək materialda daxili gərginliklər yaradır, 
təkrar  donma  və  donu  açılmalar  zamanı  bu  gərginliklər  materialın 
möhkəmliyini azaldır, bəzi hallarda isə onun dağılmasına səbəb olur.    
Inşaat  materialının  xassələrinin  öyrənilməsində  onun  qurulu-
şunun böyük əhəmiyyəti vardır.  
Materialların üç növ quruluşu ayırd edilir: makroquruluş, mik-
roquruluş və maddənin daxili quruluşu (ultra mikroquruluş). 
Makroquruluş – materialın gözlə görünən quruluşudur. Bərk 
inşaat  materiallarının  makroquruluşu  aşağıdakı  tipdə:  konqlomerat 
(betonlar),  çoxməsaməli  (köpüklü  və  qazlı  betonlar),  xırda  məsaməli 
(yüngül inşaat kərpici), laylı (ağac, şüşə plastiklər) və dənəvər (betolar 
üçün doldurucular) quruluşlu ola bilər. 
Mikroquruluş – materialın mikroskop altında görünən quru-
luşudur.  Materialı  əmələ  gətirən  maddə  kristallik  və  amorf  formada 
ola  bilər.  Əksər  hallarda  kristallik  və  amorf  forma  eyni  maddənin 
müxtəlif  hallarıdır.  Kristallik  forma  həmişə  daha  dayanıqlı  olur. 
Maddənin amorf forması daha dayanıqlı  kristallik formaya keçə bilər. 
  Maddənin  daxili  quruluşu  materialın  mexaniki  möhkəmli-
yini,  bərkliyini,  çətin əriməsini  və  digər  mühüm  xassələrini  müəyyən 
edir.  


 
 
 
 


Materialın tərkibinə daxil olan kristallik maddələrin hissəcik-
ləri  arasında  olan  rabitələri  üç  əsas  tipə  bölürlər:  ion,  kovalent  və 
metal rabitəsi. 
Ion  rabitəsi  –  elektronun  bir  atomdan  başqa  atoma  keçməsi 
nəticəsində əmələ gələn rabitədir. Gips və anhidritdə bu tip rabitə var-
dır. Onların möhkəmliyi və bərkliyi azdır; suya davamlı deyildir.  

Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin